Pneumonoultramicroscopicsilicovolcanoconiosis - Wikipedia
İngilis dilində olan Pneumonoultramicroscopicsilicovolcanoconiosis "daha çox vulkanlarda olan çox nazik silisium oksid tozunun nəfəs alınması ilə yaranan xəstəlik" mənasına gələn və əslində, Everett M. Smit tərəfindən yalnız ən uzun İngilis dilində söz olması üçün yaradılan və tam olaraq (pneumonoultramicroscopicsilicovolcanoconiosis) eyni dərəcədə uzun olan bir sözdür. Yaradıldıqdan sonra bəzi müxtəlif mənbələrdə ilk tərifinə yaxın mənalarda istifadə edilmişdir.
Etimologiya
redaktə- pneumono = ağciyərlərlə bağlıdır (Latıncadan, Yunancaya keçmişdir)
- ultra = sonrası (Latınca, "ultraviolet" kimi (ultrabənövşəyi şüalanma))
- microscopic = olduqca kiçik (Latınca/köhnə ingiliscə, Yunancadan mikron, kiçik, və skopos, görünüş)
- silico = silis (Latınca)
- volcano = yanardağ (Latınca)
- coni = toz ilə əlaqəli (Yunanca: konis, toz)
- osis = xəstəlik / hal (Yunanca)
Tarixçə
redaktəİngilis dilində bir lüğətdə yer almış ən uzun sözdür. Söz politoloqları tərəfindən "P45" deyə anılan bu söz ilk olaraq 1936 tarixli çapda İngilis dilinin Oksford lüğətində qeyd edilib. Daha sonra Websters Third New İnternational Dictionary, Random House Dictionary of the English Language, Unabridged, və Merriam-Websters Collegiate Dictionary ilə Merriam Webster Medical Dictionaryde da qeyd edilmişdir.
Ən uzun söz olmasına görə edilən iradlar bu sözün texniki (yəni tibbi) bir termin olduğunu, bu səbəbdən də "ümumi istifadədəki ən uzun söz" olmayacağını açıqlamışlar.
Bundan daha da önəmlisi bu sözün əslində bir yalan olaraq ortaya çıxarılmasıdır: Word Ways: The Journal of Recreational Linguistics jurnalındakı, müxtəlif məqalələrdə (May 1985, səh. 95-96; Noyabr 1986, səh. 205-206; May 1987, səh. 82; Noyabr 1989, səh. 205) tədqiqatçılar bu sözün "National Puzzlers' League"-in sədri olan Everett M. Smit tərəfindən 1935-ci ildə bir iclas zamanı uydurulduğunu tapmışdır. Bu söz, bu iclas haqqındakı bir qəzet yazısının başlığında istifadə edilmişdir və buradan da bir tapmaca kitabları müəllifi tərəfindən alınmışdır. "National Puzzlers' League" üzvləri bu sözün əsas lüğətlərə daxil olması üçün kampaniya keçirmiş və İngilis dilinin Oksford lüğəti ilə Webster's Third-ə daxil olmasını təmin etmişlər. 1935 tarixindən öncəsi tibb ədəbiyyatlarında aparılan araşdırmalar nəticəsiz qalmış, amma o tarixdən bəri, olduqca az olsa belə tibb sahəsində də istifadə edilmişdir.
Bu sözü xarakterizə edən ad, daha qısa olanı "pneumoconiosis"dir.