Quscu Qesebe Daskesen - Wikipedia
Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Quşçu | |
---|---|
40°33′06″ şm. e. 46°05′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəYaşayış yeri fəhlə qəsəbəsi kimi meydana gəlmişdir. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktəQəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəQəsəbə Qoşqarçayın sahilində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 427 | 218 | 209 |
2009[5] | ↘412 | ↘199 | ↗213 |
İqtisadiyyatı
redaktəMədəniyyəti
redaktəQəsəbədə Quşçu qəsəbə klubu fəaliyyət göstərir.[6]
Təhsil
redaktəQəsəbədə 80 şagird yerlik Daşkəsən rayon Quşçu qəsəbə S. İsgəndərov adına tam orta məktəb fəaliyyət göstərir.[7][8]
Din
redaktəQəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəQəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Quşçu (qəsəbə, Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 76. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
- ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.