Qitqin Yasayis Yeri - Wikipedia
Qıtqın_yaşayış_yeri - Haqqında Məlumat
Qıtqın yaşayış yeri — Naxçıvan Muxtar Respublikasında arxeoloji abidədir
Tarixi coğrafi yerləşməsi
redaktəƏlincə çayın sol sahilində, Culfa bölgəsinin Xanağa kəndindən şərqdə yerləşir. Sahəsi 17600 kv.m-dir.
Mədəni təbəqə
redaktəAbidənin bəzi sahələrində qalınlığ 1 m-ə çatan mədəni təbəqənin üzəri açılmışdır. Yaşayış yerinin tikililəri əsasən çaydaşı, bişmiş kərpicdən hörülmüşdür. Toplanmış yerüstü arxeoloji materiallar əsasən şirli və şirsiz saxsı qab qırıqlarından ibarətdir.
Tarixi dövrləşdirilməsi
redaktəArxeoloji material Qıtqın yaşayış yerinin IX–XVIII əsrlərdə fəaliyyətdə olduğunu sənədləşdirir.[1]
Mənbə
redaktəAzərbaycan Arxeologiyası. Altı cilddə, VI cild. Bakı,"Şərq-Qərb", 2008, 632 s.
İstinadlar
redaktə- ↑ Novruzlu Ə. İ., Baxşəliyev V. B. Culfa bölgəsinin arxeoloji abidələri. Bakı, 1993., s. 44–47