Qafqaz Isgenderiyyesi - Wikipedia
Qafqaz İsgəndəriyyəsi (q.yun. Αλεξάνδρεια στον Καύκασο) — Hinduquş dağlarının cənub ətəklərində, Paropamisadahda yerləşən ellin şəhəri.
Şəhərin əsası e.ə. 329-cu ilin martında Əhəmənilər imperiyasının Qəndəhar satraplığının paytaxtının yerində Makedoniyalı İskəndər tərəfindən qoyulmuş, burada 7 min nəfər makedoniyalı, 3 min nəfər muzdlu döyüşçü, bir neçə min nəfər aborigen məskunlaşdırılmışdır[1]. Şəhərin Qafqaz İsgəndəriyyəsi adlandırılmasının səbəbi qədim dövrlərdə Hindiquşun Asiya Qafqazı kimi tanınması ilə bağlıdır.
E.ə. II-I əsrlərdə Qafqaz İsgəndəriyyəsi "Alasandra" adı ilı Hind-yunan çarlığının[2] paytaxtlarından biri idi. Hökmdar sarayında buddizm dini yüksəliş dövrünü yaşayır, monarxların əksəriyyəti yunan dilində danışırdılar. Şri-Lankada belə hesab edirdilər ki, Anuradhapurda[3] böyük Budda məbədinin əsasının qoyulmasında 30 min monarx iştirak etmişdir.
Qafqaz İsgəndəriyyəsinin yerini arxeoloqlar dəqiq müəyyən edə bilməmişlər. Alimlərin əksəriyyəti Qafqaz İskəndəriyyəsinin xarabalıqlarını Kabuldan 45 km. şimalda Baqram şəhərinin yaxınlığında axtarırdılar[4]. Pakistanlı arxeoloqların tədqiqatlarına əsasən Qafqaz İsgəndəriyyəsi müasir Çarikar[5] şəhəridir.
İstinadlar
redaktə- ↑ Diodor 17, 83.
- ↑ "Monnaies Gréco-Bactriennes et Indo-Grecques, Catalogue Raisonné", Osmund Bopearachchi, 1991, Bibliothèque Nationale de France, ISBN 2-7177-1825-7
- ↑ "The Hindu : Opinion / Editorials : From Anuradhapura to Anuradhapura". 2006-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
- ↑ Friedrik Hiebert, Pierre Cambon (Hrsg.): Afghanistan. Hidden Treasures from the National Museum, Kabul. National Geographic, Washington D. C. 2008, ISBN 978-1-4262-0295-7, S. 146–147.
- ↑ Географический энциклопедический словарь: географические названия / Под ред. А. Ф. Трёшникова. — 2-е изд., доп.. — М.: Советская энциклопедия, 1989. — С. 539. — 210 000 экз. — ISBN 5-85270-057-6
Mənbə
redaktə- William W. Tarn: The Greeks in Bactria & India. 2. Auflage. Cambridge University Press, Cambridge 1951, S. 460–462.
- Friedrik Hiebert, Pierre Cambon (Hrsg.): Afghanistan. Hidden Treasures from the National Museum, Kabul. National Geographic, Washington D. C. 2008,
- The Greeks in Bactria & India. 1951, S. 460–462.
- Hochspringen ↑ So Tarn: The Greeks in Bactria & India. 1951, S. 461–462.
- Hochspringen ↑ Madhukar K. Dhavalikar: Ganeśa: Myth and Reality. In: Robert L. Brown (Hrsg.): Ganesh. Studies of an Asian God. State University of New York Press, Albany NY 1991,
Xarici keçid
redaktə- "Alexandria in the Caucasus" Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine, Livius.org
- Livius.org: Alexandria in the Caucasus Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine