Petro Kulikov - Wikipedia
Petro Kulikov (ukr. Куліков Петро Мусійович; d. 4 mart 1952, Talı, Ukrayna SSR, SSRİ) — iqtisad elmləri namizədi, professor, Ukraynanın əməkdar təhsil işçisi. Kiyev Milli İnşaat və Memarlıq Universitetinin rektoru (26 sentyabr 2012-ci ildən)[1]; Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin birinci müavini (30 may 2011-ci ildən).
Petro Kulikov | |
---|---|
ukr. Куліков Петро Мусійович | |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Ukrayna SSR, Talı |
Vətəndaşlığı | SSRİ→ Ukrayna |
Uşağı | 2 uşağı var. |
Milliyyəti | ukraynalı |
Təhsili | Ali: Kiyev Mühəndis-inşaat İnstitutu |
Fəaliyyəti | iqtisadçı |
Elmi dərəcəsi |
|
Həyatı
redaktə4 mart 1952-ci ildə o vaxt Ukrayna SSR-yə aid olan Talı kəndində anadan olmuşdur.[1]
Təhsili
redaktə1969-1971-ci illərdə Severodonetskdəki 53 nömrəli texniki-peşə məktəbində oxumuşdur.[1] 1974-cü ildə Kiyev Mühəndis-inşaat İnstitutuna qəbul olmuş və 1979-cu ildə bu ali məktəbi bitirmişdir.[1]
Əmək fəaliyyəti
redaktə1971-1972-ci illərdə Severodonetsk Kimya Kombinatında çalışmış,[1] 1972-1974-cü illərdə isə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur.[1]
1997-ci ildən Ukraynanın Təhsil və Elm Nazirliyində işləməyə başlamışdır.
14 yanvar 2009-cu ildən 30 may 2011-ci ilə qədər Ukraynanın Təhsil və elm, gənclər və idman nazirinin müavini vəzifəsində işləmişdir. 30 may 2011-ci ildən isə həmin nazirlikdə birinci müavin vəzifəsində çalışır.
Ailəsi
redaktəMükafatları və fəxri adları
redaktə24 aprel 2009-cu ildən Odessa Milli Hüquq Akademiyasının fəxri doktorudur. Ukraynanın əməkdar təhsil işçisi və Elm və texnologiya sahəsində Dövlət mükafatı laureatıdır.
Elmi əsərləri
redaktə- П. М. Куликов. Эффективное управление финансовыми ресурсами отрасли образования и науки: [монография]; Донецк. нац. ун-т, Каф. экон. кибернетики. — Донецк : Юго-Восток, 2009. — 198 с. : ил. — ISBN 978-966-374-473-5 : 24.00 р.[2].
- П. М. Куліков. Економіко-математичне моделювання фінансового стану підприємства [Текст] : навч. посіб. для студ. вищ. навч. закл. / П. М. Куліков, Г. А. Іващенко ; Харк. нац. екон. ун-т. — Х. : ІНЖЕК, 2009. — 152 с. — ISBN 978-966-392-247-8
- Діагностика стану підприємства [Текст] : навч. посіб. / Куліков П. М., Попов О. Є., Котов А. М. ; Харк. нац. екон. ун-т. — Х. : Вид-во ХНЕУ, 2011. — 228 с. — Бібліогр.: с. 195—198. — ISBN 978-966-676-470-9 : 71.00 р.
- П. М. Куликов. Моделирование управления финансово-хозяйственной деятельностью в государственной системе образования : Дис. канд. экон. наук: 08.03.02 / Донецкий национальный ун-т. — Донецк, 2004. — 178 л.
- Н. М. Внукова, П. М. Куліков, В. А. Череватенко. Ощадна справа [Текст] : навч. посіб. — Х. : Компанія СМІТ, 2005. — 480 с. — Бібліогр.: с. 455—469. — ISBN 966-8530-45-4.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Ректор Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine knuba.edu.ua (ukr.)
- ↑ Эффективное управление финансовыми ресурсами отрасли образования и науки[ölü keçid]
Xarici keçidlər
redaktə- Куліков Петро Мусійович Arxivləşdirilib 2017-10-12 at the Wayback Machine onua.edu.ua (ukr.)
- Куліков Петро Мусійович da-ta.com.ua (ukr.)
- Куліков Петро Мусійович, к.ек.н., доц.; Мін-во освіти і науки, молоді та спорту України, заст. Міністра — кер. апарату (з 05.2011). (ukr.)
- КУЛІКОВ ПЕТРО МУСІЙОВИЧ Arxivləşdirilib 2014-03-06 at the Wayback Machine (ukr.)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |