Qurulus Osman Iv Movsum - Wikipedia
Quruluş Osman (IV mövsüm) Quruluş Osman teleserialının IV mövsümüdür. Mövsüm 99-cu seriya ilə 5 oktyabr 2022-ci ildə yayımlanmağa başlanmış 14 iyun 2023-cü ildə yayımlanmış olan 130-cu seriya ilə başa çatmışdır.Bu mövsüm, ümumilikdə 32 seriyadan ibarət olmuşdur. Bu mövsümün yeni aktyor heyətinə Hakan Yılmaz (Kantakuzenos rolu ilə), Nihat Altınkaya (Olof rolu ilə) və İpek Karapınar (Frigg rolu ilə) daxil olmuşdurlar.
IV mövsüm | |
---|---|
Ölkə | Türkiyə |
Ekranlaşdırma | |
Orijinal efir | 5 oktyabr 2022 – 14 iyun 2023 |
Mövsüm xronologiyası | |
← Əvvəlki Quruluş Osman (III mövsüm) Sonrakı → Quruluş Osman (V mövsüm) |
Qısa süjet xətti
redaktəYenişəhrin alınmasından təxmini olaraq 1 il zaman keçmişdir. Osman bəy ailəsi ilə obadan Yenişəhrə köçmüşdür. Türkmənlər dəstə-dəstə Yenişəhər və ətrafına köç edirlər. Osman bəy oba ağalarını dəvət edir birinci məclisi açır. Daha sonra məclisdə Osman bəyin əmri ilə Qaracahisar qalası Orxan bəyə verilir. Əlaəddin bəy təhsilini Yenişəhərə qazi təyin edilən Dursun Fəqihin yanında davam etdirir. Osman bəyin əmri ilə Aktemur bəyə Yenişəhərin subaşısı vəzifəsi verilir. Daha sonra Konstantinopolda xidmətdə olan Konur Alpın göndərdiyi kompasla Osman bəy, Turqut bəy və alpları imperatoru xilas etmək üçün Konstantinopola gedirlər.
Sonra Osman bəy Şahzadə Kantakuzenos və Olofun qurduqları tələni dağıdıb alpları ilə Mərmərəcik qalasını ələ keçirdir. Qala alındıqdan sonra Ali-Səlcuqun Validə Sultanı İsmixan Sultan uclara gəlir. Validə İsmixan Sultan Osman bəyə qarşılıq olaraq şahzadə Kantakuzenosla ittifaq yaradır. Osman bəy keçmiş sultan Məsutun həyatını xilas etmək üçün Konyaya gedir. Daha sonra Validə İsmixan Sultan və Sultan Əlaəddin Mərmərəcikdə Osman bəylə Bala Xatunu həbs edərək zindana atırlar. Osman bəy zindandan azad edildikdən sonra şahzadə Kantakuzenosu tutaraq edam edir. Validə İsmixan Sultan isə yaxınlaşan monqol sərkərdəsi Nayman və ordusunun qarşısını almaq üçün türkmən bəylərini şuraya yığır. Olof isə bu zaman əsgərləri ilə İnəgöl qalasına sızaraq qalanı alır. Sonra monqol komandiri Nayman uclara gələrək əsgərləri ilə birlikdə Validə İsmixan Sultanın türkmən bəyləri ilə birlikdə hazırlamış olduğu döyüş planını alt-üst edir. Osman bəy bəylərini bir yerə yığaraq İnəgöl qalasına yürüş edir və qalanı yenidən ələ keçirir. Qala alındığı zaman komandir Nayman da Mərmərəcik qalasını alaraq Öktəm bəyi əsir götürür. İnəgöl qalasının Osman tərəfindən geri alınmasından sonra Osman bəyin Olofun başını üzməsinə cavab olaraq Komandir Nayman da Karqın tayfasının və Mərmərəcik qalasının bəyi olan Öktəm bəyi öldürür. Osman bəy isə komandir Naymanın yaratdığı ittifaqları darmadağın edir. Komandir Nayman Osman bəyə qarşı Bursa valisi Valenslə ittifaq yaradır. Sonra Osman bəylə keçmiş sultan Məsud Sultan Əlaəddini taxtdan salmaq üçün bərabər Konyaya gedirlər və orada Naymanın köməyi ilə Sultan Əlaəddin tərəfindən zindana atılırlar. Daha sonra Qazan xanın göndərdiyi dəstəklə Osman bəy və Sultan Məsud xilas edilir və Sultan Məsud yenidən taxta çıxır. Osman bəy hazırladığı planla Köprühisar qalasını tutur. Mövsüm finalında Osman bəy Qoyunhisar düzənliyində Təkfur Valens kimi tanınan Komandir Muzalon və onun komandanlığı altında olan ordusunu məğlub edərək Qoyunhisar qalasını ələ keçirir. Sonra Osman bəyin adından xütbə oxutdurulur və Osmanlı Bəyliyinin yaradıldığı rəsmən elan edilir.