Qubalibalaoglan - Wikipedia
Qubalıbalaoğlan — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Qubalıbalaoğlan kənd inzibati ərazi dairəsində kənd.[1] Bakı şəhərindən 80 km qərbdə yerləşən yaşayış məskəni dəniz səviyyəsindən 51 metr yüksəklikdədir. Hacıqabul rayonundan məsafəsi 13.8 km-dir. Kənd Udulu, Rəncbər kəndləri ilə qonşudur.
Qubalıbalaoğlan | |
---|---|
40°07′48″ şm. e. 49°03′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Hacıqabul rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 49 ± 0 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.865 nəfər (2019) |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHacıqabul rayonunun ən qədim kəndlərindən biridir. Təbii şəraiti fiziki coğrafi quruluşu kəndi daha qorunacaqlı bir məskənə çevirdiyi üçün insanlar burda məskunlaşmışlar. Kəndin əsası minilliyin əvvəllərində qoyulmuşdur. Kənd Pirsaatcayinın üzərində yerləsir. Kəndin yaxinlığında XII əsr tarixi abidə "Pirhüseyn xanəgahı" yerləşır. Xanəgah təmirdən sonra yeni çəkilən yol vasitəsilə dahada çox ziyarətçi və turist qəbul etməyə başlamışdır. Kənd 1918-ci ildə erməni daşnak silahlı hücumuna məruz qalmış və 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq) qətlə yetirilmişdir. Həmçinin, Qubalı Balaoğlan kəndi uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusunun 12 nəfər əsgəri şəhid oldu: 6 türk və 6 azərbaycanlı döyüşçü bu kənddə torpağa tapşırıldı. Kənddən 10 nəfər Qafqaz İslam Ordusuna qoşuldu.Kərbəlayi Həsən kişi onbaşı idi, Nuru Paşa ona medal vermiş, namaz xalçası,mücrü və xəncər bağışlamışdır.
2016-cı ildə Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə yardımı ilə kənddəki Türk şəhid məzarı üzərində abidə ucaldılmışdır.
-
Qubalıbalaoğlan kəndində Türk şəhidinin məzar abidəsinin açılşı. 31.03.2016-cı il
Toponimikası
redaktəPirsaat çayının sahilində, düzənlikdədir. Əsl adı Qubalı Ərəb Balaoğlan olmuşdur. Ərəb Balaoğlan XIX əsrin ortalarında Muğanda ərəb mənşəli tayfalardan biri idi. Oykonimdəki qubalı sözü əslində kufali sözünün təhrif olunmuş formasıdlr. Ərəb işgalları dövründə (VII əsr) İraqın Küfə mahalından Azərbaycana köçürülmüs əhali kufəli adlanmış sonralar təhrif olunaraq, qubalı şəklinə düşmüşdür.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2715 nəfər əhali yaşayır. 2013-cü ilin may ayına olan məlumata əsasən kənd əhalisi 2865 nəfərdir. Əhalinin əksər hissəsi kənd təsərrüfatı ilə məşğul olur.[3][4]
Abidələri
redaktəPirsaat xanəgahı, Pirsaatçay xanəgahı və ya Pir Hüseyn xanəgahı – Qubalıbalaoğlan kəndi ərazisində yerləşən XI – XII əsrlərə aid sufi xanəgahı.
-
Qubalıbalaoğlan kəndi ərazisində Pir Hüseyn xanəgahı.XI-XII əsr abidəsi.
Din
redaktəKənddə Qubalıbalaoğlan kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
Telekomnikasiya və rabitə
redaktəKənddə poçt mərkəzi 2007-ci ildə açılmışdır. Kənd ərazisinin bəzi hissələrinə telefon xəttləri çəkilmişdir lakin tam olaraq yekunlaşdırılmamışdır.
Əkin sahələri
redaktəKənd ərazisində Pirsaat su anbarı 1960-cı ildən sonra inşa olunmuşdur. 1964-cü ildə anbar istifadəyə verilmişdir. Kənd təsərrüfatında bağçılıq, bostançılıq və taxılçılıq əsas yer tutur. Ərik,nar,heyva,əncir,armud əsas yetişdirilən meyvələrdir. Kəndin əkin sahələri Pirsaat su anbarına toplanan suyun hesabına suvarılır. Yay aylarında quraqlıqlar yaşanır.[6]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Zaman qəzeti, 2 may 2013-cü il tarixli buraxılışı, "Bölgə" yarımbaşlığı, səhifə 6
- ↑ Hacıqabul rayon İcra Hakimiyyəti: Xəbərlər: Qubalıbalaoğlan kəndinə içməli suyun verilməsi Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine, yayınlanma tarixi: 2013–04-30
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
- ↑ SOS! Pirsaat su anbarı quruyub Arxivləşdirilib 2014-09-15 at the Wayback Machine. lent.az 13.09.2014. (az.)
Hacıqabul rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |