Rustem Bey Kerimbeyov - Wikipedia
Məhəmməd bəy Süleymanbəyov — Lənkəran qəzası rəisi (1919–1920).
Rüstəm bəy Kərimbəyov | |
---|---|
Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov | |
23 oktyabr 1919 – 19 aprel 1920 | |
Sonrakı | Adil bəy Kəngərlinski |
Balaxanı Sabunçu Polismeystri | |
21 aprel 1920 – 28 aprel 1920 | |
Əvvəlki | Rüstəm bəy Mirzəyev |
Rüstəm bəy (ağa) Heybət bəy oğlu Kərimbəyov 1878-ci ildə Quba qəzasında anadan olmuşdu. Quba qəza polisində kiçik rütbədə polis məmuru vəzifəsində işə başlamış, sonra polis pristavı və Quba qəza rəisinin böyük köməkçisi (1-ci müavini) olmuşdu. Rüstəm bəy 1919-cu ildə Cavad qəza rəisinin də böyük köməkçisi vəzifəsində xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri N. Yusifbəylinin 23 oktyabr 1919-cu il tarixli 156 nömrəli əmri ilə Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov tutduğu vəzifədən azad olunaraq, xidmətdə irəli çəkilmiş və Bakı quberniyasının Lənkəran qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə aylıq əmək haqqı 3.000 min manat olmaqla) təyin olunmuşdu. O, bu vəzifədə 1920-ci il aprelin 19-dək işləmişdi. Rüstəm bəy Kərimbəyov daxili işlər naziri əvəzi Şəfi bəy Rüstəmbəylinin əmr-teleqramı ilə sonuncu tarixdən tutduğu vəzifəsindən azad olunaraq Bakıya- DİNin sərəncamına çağırılmışdı. Bakının general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasın təqdimatı üzrə cəmi 1 gün sonra, Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Mustafa bəy Vəkilovun 21 aprel 1920-ci il tarixli 60 nömrəli əmri ilə R. Kərimbəyov yenə xidmətdə irəli çəkilərək polkovnik Rüstəm bəy Mirzəyevin yerinə Balaxanı-Sabunçu polismeysteri təyin olunmuşdu. Rüstəm bəy Kərimbəyov Balaxanı-Sabunçu polismeysteri vəzifəsində Azərbaycanda sovet hakimiyyəti qurulanadək (28 aprel 1920) xidmət göstərmişdi. [1]
İstinadlar
redaktə- ↑ İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri — Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918–1920 Bakı – Mütərcim – 2013