Qizilqum Fk - Wikipedia
Qızılqum Zərəfşan FK (özb. Қизилқум Зарафшон футбол клуби or Qizilqum Zarafshon futbol klubi; ing. FC Qizilqum) — Zərəfşan şəhərini təmsil edən Özbəkistan futbol klubudur. Hal-hazırda klub Özbəkistanın əsas liqası olan Özbəkistan Liqasında mübarizə aparır. Klubun adı şəhərin yaxınlığında yerləşən Zərəfşan çayının adından götürülmüşdür. Qzılqum isə Özbəkcə Qırmızı qum mənasına gəlir ki, bu da yerli səhra ilə bağlıdır.
Qızılqum FK | |
---|---|
Klubun tam adı | Qizilqum Zarafshon |
Ölkə | Özbəkistan |
Yaranma tarixi | 1967 |
Stadionu | Yoşlar stadionu, Navoi |
Tutumu | 12500 |
Baş məşqçisi | Yuriy Lukin |
Liqa | Özbəkistan peşəkar futbol liqası |
2024 | 11 |
Rəsmi saytı |
Tarixi
redaktəQızılqum FK 1967-ci ildə Proqress adı altında yaradılmışdır. Klubun adı 1994-cü ildə Qızılqum kimi dəyişdirilsədə, 1995-ci ildə yenidən Proqress adı geri qaytarılmışdır. 1997-ci ildə klub yenidən Qızılqum adlandırıldı. Klub ilk dəfə 2000-ci ildə Özbəkistan Liqasında debüt etmişdir. İlk mövsümdə klub 11-ci yeri tutmuşdur. Bir il sonra, yəni 2001-ci il mövsümündə klub liqanı 6-cı yerdə başa vurdu. Nəhayət, 2002-ci il mövsümündə klub liqanı 3-cü yerdə başa vurdu. Kubokda isə klub güclü Neftçi Fərqanə FK klubuna yarımfinalda məğılub olaraq yarışı dayandırdı. Klub 2000-ci illərdə Özbəkistan Liqasında ən uğurlu vaxtlarını keçirmişdir.
Ad dəyişdirilməsi
redaktə- 1967—1994: Proqress
- 1994—1995: Qızılqum
- 1995—1997: Proqress
- 1997: Qızılqum
Stadion
redaktəKlub öz ev oyunlarını 5000 tamaşaçı tutumuna malik və Zərəfşan şəhəri ərazisində yerləşən Proqress stadionunda keçirirdi. 2013-cü ilin avqust ayında Proqress stadionu təmirə bağlandı. 2013-cü ilin avqust ayından 2014-cü ilin may ayına qədər klub öz ev oyunlarını Novai yaxınlığında yerləşən və 10000 tamaşaçı tutumuna malik Soqdiana stadionunda keçirməyə başladı. Soqdiana stadionunda həm də Yuzhanin FK öz ev oyunlarını keçirirdi. 2014-cü ilin may ayında Novai şəhərində yeni stadion tikilməyə başladı. Stadionun adı Yoşlar stadionu idi və klub artıq burada oynamağa başladı.[1]
Yoşlar stadionu Umid nihollari 2012 idman kompleksinin əsasında tikilmişdir və məktəblilər arasında keçirilən respublika idman oyunlarını qəbul edir. Təmir işlərindən sonra stadionda oturacaqların sayı 12500-ə çatdırılmış, 2011-ci ilin aprel ayından 2012-ci ilə qədər idman kompleksi fəaliyyət göstərmişdir. İdman kompleksində voleybol, həndbol, basketbol və digər idman növləri üçün 2 kort fəaliyyət göstərir. 2012-ci ildə Umid nihollari oyunlarının açılışı bu stadionda baş tutmuşdur. 2012-ci ilin noyabr ayında AFK stadionu A kateqoriyası ilə mükafatlandırmışdır. Birinci rəsmi oyun 3 may 2014-cü ildə keçirilmişdir. Həmin oyun Qızılqum ilə Dinamo Səmərqənd arasında baş tutmuşdur.[2]
Liqa tarixi
redaktəİndiki heyət
redaktə14 mart 2015-ci il məlumatlarına əsasən.[3] 4
|
|
Texniki heyət
redaktə2014-cü il fevral ayına əsasən.
Mövqe | Ad |
---|---|
Baş məşqçi | Yuriy Lukin |
Köməkçi məşqçi | Aleksey Evstafeyev |
Köməkçi məşqçi | Vladimir Andreyev |
Uğurları
redaktə- Özbəkistan Liqası 3-cü:
- 2002
Baş məşqçilər
redaktəİstinadlar
redaktə- ↑ "Кызылкум": домашние матчи теперь в спортивном комплексе "Ёшлар" (Russian). 2014-04-18. 2014-04-19 tarixində arxivləşdirilib.
- ↑ "Qizilqum – Dinamo Samarkand, 2014-05-03". soccerway. 2016-04-09 tarixində arxivləşdirilib.
- ↑ "Uzbek League players list for 2014 season". pfl.uz (Russian). 2014-03-24. 2016-08-27 tarixində orijinalından arxivləşdirilib.
Xarici keçidlər
redaktə- FC Qizilqum Official Website Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine (rus.)
- Qizilqum Zarafshon – soccerway
- Weltfussballarchiv Arxivləşdirilib 2012-12-19 at the Wayback Machine