Qaralama Nadir Suleymanov - Wikipedia
Süleymanov Nadir | |
---|---|
azərb. Süleymanov Nadir Məhəmməd oğlu | |
Fayl:Nadir Suleymanov.jpg | |
Doğum tarixi | |
Doğum yeri | Rəstəcə, Ucar rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
İş yerləri | AMEA Riyaziyyat və Mexanika İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Süleymanov Nadir Məhəmməd oğlu — fizika-riyaziyyat elmləri doktoru, professor
Həyatı
redaktəSüleymanov Nadir Məhəmməd oğlu 1932-ci ildə Azərbaycanın Ucar rayonunun Rəstəcə kəndində anadan olmuşdur. Ucar şəhər 1 saylı orta məktəbdə təhsil alıb.[1]
Ailəli idi. 3 övladı var.[2]
2024-cü ilin 23 oktyabr tarixində vəfat edib.[3]
Elmi fəaliyyəti
redaktə1965-1970ci illərdə Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 1960-1965-ci illərdə elmi işçi olaraq çalışıb.[1]
80-dən çox elmi məqalənin[4], 1 monoqrafiyanın və 1 kitabın müəllifidir.[1] 2012-ci ildə “Ehtimal, tam funksiya və Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası Moskva Dövlət Universitetinin nəşriyyatında çapdan çıxıb. O, əsəri MDU-da nəşr olunan ilk azərbaycanlı alimdir.[4]
O, ehtimal nəzəriyyəsi əsasında yeni bir elmi-tədqiqat metodu işləyib hazırlayıb.[5]
Seçilmiş elmi əsərləri
redaktə- Tərs-parabolik tənliklərin həlləri üçün Viman-Valiron tipli qiymətlənmələr.-SSRİ EA-nın Məruzələri, Moskva, 1977, c.235, № 5, səh.1313-1318.
- Qeyri-məhdud oblastlarda qeyri-xətti elliptik diferensial tənliklər üçün Dirixle məsələsinin həllərinin xassələri.-SSRİ EA-nın Məruzələri, Moskva, 1978, c.239, № 4,səh.429-432.
- Parabolik tənliklərin həlləri üçün Viman-Valiron tipli teoremlər.-SSRİ EA-nın Məruzələri, Moskva, 1980, c.250, № 3,577-580.
- Tərs-parabolik diferensial tənliklərin həlləri üçün Viman-Valiron tipli teoremlər.-Diferensial tənliklər, Minsk, 1980, c.XVI, № 10,səh.1816-1826.
- Parabolik diferensial tənliklərin həlləri üçün Viman-Valiron tipli qiymətlənmələr nəziriyyəsi.- Matematiçeskiy sbornik jurnalı, Moskva, 1981, c.110(157),№ 5, səh.74-99,.
- Evolyusion tənliklərin həlləri üçün Viman-Valiron tipli qiymətlənmələrin dəqiqliyi haqqında.-SSRİ EA-nın Məruzələri, Moskva,1980,c.253,№3,səh.541-543.
- Ehtimal ölçüsü və Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr.-İran,Zəncan Universitetinin əsərləri, Zəncan, 2000,səh.375-377.
- Diferensial tənliklər üçün Viman-Valiron tipli teoremlər haqqında.-Diferensial tənliklər jurnalı, Minsk, 1982,c.XVIII, №1.
- Sonlu yığılma radiuslu qüvvət sıraları üçün Viman-Valiron tipli qiymətlənmələr və onların dəqiqliyi haqqında.-SSRİ EA-nın Məruzələri, Moskva, 1980, c.253,№4, səh.822-824.
- Qeyri-xətti eliptik tənliklər üçün Dirixle məsələsinin həllərinin bəzi asimptotik xassələri.
- Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr və xüsusi törəməli tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi problemləri,Doktorluq dissertasiyasının Avtoreferatı, Moskva, MDUÇ 1982.
- Ehtimal və Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr.-İran, Zəncan Universitetinin əsərləri, Zəncan, 2007.
- Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətlənmələr haqqında.-Diferensial tənliklər və yaxın problemlər jurnalı, Başqırdstan Respublikası, Ufa şəhəri, 2008, səh.190-195.[1]
Təltif və mükafatları
redaktə2009-cu ildə Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülüb.[6]
“İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda yazdığı diplom işinə görə ona SSRİ Ali Təhsil Nazirinin birinci mükafatı və Fəxri Fərmanı ilə təltif olunub.[4][7]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 http://mechmath.bsu.edu.az/az/content/nadir_sleymanov_384
- ↑ "Süleymanov Nadir Məhəmməd oğlu". web.archive.org. 2022-08-07. İstifadə tarixi: 2024-10-25.
- ↑ "Azərbaycanda professor vəfat etdi". Oxu.az (az.). İstifadə tarixi: 2024-10-25.
- ↑ 1 2 3 http://ucar-ih.gov.az/az/news/248.html
- ↑ https://azertag.az/xeber/ucarda_riyaziyyatchi_alim_nadir_suleymanovun_85_illik_yubileyi_qeyd_olunub_video-1123650
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-10-25.
- ↑ "Ümumiləşmiş funksiyalar və korrekt sərhəd məsələləri.-Monoqrafiya,Bakı,2007, 480 səh" (PDF). elibrary.bsu.edu.az.