Qeterin Dovlet Qurulusu - Wikipedia
Qətərin dövlət quruluşu — 2003-cü ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Qətərin dövlət quruluşu | |||||
---|---|---|---|---|---|
دولة قطر | |||||
| |||||
Himn: |
|||||
Paytaxt | Doha | ||||
əmir | Təmim bin Həməd Al Sani [ 25.VI.2013 ] | ||||
baş nazir | Əbdüllah bin Nasir bin Xəlifə Al Sani [26.VI.2013 ] | ||||
Sahəsi | |||||
• Ümumi | 11437 km² | ||||
Əhalisi | |||||
• Əhali | 2 120 nəfər (143-cü) | ||||
• Sıxlıq | 18 nəf./km² |
Dövlət quruluşu
redaktəQətər Əmirliyi mütləqiyyət formalı idarəetmə üsuluna malik monarxiyadır. Milli bayram günü olan müstəqillik günü (1971) 3 sentyabrda qeyd olunur. Qətər Əmirliyinin yeni Konstitusiyası 29 aprel 2003-cü il tarixində qəbul edilmişdir.
İnzibati ərazi bölgüsü
redaktəQətər Əmirliyi inzibati cəhətdən 7 bələdiyyəyə (Ad-Doha, Ar-Rayyan, Umm-Salal, Al Xor, Al-Vakra, Al-Dayyan və Aş-Şamal) bölünür.
Dövlət başçısı
redaktəHakim ailənin 3 minlik kişi üzvləri arasından seçilən Qətər Əmiri, mövcud Konstitusiyaya görə ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün, habelə vətəndaşların hüquqlarının ali təminatçısı, dövlətin başçısı və silahlı qüvvələrin ali baş komandanıdır. Qətər dövlətini beynəlxalq münasibətlərdə ali səviyyədə təmsil edən Əmir, icraedici və qanunvericilik hakimiyyətlərinin həyata keçirilməsində də müstəsna səlahiyyətlərə malikdir. Bir qayda olaraq, bütün mülki və hərbi qulluqçuların təyinatı, habelə Müdafiə Şurasının formalaşdırılması və Konstitusiya ilə nəzərdə tutulmuş digər səlahiyyətlər dövlət başçısı tərəfindən həyata keçirilir. Əmir öz fərmanı ilə Məhkəmənin istənilən qərarını ləğv edə bilər.
Qanunverici hakimiyyət
redaktəDövlət başçısı tərəfindən təyin olunan 35 üzvdən (zəruri hallarda Əmir öz istəyi ilə Məşvərət Məclisinin üzvlərinin sayını qeyri-məhdud sayda artıra bilər) ibarət birpalatalı Məşvərət Məclisi (Məclis əl-Şura) Əmirin rəhbərliyi altında ölkədə qanunvericilik hakimiyyətini həyata keçirməkdə nisbi və məhdud səlahiyyətlərə malikdir.
Konstitusiyaya əsasən, ən mühüm sferaları əhatə edən ümumdövlət siyasətini müzakirə etməkdə və aidiyyəti üzrə istənilən nazirə sorğu göndərməkdə səlahiyyətli orqan sayılan Məşvərət Məclisində müzakirə olunan layihələr sonda Əmir tərəfindən təsdiq və elan edilir.
İcraedici hakimiyyət
redaktəNazirlər Şurası Qətər Əmirliyinin yuxarı icra orqanı sayılır və icraedici hakimiyyətin həyata keçirilməsində Əmirə yaxından köməklik edir. Belə ki, Əmir Baş nazir qismində Hökumətə (Nazirlər Şurası) bilavasitə rəhbərliyi həyata keçirmək, habelə onun qarşısında kollektiv siyasi və vəzifələrinin icrası ilə bağlı fərdi məsuliyyət daşıyan nazirləri təkbaşına təyin və vəzifələrindən azad etmək səlahiyyətinə malikdir.
Məhkəmə hakimiyyəti
redaktəÖlkədə məhkəmə-hüquq sistemi — ailə-məişət məsələləri üzrə İslam (Şəriət), digər ümumi cinayət və mülki məsələlərlə bağlı isə, dünyəvi hüquq normalarının elementlərindən qaynaqlanan müasir məhkəmə-hüquq sisteminə əsaslanır.
Qətər Əmirliyinin məhkəmə iyerarxiyasının ən yüksək instansiyası sayılan Apelyasiya Məhkəməsi, habelə digər aşağı instansiya ölkədə məhkəmə hakimiyyətini həyata keçirməkdə səlahiyyətlidirlər.
Mənbə
redaktə- Cabir Məmmədov, Həbibə Soltanova, Ərəb ölkələrinin coğrafiyası, s.42
- Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник).