Qarqus Toy Yangini - Wikipedia
Qarquş toy yanğını (ing. Qaraqosh wedding fire) - İraqın şimalında, Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına aid Qaraquş şəhərində yerli xristian asysor icması tərəfindən Al Haytham Wedding Hall adlı şadlıq evində təşkil edilmiş toy mərasimində baş vermiş yanğın hadisəsi. Yanğın, 2023-cü ilin 26 sentyabr tarixində yerli vaxtla 22:45 radələrində başlamışdır.[1] Hadisə nəticəsində ən azı 119 nəfər həlak olub, 150-dən çox toy iştirakçısı isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Baş vermiş faciə səbəbindən İraqda 3 günlük matəm elan edilib.
Qarquş toy yanğını | |
---|---|
ing. Qaraqosh wedding fire | |
Ölkə | İraq |
Bölgə | Neynəvə mühafəzəsi, Həmədaniyyə qəzası |
Yanma tarixi |
26 sentyabr, 2023 22:45 |
Ölənlər | 119 |
Zərər çəkənlər | 150+ |
Arxa plan
redaktəYanğının baş verdiyi İraqın Neynəvə mühafəzəsinin Həmədaniyyə qəzasına daxil olan Qaraquş şəhəri 2014-cü ildə İraq Şam İslam Dövləti tərəfindən ələ keçirilib və yalnız 2016-cı ildə ABŞ tərəfindən dəstəklənən İraq Silahlı Qüvvələri tərəfindən böyük dağıntılar hesabına azad edilib.[2] Şəhərdə əsasən xristian icmaları yaşayır, paytaxt Bağdaddan təxminən 335 kilometr şimal-qərbdə, Mosul şəhərindən isə bir qədər kənarda yerləşir.
Aparılmış hərbi əməliyyatlar nəticəsində şəhərin əsasən xristanlardan ibarət olan əhalisi bir necə dəfə yer dəyişdirməyə məcbur qalıblar. Qaraquşda baş vermiş yanğın İraq tarixinin ən dəhşətli və ən çox insan ölümünə səbəb olan yanğın faciəsi kimi tarixə keçib.
Bu hadisəyə qədər 2021-ci ildə paytaxt Bağdad şəhərində yerləşən yerli xəstəxanada baş verən yanğın ölkə tarixinin ən böyük yanğını hesab olunurdu. Həmin yanğın zamanı 82 nəfər həlak olmuşdur.[3]
Hadisə
redaktəHadisə günü aysor icmasına mənsub çütlüyün toy mərasimində azı 1.000 nəfərə yaxın qonaq iştirak edib.[4] Hadisə şahidlərinin sözlərinə görə yanğın çütlük birlikdə rəqs etməyə başladıqdan sonra yandırılmış fişənglərə görə baş verib. Fişənglərdən saçılan qığılcımlar şadlıq evinin tavanında asılmış bəzək əşyalarını avlovlandırıb və bir necə saniyədən sonra müxtəlif masalarda əyləşən qonaqların üzərinə alovlanmış sintetik kütlələr yağmağa başlayıb.[5]
Şadlıq evinin daxilində çəkilmiş videogörüntülərdə bəy və gəlin yavaş-yavaş rəqs edən zaman tavanın bəzi hissələrindən yerə doğru düşən alov kütlələrini görmək mümkündür.[6] Hadisə haqqında danışan bəyin atası mərasim zalında yanğın təhlükəsizliyi ilə bağlı heç bir tədbirin görülmədiyini bildirib.[7] Naməlum səbəblərdən binanın işıqları sönüb və bu hal insanların hadisə yerindən qaçmasını çətinləşdirib.[5]
Reaksiyalar
redaktəNeynəva vilayətinin səhiyyə departamenti ölənlərin sayını 114-ə çatdığını bildirib. Səhiyyə Nazirliyinin sözçüsü Seyf Əl-Bədr bir qədər əvvəl İraqın dövlət xəbər agentliyinə yaralıların sayının 150-yə çatdığını deyib.[8] Ölənlərdən 30-a yaxınının şəxsiyyəti qohumları tərəfindən təyin edilib, qalanları isə yanıqlar səbəbindən DNT identifikasiyası tələb olunur.[9] Yaralı olaraq ölkənin müxtəlif xəstəxanalarına daxil olan yaralıların əksəriyyəti tamamilə yanıb, digərlərinin isə bədənlərində 50-60% həddində yanıq xəsarətləri mövcuddur.[10]
İlkin məlumatların əksinə olaraq, bəylə gəlin sağ qalıb.[7] 30 sentyabr tarixində hadisə nəticəsində həlak olanların sayı 119 nəfərə yüksəlib. Bədənini böyük bir qismi yanmış bir çox xəstənin vəziyyətinə nəzərən sözügedən sayın artacağı güman edilir.[11]
Baş nazir Məhəmməd Şia Əl-Sudaninin ofisinin onlayn açıqlamasında baş nazirin yanğınla bağlı təhqiqat aparılmasına göstəriş verdiyi və ölkənin daxili işlər və səhiyyə rəsmilərindən yardım istədiyi deyilib.[12][13]
Araşdırma
redaktəSəlahiyyətlilər yanğının yayılmasını şadlıq sarayının xarici hissəsinin 2021-ci ildə Bağdad xəstəxanasında baş vermiş yanğında da əsas səbəblərdən biri kimi göstərilən və ölkədə satışı və istifadəsi qadağan edilmiş çox tez alışan, ucuz qiymətə sendviç panel üzlüklə örtülməsi ilə əlaqələndiriblər.[14] İlkin araşdırmalara görə yanğının belə ölümcül olmasının əsas səbəblərindən biri şadlıq evinin tavanındakı kompozit panellərin sürətli alışması səbəb olub.[15]
Baş vermiş yanğına görə 9 nəfər saxlanılıb. Saxlanılan şəxslər arasında şadlıq evinin sahibi də var. İraqın Baş Naziri Məhəmməd Şiya Əl-Sudaninin göstərişinə əsasən baş vermiş yanğın faciəsinə görə İraqda 3 günlük matəm elan edilib. Əl-Sudani hadisə yerinə gedərək, yaralı vəziyyətdə olan şəxslərə də baş çəkib.[16] İraqın Aysor xristian icmasının nümayəndələri İraq rəsmilərini hadisəyə vaxtından geç reaksiya verməkdə və ləng tərpənməkdə günahlandırıb.[3]
İstinadlar
redaktə- ↑ "At Least 100 Are Killed in Fire at Wedding Hall in Iraq". The New York Times (ingilis). Associated Press. 26 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ Mando, Nechirvan; Alam, Hande Atay; Najim, Aqeel; Haq, Sana Noor. "'Wedding became a graveyard.' At least 100 killed as fire rips through party in Iraq" (ingilis). CNN. 26 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2023.
- ↑ 1 2 Ismail, Amina. "Iraqis who fled ISIS blame political rot for tragic wedding fire". Reuters. 28 September 2023. 29 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2023.
- ↑ "More than 100 killed, over 150 injured in fire at wedding party in Iraq" (ingilis). Al Jazeera. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ 1 2 Rubin, Alissa J. "As Hundreds Were Celebrating a Wedding, It Turned Into an Inferno". The New York Times (ingilis). 27 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ "A fire at a wedding hall in Iraq kills at least 100 people and injures 150 more" (ingilis). NPR. Associated Press. 27 September 2023. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2023.
- ↑ 1 2 Armstrong, Kathryn; Gritten, David. "Iraq fire: Around 100 killed in blaze at wedding party in Qaraqosh" (ingilis). BBC News. 26 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ Jennings, Danielle; Shalvey, Kevin. "More than 100 dead, over 200 injured in fire at Iraq wedding party" (ingilis). ABC News. 26 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ Abdulwahed, Farid; Abdul-Zahra, Qassim. "A fire at a wedding hall in northern Iraq has killed around 100 people and injured 150" (ingilis). Associated Press. 26 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ "Wedding inferno: Fire kills over 100 party-goers in Nineveh" (live update). Rudaw Media Network. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ Rubin, Alissa J. "Iraq Wedding Fire's Death Toll Rises, as Investigators Point to Safety Violations". The New York Times (ingilis). 2023-09-30. 30 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-30.
- ↑ Beaumont, Peter. "More than 100 people killed after fire breaks out at Iraq wedding". The Guardian (ingilis). 26 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ Gritten, David. "Iraq wedding fire: What we know about Qaraqosh blaze" (ingilis). BBC News. 27 September 2023. 27 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2023.
- ↑ "Iraq's Nineveh buries its dead as families seek answers after wedding fire" (ingilis). Al Jazeera. 28 September 2023. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2023.
- ↑ saadmaanoficial. "الدفاع المدني تدفع بأقصى الإمكانات لتنفذ وتخلي العوائل وتخمد حادث حريق اندلع داخل قاعة للأعراس بمحافظة نينوى" (Tweet). İstifadə tarixi: 27 September 2023. Missing or empty |date= (help)
- ↑ "Grief, anger at Iraq mass for victims of wedding fire" (ingilis). France 24. Agence France-Presse. 28 September 2023. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2023.