Paris Mifologiya - Wikipedia
Mifologiyaya görə Priamın digər oğlu Paris hələ Qekebanın bətnində olarkən ona yuxusunda agah olur ki, o, Troyaya od vurub yandıran qanlı bir baş doğmuşdur. Priamın nikahdan kənar dünyaya gəlmiş və yuxuları yozmaq qabiliyyətə malik olan oğlu Esak doğulacaq uşağı öldürməyi məsləhət görür. Əks təqdirdə Troyanın sonuna az qaldığını soyləyir. Bir qula uşağı öldürməyi tapşırsalar da o, uşağa rəhm edib onu İdanın yamacına ataraq geri dönür.
Paris | |
---|---|
q.yun. Πάρις | |
Mifologiya | Yunan |
Yer | Troya |
Cinsi | kişi[d][1] |
Fəaliyyəti | Çobançılıq və şahzadə |
Atası | Priam |
Anası | Hekaba |
Qardaşı | Hektor |
Bacısı | kassandra |
Arvadı | Yelena |
Əlaqəli personajlar | Hektor, Yelena |
Əlaqəli hadisələr | Troya müharibəsi |
Mənşəyi | Troyalı |
Vikianbarda əlaqəli mediafayllar |
Burada uşağı Priamın çobanı taparaq böyüdür. Daha sonralar isə Paris aşkarlanaraq ailəsinə geri qəbul olunur. "İliadada" Paris qadınların valeh olduğu gözəlliyə malik və cazibədar olmaqla yanaşı lovğa və qorxaq təsvir edilir. Sparta çarının gözəl arvadı Yelenanı qaçırmış və Troya müharibəsinə səbəb olmuşdur. Paris Afroditanın ilahələr gözəli seçilməsinə kömək etmiş, Afrodita da ona Yelenanı qaçırmağa kömək etmişdir
Mənbə
redaktə- Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
- Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А. О., 1995 ISBN 960-540-118-5
- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
Həmçinin bax
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #118739301 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.