Qazaxistan Turkleri - Wikipedia
Qazaxıstan türkləri — diasporu XX əsrin 20-ci illərində SSRİ tərəfindən həyata keçirilən sürhün siyasəti nəticəsində formalaşmışdır. Hazırda az saylı xalqlar arasında əhalisinin sayına və yüksək artım xüsusiyyətlərinə görə seçilir. 1 yanvar 2014-cü il məlumstına görə ölkədə 105 min türk yaşayır. Bu göstəriciyə görə isə milli azlıqlar arasında doqquzuncudur. Qazaxıstan SSR statistikasına ilə bü günki nəticələri incələdikdə əhalinin sayının iki dəfə artdığını müşahidə etmək mümkündür. Qazaxıstanda yayılmış türklərin böyük hissəsi Gürcüstandan sürgün edilmiş mesxeti türklərdir[1]. Bununla belə 1990-ci illərdə Qazaxıstanda Türkiyədən olan vətəndaşlar peyda olmuşdur[2]. Eyni dilə sahib olsalarda Mədəni baxımından iki qrup arasında fərqli həyat tərzi və düşüncəsi vardır. Burada yaşayan mesxeti türkləri şəhər ətrafı kənd təsərrüfatı ilə məşğul olduğu halda, Türkiyədən gəlmiş türklər isə tikinti, neft hadilatı və təhsil sahələrində çalışırlar.
Ümumi sayı |
---|
(2012) |
Dili |
Dini |
Qohum xalqlar |
Formalaşma tarixi
redaktəQazaxıstan SSR ərazizisinə mesxeti türkləri Stalin represiyası və deportasiyası zamanı peyda olmuşlar. Onlar əsasən Qazaxıstanın cənub vilayətlərinə və Mərkəzi Asiyanın digər ərazilərinə köçürülmüşdür. 1956-cı ilə qədər onlar yaşadığı ərazini tərk edə bilməzdilər. Sonradan onlar haqsızlığa uğramış xalq olaraq qeydə alınmışdır[3]. Bu hüququn əldə edilməsinə baxmayaraq onların bir qismi geriyə qayıtmamışdlr. Ancaq kütləvi emmiqrasiya 1990-cı ildə başlanmışdır. Bununla belə 1994-ci ildə emmiqrasiyanın pik dönəmi olmuşdur[4]. Əhalinin artmasının səbəbi isə Özbəkistan və Qırğızıstandan mesxeti türklərin böyük qismi Qazaxıstana köçmüşdür. Qazaxıstanda olan mesxeti türklərin böyük qismi Almatı və Cambul vilayətləri ərazisində cəmləşmişdi. Köç nəticəsində Cambul vilayətində əhali sayına görə özbək əhalisinin sayından çoxalaraq 4-cü yeri tutmuşdur. Sovetlər dönəmində türklər Qazaxlstan SSR ərazisində təşkil edilən kolxoz sisteminə uyumlu deyildilər. Hələ sovet dönəmində həyətyanı təsərrüfatla məşğul olur, hazırladığı məshulları Almatı bazarına çıxarırdılar.
Konflikt
redaktə2006-ci ilin oktyabr ayında Tenqiz yatağı ərazisində türklərlə (Türkiyədən gəlmiş işçilər) qazaxlar arasında kütləvi daha olmuşdur.
Mesxeti türkləri ilə qazaxlar arasında demək olar ki, bir problem yaşamamışdır. Ancaq 17 fevral 2016-cı ildə Burıl kəndində Mesxeti türkləri ilə qazaxlar[5] arasında millətlər arası narahatlıqlar yaşanmışdır.
İstinadlar
redaktə- ↑ "Турки-ахыска: 70 лет в Казахстане - МИР24". 2014-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-10.
- ↑ "КОНТИНЕНТ : Главная тема". 2015-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-10.
- ↑ "Турки и Казахи". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-10.
- ↑ "Национальный состав мигрантов". 2020-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-10.
- ↑ "На юге Казахстана начались массовые беспорядки - ИА REGNUM". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-10.