Peeter Syuda - Wikipedia
Peeter Syuda (30 yanvar 1883 — 3 avqust 1920) — Estoniya bəstəkarı, orqan çalan, pedaqoq. Orqan musiqisi sahəsində gördüyü işlərlə məşhurdur.
Peeter Syuda | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Saaremaa, Estoniya |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | Tallin, Estoniya |
Vətəndaşlığı | Estoniya |
Təhsili |
|
Fəaliyyəti | bəstəkar, orqan ifaçısı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəPeeter Syuda fermer ailəsində anadan olmuşdur. Valideynləri çox dinə bağlı insanlar idi və musiqiylə maraqlanırdılar. Beş yaşı olsrkən Peeter Syuda orqan aləti məşğul olmağa başladı. Musiqi dərslərini ona yerli kister verirdi.
1902-ci ildən 1911-ci ilə qədər Syuda Sankt-Peterburq konservatoriyasında orqan aləti üzrə oxumağa başlamışdır. Əvvəlcə Lui Qomiliusdan (1845 — 1908), Jak Xandjindən (1886 — 1955) təhsil almışdır. 1909-cu ildən başlayaraq o həmçinin Rusiya professorları olan Anatoli Lyadovun və Aleksandr Qlazunovun əsərlərini çalmağa başlamışdır.[1].
Sankt-Peterburqda Syuda Estoniya bəstəkarı olan Mart Saar (1882 — 1963) ilə tanış olmuşdur. Saar onu bir sıra Estoniya xalq mahnıları üzrə böyük layihəyə cəlb edir. Estoniya Tələbələr Cəmiyyəti (est. Eesti Üliõpilaste Selts) himayəsi altında layihə keçirilir. Bu layihədə Syuda 1905-ci ildən 1911-ci ilə qədər hər yay iştirak etmişdir.
1912-ci ildə Syuda Tallinə köçür. Tallində o, musiqi dərsləri verməyə başlayır və orqan çalan kimi fəaliyyət göstərir. 1919-cu ildən ölümünə qədər Syuda orqan aləti üzrə dərs deyir. Syuda Estoniyada ən yaxşı musiqi məktəblərindən birində musiqi nəzəriyyəsi üzrə dərs də demişdir.
Syuda 3 avqust 1920-ci ildə Tallində vəfat etmişdir. Syuda Sisellina qəbiristanlığında dəfn edilmişdir.
Əsərləri
redaktəPeeter Syuda əsasən orqan əsərlərini yazırdı. Əksər əsərləri onun erkən ölümünə görə yarımçıq olaraq qaldı. Nəşr etdirdiyi "Kim Estoniyanın mədəniyyətində var" kitabında qeyd edilir, "idaya və öz yaradıcılığının saxlamasına görə Syuda fəlsəfə və ümumbəşər problemlərinin davamçısı, R. Tobiasın davamçısı hesab edilir."[1] Syudanın əsas əsərləri: "Fuge f-moll", "Ave Maria", "Basso ostinato", "Scherzino", "Gigue à la Bach", "Pastoraal", "Prelüüd" və "Fuuga g-moll"-dur. Bundan başqa, o fortepiano üçün bir neçə əsər yazmışdır. Syuda "Linakatkuja" adlı xor fuqasının da müəllifidir.[2]
Yazıları
redaktə- Baltik orqan musiqisində BIS
- Külliyatı. EMIC, 2005
İstinadlar
redaktə- ↑ 1 2 Кто есть кто в культуре Эстонии : изобразительные искусства, литература, театр, музыка, кино / [составители: Хейе Трейер, Ирина Белобровцева, Малл Пылдмяе и др.] — Таллинн : Авенариус, 1996. — 223 с.
- ↑ Accompanying CD to book Ines Maidre Composer and organist Peeter Süda Text in Estonian and English 116 pages Estonian Music Information Centre 2005
Xarici keçidlər
redaktə- Жизнь и творчество Arxivləşdirilib 2008-06-02 at the Wayback Machine (на эстонском)
- Полный каталог с музыкальными примерами Arxivləşdirilib 2008-06-02 at the Wayback Machine (.mp3)