Putra Mescidi - Wikipedia
Putra məscidi (malay Masjid Putra) — Malayziyanın yeni inzibati mərkəzi olan Putracayada yerləşən əsas məscid.
İslam | |
Putra məscidi | |
---|---|
malay Masjid Putra | |
Yerləşməsi | |
Ölkə | Malayziya |
Şəhər | Putracaya |
Memarlıq | |
İnşa tarixi | 1997 – 1999 |
Üslubu |
İslam memarlığı Müasir memarlıq Mavritan memarlığı |
Minarələrin sayı | 1 |
Minarələrin hündürlüyü | 116 metr |
Günbəzlərin sayı | 9 |
Tutumu | 15,000 nəfər |
Materialı | çəhrayı qranit |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Məscidin tikintisinə 1997-ci ildə başlanıldı və tamamlama işləri iki ildən sonra başa çatdı. Məscid Malayziyanın Baş Nazirinin iqamətgahı olan Perdana Putra[ing.] və süni yarasdılmış Putracaya gölünün yaxınlığında yerləşir. Məscidin qarşısında Malayziya ştatlarının bayraqlarının dalğalandığı böyük meydan yerləşir.[1]
Memarlığı
redaktəMəscidin xarici görünüşünün dizaynına Şeyx Ömər məscidi (Bağdad) və İkinci Həsən məscidinin (Kasablanka) dizaynı güclü təsir göstərib. Məscidin bünövrəsini təşkil edən divarlar İkinci Həsən məscidinin divarlarını xatırladır. Məscidin minarəsinin dizaynına isə Bağdadda yerləşən Şeyx Ömər məscidinin minarəsinin dizaynı təsir göstərib. Məscidin əsas materialı kimi çəhrayı qranitdən istifadə olunub.
Məscid üç əsas funksional ərazidən ibarətdir: ibadət zalı, həyət və müxtəlif öyrənmə zalları və otaqlar. İbadət zalı və baş günbəz 12 sütunun köməyi ilə saxlanır. Günbəzin diametri 36 metr təşkil edir. İbadət zalının qarşısında geniş həyət yerləşir.[2] Günbəzin hündürlüyü 76 metrdir. Minarənin hündürlüyü 116 metr olmaqla regionda ən hündür minarələrdən biri hesab olunur və islamın beş şərtini təsvir edən beş səviyyəyə malikdir.[3]
İstinadlar
redaktə- ↑ "Putra Mosque". putrajaya.gov.my. 3 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2015.
- ↑ "Мечеть Путра". rutraveller.ru. 20 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 may 2015.
- ↑ "Putra Mosque". www.tourism.gov.my. 1 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 may 2015.