Peter Beron - Wikipedia
Peter Beron (bolq. Петър Хаджиберович Берон; təq. 1799[1][2] – 21 mart 1871[3], Krayova) — Bolqarıstan pedaqoqu, alimi, ensiklopedisti, müəllimi, filosofu, həkimi və təbiətşünası.
Peter Beron | |
---|---|
bolq. Петър Хаджиберович Берон | |
Doğum tarixi | təq. 1799[1][2] |
Vəfat tarixi | 21 mart 1871[3] |
Vəfat yeri | |
Elm sahələri | pedaqogika, fəlsəfə, tibb, təbiətşünaslıq |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəPeter Beron 1799-cu ildə Koteldə anadan olub. Qısa müddət Braşovda yaşayıb. O, yerli internat məktəbində və müəllim Andon Hacı Krinçunun Ellin-Bolqar məktəbində təhsil alıb və oranı bitirdikdən sonra işə başlayıb. 21 yaşında Buxarestə getmiş, burada Yunanıstan Knyazlıq Akademiyasında, daha sonra isə həmvətənlərinin köməyi ilə Avropanın müxtəlif universitetlərində təhsil almaq imkanına sahib olub. O, Heidelberg və Münhendə tibb təhsili alıb. Münhendə Fridrix Şellinq və Lorens Okkenin mühazirələrini dinləyib.[4] 1831-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək Rumıniyaya qayıdır. 20-yə yaxın elmi məqalənin müəllifidir.[5] Peter Beron doqquz dil bilir və Paris, Berlin, London, Vyana, Praqa və Afinada yaşayıb. İxtisaslı həkim olmaqla yanaşı, özünü elmi axtarışlara da həsr edirdi. 21 mart 1871-ci ildə Kraiovadakı mülkündə boğularaq tapılıb. Peter Beronun portreti 1999-cu ilin 10 levalıq əskinasında əks olunub.
Fəlsəfi baxışları
redaktəBeron həyatının təxminən 25 ilini Parisdə və digər Avropa şəhərlərində keçirdi. O, qərb fəlsəfəsini və mədəniyyətini ciddi və sistemli şəkildə öyrənir, klassik pozitivizmin, xüsusən də müasiri Ogüst Kont materializm və idealizmi fəlsəfədə üçüncü xəttlə əvəz etmək cəhdlərinin şahidi olur. Bununla belə, Beron özünün Panepisteme fəlsəfəsinin müstəqilliyinə səmimiyyətlə inanırdı. O, Aristoteli son elmi nüfuz sahibi hesab edirdi.
Əsərləri
redaktə- Müxtəlif Təlimlərin Başçısı, 1824.
- Əlyazma, 1843.
- Systeme d'atmospherologie. Tom I. Bachelier, Paris 1846 Digitalisat
- Slawische Philosophie, enthaltend die Grundzüge aller Natur- und Moralwissenschaften, nebst einem Anhang. Ueber die Willensfreiheit und die Unsterblichkeit der Seele. in Commission in Friedrich Ehrlich's Buchhandlung, Praqa 1855.
- Panépistéme. Physique simplifiée. Bd. I-IV. Paris 1861–1864
- Panépistéme. Physique celeste. Bd. V--VII. Paris 1866–1867
- Physico-Chimie. Tome I, Partie générale. J.B. Baillière, Paris 1870
Ədəbiyyat
redaktə- Christo Părvev: Das Verdienst von Dr. Petăr Beron und Dr. Ivan Bogorov beim Aufbau der neubulgarischen Schriftsprache. In: Bulgarische Sprache, Literatur und Geschichte. 2. Auflage. Hieronymus, Neuried 1982, ISBN 3-88893-013-8, S. 139–156.
- Hans-Joachim Härtel, Roland Schönfeld: Bulgarien. Vom Mittelalter bis zur Gegenwart. Pustet, Regensburg 1998, ISBN 3-7917-1540-2.
- Georgi Schischkoff: Peter Beron. 1798 - 1871. Forscherdrang aus dem Glauben an die geschichtliche Sendung der Slawen. Hain, Meisenheim am Glan 1971, ISBN 3-4450-0864-7
- Michael Batschwarow: Beron, Petar. In: Philosophenlexikon von einem Autorenkollektiv hrsg. von Erhard Lange und Dietrich Alexander. Dietz Verlag, Berlin 1982, S. 104–105
İstinadlar
redaktə- ↑ 1 2 Pierre Beron for the wireless, in advance of the radio patent. Yeni Bolqarıstan Universiteti, 2007.
- ↑ 1 2 С изложба в Котел бяха отбелязани 150 години от смъртта на д-р Петър Берон. Bulgarian News Agency.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ "Arxivlənmiş surət". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.
- ↑ "Arxivlənmiş surət". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-25.