Perusin Qavixin Binasi - Wikipedia
Peruşinoy-Qavixanın binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində üç mərtəbəli bina. Bina XIX əsrin 70-ci illərində inşa edilmişdir.
Peruşin-Qavixin binası | |
---|---|
rus. Дом Перушиной-Гавиха | |
47°12′58″ şm. e. 38°55′39″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 79, 81[1].
Tarixi
redaktəTaqanroq şəhəri Petrovskaya küçəsi ev 79 və 81 ünvanında yerləşən bina XIX əsrin 70-ci illərində inşa edilmişdir.
Solunda yerləşən iki mərtəbəli tikili 1871-ci ildə 2-ci gildiya taciri Marten Nikitiç Bataşevin maliyyəsi hesabına inşa edilmişdir. Ərinin ölümündən sonra dul qadın tacirlik işini davam etdirnişdir. Nəticədə o qızı və oğlunu tərbiyə etmişdir. Onun tərəfindən iki mərtəbəli bina gözəl fasada malikdir. Binanın ikinci mərtəbəsində yeddi pəncərə vardı. Onun sol hissəsində əsas giriş yerləşirdi.
Peruşkinin binasının inşası bitdikdən burada "Donskaya" mehmanxanası yerləşirdi. Yarım zirzəmiyə malik binanın altında kitab mağazası və kitabxana fəaliyyət göstərirdi. Adı çəkilən müəssisələr Livinskiyə məxsus olmuşdur.
Sağ kompleksdə isə keçmiş Qavixa binası yerləşir. Hazırda isə Cənub Federal Universitetinin elmi-araşdırma mərkəzi yerləşir. XIX əsrin sonlarında binada "Fransa" mehmanxanası yerləşirdi. Əsas girişin önünda uzun eyvan vardı. 1894 və 1898 illərdə mehmanxanada A. P. Çexov otaq virayələmişdir.
Hər iki binada olan mehmanxanalar bir müddıt sonra bağlanmışdır. XX əsrin əvvəllərində 1-ci gildiya taciri Otto Ottoviç Qavix "Fransa" mehmanxanasının yerində "Avropa" mehmanxanasını təsis edir. 2 aprel 1911-ci ildə mehmanxananın sahibi özünü öldürmüşdür.
Birinci dünya müharibəsi dönəmində binada xəstəxana, bir müddət sonra isə paraşutçular məktəbi yerləşirdi.
Oktyabr inqilabından öncə Qavix binasında tarix və coğrafiya müəllimi Dmoti Pavloviç Drobyazqo mənzil kirayələmişdir. 1928–1941-ci illərdə binada NKVD bölməsi yerləşirdi.
Böyük Vətən müharibəsindən sonra hər iki binada təmir işi aparılmış və binalar birləşdirilmişdir. Burada bu zaman dəniz aviasiyası uçılışı yerləşirdi. Sonradan birləşdirilmiş binanın üçüncü şərtəbəsi inşa edilmişdir.
Hazırda bınanın sol hissəsində "Rostovqrajdanproekt" və "Standlaşdırma və metrologiya" kimi təşkilatlar yerləşir. Sağ hissədəisə Kalmıkov adına Radiotexnika Universitetinin mikroprosessor kafedrası yerləşir. Binanın zirzəmisində "Ruski çay" kafesi yerləşir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir
Ədəbiyyat
redaktəГаврюшкин О. П. Вдоль по Питерской (хроника обывательской жизни). Таганрог, 2000.
İstinadlar
redaktə- ↑ "Таганрог ул. Петровская, 79, 81". 2013-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.