Pir I Suleyman Xanegahi - Wikipedia
Naxçıvan bölgəsində fəaliyyət göstərən xanəgah – türbələrdən biri də Şərur rayonunun Tənənəm kəndindəki Pir-i Süleyman adı ilə məşhur olan ziyarətgahdır.
Pir-i Süleyman Xanəgahı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şərur |
Aidiyyatı | Sufilik |
Tikilmə tarixi | XIV-XV əsr |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Memarlıq quruluşu
redaktəPir memarlıq baxımından о qədər də möhtəşəm olmayan bir binadan ibarətdir (şəkil 59). Binanın günbəzi tacvari formalı olub, dairəvi planlıdır. Vaxtı ilə abidənin giriş qapısı üzərində kitabə olsa da həmin epiqrafik sənəd zaman keçdikcə məhv olaraq sıradan çıxmışdır. Binanın içərisində qəbir vardır. Pirdə əsas ziyarət obyekti bu qəbirdir. Ancaq qəbirin və binanın üstündə epiqrafik sənəd-kitabə olmadığı üçün onların tarixi, mənsubiyyəti və təyinatı haqqında sanballı elmi fikir söyləmək mümkün deyildir.
Tarixi və mənşəyi ilə bağlı mülahizələr
redaktəYaşlı əhalinin söylədiyinə görə pirin tarixi Tənənəm kəndinin tarixindən qədimdir. Pirin nə üçün "Piri-i Süleyman" adlanması haqqında dəqiq məlumat yoxdur. Fikrimizcə, ziyarətgahın adındakı "Pir" sözü sufi təriqəti rəhbərlərinə verilən ən yüksək tituldur. Görünür, Süleyman sufilikdə ən yüksək məqam olan "Pir" səviyyəsinə qədər yüksəlmiş bir şəxsiyyət olmuşdur. Sufi təriqəti pirlərinə məxsus bütün keyfiyyətlər Pir Süleymana da aid olmuş və о, Tənənəm kəndi ərazisində fəaliyyət göstərən xanəgahın rəhbər şeyxi olmuşdur. Yerli əhali içərisində bəzi adamlar "Pir Süleyman" ziyarətgahını "Birinci Süleyman" adlandırırlar. "Pir" sözünün mənşəyi haqqında danışarkən t.e.d. M. S. Nemət yazır ki, bu istilahı türk sözü "Bir"lə bağlayırlar. Bəzi kitabələrdə və orta əsr mənbələrində bu söz "Birə" formasında işlənib. "Pir", "Bir" və yaxud "Birə" sözü güman ki, birinci, yəni öndə gedən, mürşid mənasını bildirir[1]. Alimin sözlərinə əsasən deyə bilərik ki, Pir-i Süleymanla "Birinci Süleyman" sözləri də eyni kökdəndir və ayrı-ayrı adamlar tərəfindən müxtəlif deyiliş formasıdır. Ehtimal ki, burada hansı isə sufi təriqətinə mənsub xanəgah fəaliyyət göstərmiş, Sülyeman isə həmin sufi məskəninin rəhbər şeyxlərindən olmuşdur. Müridləri və əhali arasında böyük nüfuza, hörmətə malik olan bu şeyx öldükdən sonra öz xanəgahında dəfn olunmuş, qəbri ziyarətgaha çevrilmişdir. Tənənəm kəndindəki bu xanəgah zəmanəsinin nüfuzlu sufi mərkəzlərindən olmuşdur. О, nəinki təkcə Tənənəm kəndində, bütövlükdə Şərur bölgəsində böyük nüfuz qazanmış, zəmanəsinin sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamışdır[2]. Xanəgah – türbənin üzərində epiqrafik sənəd qalmadığı üçün onun inşa tarixi haqqında konkret və dəqiq fikir söyləmək mümkün deyildir. Ancaq onun ətrafında orta əsrlər dövrünə, xüsusilə XIV əsrə aid saxsı qab qırıqları və kaşı parçalarına əsasən demək olar ki, bu sufi məskəni XIV–XV əsrlərdən etibarən fəaliyyət göstərmiş, Pir-i Süleyman isə onun rəhbər şeyxlərindən olmuşdur[3].
Mənbə
redaktə- Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.