Qazangolcay - Wikipedia
Qazangölçay və yaxud Gığıçay (erm. Գեղի; Qeği) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi keçmiş Qafan rayonu ərazisində Gığı dərəsi boyunca axan dağ çayı.
Qazangölçay | |
---|---|
azərb. Qazangölçay, erm. Գեղի | |
Ölkə | Ermənistan |
Region | |
Rayon |
|
Mənbəyi | Zəngəzur dağları, Qazangöl |
• Yüksəkliyi | 3130 m |
Mənsəbi | Oxçuçay |
Uzunluğu | 30 km |
Su sərfi | 4,6 m³/san |
Su hövzəsi | Oxçuçay > Araz |
Hövzəsinin sahəsi | 310 km² |
Qolları | Gərd çayı, Kurud çayı |
Göl | Qazangöl |
|
Ümumi məlumat
redaktəÇay öz mənbəyini 3130 m yüksəklikdə Hərəmli adlı yerdən və Qazangöl gölündən götürür. Hərəmlidən və Qazangöldən gələn kiçik çay qolları Motalqəyə adlı yerdə birləşərək azərbaycanlıların Qazangölçay, ermənilərin isə Qeği (erm. Գեղի) adlandırdığı 30 km uzunluqlu Oxçuçayın sol qolu olan Qazangölçayı əmələ gətirir.
Gığı dərəsi boyunca Acıbac, Pəyhan, Keypəşin, Mahmudlu, Gığı, Baharlı, Qovşud kəndlərindən keçən çay Zeyvə kəndinin Ağkörpü adlı yerində Oxçuçayla birləşir.[1]
Sağ qolu Gərd çayı və sol qolu Kurud çayı ilə hövzəsinin sahəsi 310 km² təşkil edən çayın orta illik su sərfi 4,6 m³/san-dir. Bu göstərici bəzən maksimum 37,7 m³/san də olur.
Çayda hər 3–5 ildən bir baş verən sel və daşqınların ən dağıdıcısı leysan yağışlar nəticəsində baş verən 1947 və 1956-cı il daşqınlarıdır.
Su anbarı
redaktəQacaran şəhərində yerləşən Zəngəzur mis-molibden zavodunu elektrik enerjisiylə təmin etmək məqsədiylə 1983-cü ildə Qazangölçay üzərində Gığı su-elektrik stansiyası inşa olundu. Bu məqsədlə çay sahilində yerləşən Baharlı kəndinin əhalisi qonşu Zeyvə kəndinə köçürüldü.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Qazagölçay (Geghi) on Wikimapia". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.
- ↑ "Səməd Qarayev, «Qazangöl həsrəti», Bakı, 2002". 2014-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-29.