Qaralama Sedaqet Huseynova - Wikipedia
Sədaqət Hüseynova | |
---|---|
Sədaqət Qənbər qızı Hüseynova | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Üzvlüyü | Avropa Nevrologiya Akademiyası |
Mükafatları |
Sədaqət Hüseynova ({{DVTY}} şablonu boşdur) — Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universiteti və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuda fəaliyyət göstərir.
Həyatı
redaktə1960-cı ildə Tovuz rayonunda anadan olmuşdur. İlk təhsilini 1967-ci ildə Bakı şəhərinin Qırmızı Əmək Bayrağı Ordenli 190 saylı orta məktəbində başlayıb.
1977-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib həkimlik fəaliyyətinə başlamışdır.
Ailəlidir, bir övladı var.
Elmi fəaliyyəti
redaktə1986–1988-ci illərdə Respublika eşitmənin, nitqin və səsin patologiyası mərkəzində həkim-psixoterapevt işləmişdir. 1988-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutuna əyani aspiranturaya daxil olmuşdur. 1991-ci ildə "Decimetr diapazonlu elektromaqnit sahəsinin və qətran-sızlaşdırılmış naftalanın bazu-kürək periartrozunun müalicəsində tətbiqi" mövzusunda namizədlik dissertasiyasını Moskva şəhərində Ümumittifaq Tibbi Reabilitasiya və Fiziki Terapiya Elmi Mərkəzində müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
2004-cü ildə "Fiziki faktorların (impulslu cərəyanlar və naftalanoterapiya) periferik sinir sisteminin odlu silah yaralanması olan xəstələrin bərpa müalicəsində tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır. 2007–2021-ci illərdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda təşkil etdiyi Kliniki-Neyrofiziologiya laboratoriyasına rəhbərlik etmişdir.[1] 2021–2023-illərdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda direktorun elmi işlər üzrə müavini, 2023–2024-cü illərdə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş direktoru vəzifəsində çalışmışdır.[2]
O, Elmi-Tədqiat Tibbi Bərpa İnstitutunun Elmi Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın nevrologiya üzrə ixtisaslaşdırılmış Elmi Şurasının və Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasının üzvüdür.[3]
240-dan çox dərc olunmuş elmi əsərin,[4] o cümlədən 6 ixtira və səmərələşdirici təklifin müəllifidir. Ümumdünya Ağrını Öyrənən Cəmiyyətin üzvü, Avropa Nevrologi Akademiyasının fərdi üzvü, "Controversies of Neurology" Beynəlxalq Konqressin Azərbaycan üzrə ambassadoru, "Sinir-əzələ xəstəlikləri üzrə mütəxəssislər birliyi" Regional İctimai Təşkilatın üzvüdür[5]
6 namizədlik dissertasiyasının yerinə yetirilməsində elmi rəhbər olmuşdur. Müxtəlif ictimai tədbirlərin təşkilatçısı və iştirakçısı olmuş, nevrologiya, neyroreabilitasiya və neyrofiziologiya üzrə çoxsaylı beynəlxalq və dünya konqresslərində məruzəçi və təşkilatçı kimi iştirak etmişdir.[6]
2017-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[7]
Əsas elmi istiqamətləri
redaktəNevrologiya, kliniki neyrofiziologiya, elektromioqrafiya, neyroreabilitasiya, fizioterapiya, tibbi reabilitasiya
İctimai fəaliyyəti
redaktə- 2013-cü ildə "Sağlam Həyat Naminə" İctimai Birliyi, təsisçi və sədri .
- 2024-cü ildə "Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyi, təsisçi və sədr.
Beynəlxalq Konqresslərdə İştirak
redaktə- 2013 The 7Th Congress on Controversies in Neurology, İstanbul, Turkey, (8 – 12 aprel)
- 2013 EFNS Vena (sentyabr)
- 2014 Worl Neurorehabilitation Congress. Istanbul (aprel)
- 2014 The 8Th Congress on Controversies in Neurology, Berlin (may)
- 2014 World Headhace Congress Kopenhagen, Danimark(sentyabr)
- 2014 EFNS Baku
- 2015 9th World Congress on Controverises in Neurology, Budapest, Hungary, March 26–28, 2015[8]
- 2015 The 1th Congress of the European Academy of Neurology, June 20–23, 2015, Berlin, Germany[9]
- 2015 9th International Congress on Vascular Dementia ICVD2015, Ljubljana, Slovenia, 16–18 October 2015
- 2016 10th World Congress on Controverises in Neurology, Lisboa, Portugal
- 2016 The 2nd Congress of the European Academy of Neurology, Kopenhagen, Danimark
- 2017 The 3rd Congress of the European Academy of Neurology, Amsterdam, the Netherlands
- 2018 12th World Congress on Controversies in Neurology. – March 22–25, 2018, Warsaw, Poland
- 2018 4th Congress of the European Academy of Neurology, Lisbon, Portugal, 16–19 June
- 2019 13th World Congress on Controversies in Neurology. Madrid, Spain, April 03–07, 2019
- 2019 5th Congress of the European Academy of Neurology, Oslo, Norvay, 16–19 June
- 2019 26th International Mondsee Medical Meeting, Salzburg, Austria, September,13th, 2019
- 2019 Шестая научно-практическая конференция с международным участием "Клиническая нейрофизиология и нейрореабилитация", СПб, 5–6 ноябрь 2019г
- 2023 The 17th World Congress on Controversies on Neurology, March 23–26, *2023, Dubrovnik, Croatia
- 2023 "Tibbi Reabilitasiya və fiziki terapiya üzrə 2-ci Bakı Beynəlxalq konfrans", 4 may, Bakı.
- 2023 5. Uluslararası Türk Dünyası Multipl Skleroz Kongresi, 8–11 iyun, 2023, Bakı, Azərbaycan.
- 2023 18th congress of the society for the study of Neuroprotection and Neuroplasticity in conjunction üith WFNR-EFNR Central Asia, 24–25 june 2023, Tashkent, Uzbekistan.
- 2023 9th Congress of the European Academy of Neurology-Budapest 2023, 1–4 July 2023.
- 2023 "Kardiologiyada komorbid hallrda nə etməli – debat müzakirə" elmi-praktik konfransı, 30 sentyabr, Bakı
- 2023 İnsultun Reabilitasiyası və Elektrostimulyasiya üzrə 1-ci Regional Təlim, 6 oktyabr, Naftalan şəhəri
- 2023 "Naftalan – Sağlamlıq və Turizmin Sinerji Mənbəyi, Beynəlxalq Turizm Mərkəzinin İnkişaf Strategiyası" mövzusunda Beynəlxalq elmi-praktik konfrans, 7–8 oktyabr, Naftalan şəhəri
- 2023 Ulu öndər Heydər Əliyevin 100-illiyinə həsr olunmuş II Regional Neyroreabilitasiya Konfransı (Naxçıvan, 23 dekabr).
- 2024 The 18th World Congress on Controversies on Neurology, March 21–23, 2023, London, Great Britain[10]
- 2024 10th Congress of the European Academy of Neurology, iyun 29-iyul 2, Helsinki, Finlandiya[11]
İstinadlar
redaktə- ↑ "ATU-nun Tədris Terapevtik Klinikasının nevroloqu Sədaqət Hüseynova Avropa Nevroloji Akademiyasının 3-cü konqresinə qatılıb". amu.edu.az (az.).
- ↑ "Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor və müavin təyin edilib". 1news.az (az.).
- ↑ "Nazir Sədaqət Hüseynovanı direktor təyin etdi • Faktinfo.az". Nazir Sədaqət Hüseynovanı direktor təyin etdi • Faktinfo.az (Azerbijani). 13 yanvar 2023.
- ↑ (PDF) https://manuscript.az/elmies/espdf/ES2-2017.pdf (#bare_url_missing_title). (#first_missing_last)
- ↑ ""Ailəliklə kitabxanaya" layihəsi çərçivəsində Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib - AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi". “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində Azərbaycan Milli Kitabxanasında tədbir keçirilib - AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (az.).
- ↑ "Azərbaycan Tibb Universiteti | Elmi şura üzvləri". amu.edu.az.
- ↑ "Azərbaycan qadınlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". anl.az.
- ↑ "Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb".
- ↑ "Naftalanda insultun reabilitasiyası və elektrostimulyasiya üzrə I regional təlim keçirilib".
- ↑ "Prezident İlham Əliyev Azərbaycan qadınlarını təltif edib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 21 iyun 2020.
- ↑ "Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Sədaqət Hüseynova nazirliyin sosial şəbəkələrdəki hesablarına tibbi reabilitasiya ilə bağlı gələn sualları cavablandırıb". sehiyye.gov.az (az.).