Poladli Agdam - Wikipedia
Poladlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Poladlı | |
---|---|
39°58′13″ şm. e. 46°54′39″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Tarixi
redaktə1993-cü ildə kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 2020-ci ildə kənd Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponomiyası
redaktəYaşayış məntəqəsi Ağdam rayonunda, Qasımlı inzibati-ərazi vahidində, Qarqar çayının sahilində yerləşir. "Oykonim şahsevənlərin şıxlı, əbubəyli, quzanlı, yurdçu, dursunxocalı, təklə və yekəli tirələrindən ibarət olmuş poladlı qolunun adı ilə bağlıdır. XIX əsrin əvvəllərində poladlılar 800 alaçıqdan ibarət olmuşlar".[2] Türkəsilli şahsevənlərin poladlı qolunun adı çox güman ki, Polad şəxs adı ilə bağlıdır. Poladlı "Poladın nəslindən olanlar" anlamını verir. Polad farsca "boz rəngli bərk metal" deməkdir.[3]
Xarici keçidlər
redaktə- "Ağdam rayonu". armenianvandalism.preslib.az. İstifadə tarixi: 28 sentyabr 2021.
- "Vandalizmə məruz qalmış kəndlər". sabunchu.cls.az. İstifadə tarixi: 28 sentyabr 2021.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, 1999, s.527". (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Azərbaycan şəxs adları. Tərtibçilər: A.Şirəliyev, B.Abdullayev, Ş.Sədiyev. Bakı, İşıq, 1987, s.53". (#cite_web_url); (#accessdate_missing_url)
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |