Pirin Milli Parki - Wikipedia
Pirin Milli Parkı — Bolqarıstanda, Blaqavqrad bölgəsində yerləşən milli park. UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Pirin Milli Parkı | |
---|---|
bolq. Национален парк „Пирин“ | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 403,56 km2 ha |
Yaradılma tarixi | 1962 |
Yerləşməsi | |
41°40′00″ şm. e. 23°30′00″ ş. u.HGYO | |
Ölkə | Bolqarıstan |
Vilayət | Blaqoevqrad |
Yaxın şəhər | Bansko |
pirin.bg | |
|
|
Rəsmi adı | ing. Pirin National Park |
Tipi | Təbii |
Kriteriya | vii, viii, ix |
Tarixi | 1983 (7-ci sessiya) |
İstinad nöm. | 225 |
Region | Avropa |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəPirin Milli Parkı Bolqarıstanın cənub-qərbində yerləşmiş olub təxminən 400 km2 sahəyə malikdir. Əhəng daşı qayalardan, buzlaq göllərdən, şəlalələrdən, mağaralardan, iynəyarpaqlı meşələrdən ibarətdir. Çox zəngin floraya və möhtəşəm təbii gözəlliklərə malikdir.
Təxminən 1300 növ əhəmiyyətli bitki növünün evi olan bu park, bütün Bolqarıstan ərazisində olan ümumi bitki növlərinin %30-indən çoxunu özündə saxlayır. Bunlardan təxminən 300 növü yosundur. Park 18 yerli endemik (yalnız o bölgəyə xas, başqa yerdə olmayan) növə, 15 Bolqarıstan və bir çox Balkan endemik növlərinə; ayrıca Pirin bölgəsinin simvolu olan Edelveys (günəbaxana bənzər ağ Alp çiçəyi) kimi qorunmaqda olan bitki növlərinə də ev sahibliyi edir. Pirin Milli Parkında üç fərqli bitki qurşağı mövcuddur: meşə qurşağı, subalp qurşağı və Alp qurşağı. Parkda heyvan növləri də çoxdur. Təxminən 2090 onurğalı növün 300-ü nadir olan növlərdir. Bolqarıstanın ümumi şirin su balıqlarının 6%-i burada yaşayır. 6 balıq növü, 8 amfibi növü və 11 növ sürünən də qorunma altındakı bu bölgədə yaşayır. Bütün Bolqarıstanda yaşayan quş növlərinin 40%-i, yəni təxminən 160 növ bu parkda yaşayan canlılar arasındadır. 45 növ məməli (aralarında 12 növ yarasalar dəstəsindən), çöl keçiləri və qəhvəyi ayılar da Piri Milli Parkının canlılarındandır.[1]