Quscu Yevlax - Wikipedia
Quşçu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Quşçu | |
---|---|
40°42′56″ şm. e. 47°13′37″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
SSRİ dövründə kənddə tibb məntəqəsi, kino və kitabxana olsa da, hal hazırda heç bir sosial fəaliyyət üçün mərkəz yoxdur.
Kənd ərazisində bir ədəd natamam orta məktəb, bir dükan və bir bərbər fəaliyyət göstərir.
Kənddə daimi su problemi var.
Toponimikası
redaktəOykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[1]
Tarixi
redaktəQuşçu kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir. Hətta oğuz qəbilələri quşu özləri üçün simvol seçmişlər. Xalq arasında, eləcədə nağıl və dastanlarımızda geniş şəkildə özünə yer almış "Dövlət quşu" haqqında rəvayətlər imkan verir deyək ki, quş var-dövlət, başda ağıl simvolu sayılmış, Dövlət quşu kimin başına qonarsa onu padşah seçərmişlər. Azərbaycan xalqının əski mifologiyasında Simurq, Səməndər, Humay, Şahin və s. quşlara insanın köməkçisi, uğur gətirən bir varlıq kimi baxmışlar. Odur ki, xalqımızın quş onqonuna inamının nəticəsidir ki, Azərbaycanda quş adları toponim kimi geniş yayılmışdır. Ehtimal olunur ki, bu yer adları türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Bu tayfa məskunlaşdığı ərazini quşçu tayfasının yaşadığı ərazi kimi adlandırmışlar.
Həmçinin qeyd edilməlidir ki, Quşçu kəndi ərazisində yaşayan əhali başqa ərazilərdən köçmüş türk və fars əsilli tayfaların nəsilləridir.
Onlardan biri "Sağvan" adlandırılan tayfa olmuşdur. Onlar Van gölü ətrafında yaşamış köçəri tayfa olmuşlardır. Göründüyü kimi "sağ" "van" Van gölünün adından götürülmüşdür. Tayfanın qolu olan Sağvan tayfası elə məhz Quşçu ərazisində məskunlaşmış və həmin tayfadan olan nəsillər hələ də bu ərazidə yaşamaqdadır. Hal hazırda onların yaşadığı küçə kəndlilər arasında "Sağvannı" küçəsi adlandırılır.
Əhalisi
redaktəTanınmış şəxsləri
redaktə- "Kamança" Yusif
Coğrafiyası və iqlimi
redaktəKənd düzənlikdə yerləşir.
İstinadlar
redaktə- ↑ Quşçu (Yevlax) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 76. ISBN 978-9952-34-156-0.