Papa Ioanna - Wikipedia
"Papa Joan" -Xristiyanların gizlətməyə çalışdıqları utancverici qadın Papa
VIII Papa Ioanna | |
---|---|
Papa Ioanna | |
Şəxsi məlumatlar | |
Doğum adı | Jutta |
Doğum tarixi | IX əsir |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Roma |
Milliyyəti | İngilis qadın |
Hərbi fəaliyyəti | |
Vəzifəsi | VIII Roma Papası |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəKatolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı Yohan 9-cu əsrdə almaniyada yaşayan dindar bir ailənin yanında övladlıq olaraq böyüyən bir ingilis qızıydı[1]. Yaxınları onu "Gilberta" yaxud "Jutta" deyə də çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan qadın olmasının özünə mənfi yaratdığını düşünər və 12 yaşına gələndə kişi paltarları geyməyə və oğlan uşağı kimi davranmağa başlayır. Daha sonrakı illərdə Yohan Xristian missionerlərə qoşulmuş və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfə öyrənmişdi. Zamanla ilahiyyat mövzusunda dövrün bütün xristian mənbələrinə və şifahi ifadələrinə vaqif olmuşdu, amma Afinalı xristianların gözündə əhəmiyyət qazanan saqqal saxlama adəti onu bu şəhərdən ayrılıb saqqalın taraş edildiyi Romaya getməyə vadar etdi. Romada özünü Con Anglicus adı ilə kişi kimi tanıdan Yohan "Benedictine" Monastırına girər və bilgisi ilə qısa müddət keşiş və kardinallardan ibarət geniş bir çevrəyə sahib olar. Hamı onu dövrün ən gözdə din alimləri arasında qəbul edirdi. Buna görə də Papa IV. Leonun səhhəti pozulmağa başlayanda kardinallar papalığa ən layiq insan kimi onun adını deməyə başlayırlar. 853-cü ildə Papa Leon ölüncə yerinə kilsə kənarından bir nəfər olmasına baxmayaraq, Yohan seçilir və VIII Con adı ilə vəzifəyə başlar. Papa Yohan 2 il 5 ay 4 gün boyunca Papalıq taxtında əyləşmişdir.ohan öldüyü yerdə də basdırılmış üzərinə "Petre, Pater Patrum Papisse Prodito Partum" ("Ata, Papaların Papası, Qadın Papanın uşağ doğma xəyanəti") yazılan mərmər qoyular və mərmərin yanına bir ana ilə uşağını göstərən heykəl tikilər. Əsrlərlə qalan mərmər və heykəl Yohandan geriyə iz qalmasın deyə 16-cı əsrin sonunda Papa V Piyusun əmri ilə qırılar və Yohanın adı Papalar sırasından silinər. İndinin özündə Ənənəvi ayinlər zamanı Romada gəzərkən daima bu nöqtədən geri dönərlər, bu hadisəyə bəslənən nifrətdən irəli gəlir.
Ölümü
redaktəBaşlıqlarda hər şey normal idi. Yohan rahiblərdən biri ilə münasibətdə oldu və vəziyyət dəyişdi. Qısa bir müddət sonra hamilə qalan Yohan hamiləliyini geniş geyimlərinin altında gizlədərək uşağını gizlin dünyaya gətirib, onu kilsənin tərk edilmiş uşaqlarından biri kimi böyüdəcəyini düşünürdü. Ancaq 855-ci ildə Əziz Petrus kilsəsinin ətrafında izdiham içində olan bir tədbir zamanı sancıları başlar və uşağını orda da dünyaya gətirər və bununla da qadın olduğu ortaya çıxar. Bəzi mənbələrə görə uşağı və özü elə ordaca sinirli kütlə tərəfindən parçalanaraq öldürülmüş, bəzilərinə görə isə atlara bağlanaraq Roma küçələrində sürünülmüşdür. Latınca bir söz olan Papa "ata" mənasını verir. Bu söz eyni zamanda IV əsrdən bəri Katolik Xristianların dini liderinə təyin edilən addır.
Qərar
redaktəVatikanda baş verən məhz bu Yohan hadisəsindən sonra 1200 ildir ki, papa seçimlərində cinsiyyət nəzarətinin aparıldığı rəvayət edilir. Eyni səhvi bir daha görməmək üçün yeni papanın cinsiyyəti mövzusunda işlərini ehtiyata almaq istəyən kardinallar "süddən ağzı yanan qatığıı üfləyərək yeyər" misalı əsasında "testis" müayinəsi adətini gətirmişlər. Papalıq seçki sonrasında papa namizədi bol tökməli rəsmi paltarının altına bir şey geyinmədən "sedia stercoraria" deyə bilinən ortası deşik olan bir kresloya oturar və kardinallar tərəfindən qoltuğun altındakı oyuqdan papa namizədinin cinsi bölgəsi tək-tək əllə yoxlanaraq yeni papanın qadın deyil, kişi olduğundan beləliklə əmin olarlar.
Tarixi Sübutlar
redaktə- Clement Wood, The Woman Who Was Pope, Wm. Faro, Inc., NYC 1931
- Arturo Ortega Blake, Joanna Kobieta która zostala Papiezem", Edit. Philip Wilson, 2006. Published in Warszawa, ISBN 83-7236-208-4.
- Alain Boureau, The Myth of Pope Joan, University Of Chicago Press, 2000. Published in Paris as La Papesse Jeanne. The standard account among historians.
- Lawrence Durrell, The Curious History of Pope Joan. London: Derek Verschoyle, 1954. Freely translated from the Greek Papissa Joanna, 1886, by Emmanuel Rhoides.
- Peter Stanford, The She-Pope. A Quest for the truth behind the Mystery of Pope Joan, Heineman, London 1998 ISBN 0-434-02458-9. Published in the US as The Legend of Pope Joan: In Search of the Truth, Henry Holt & Company, 1999. A popularized journalistic account.
- 'Top 5 Myths About the Papacy' [1] Şablon:Webarşiv
Xarici keçidlər
redaktə- Catholic Encyclopedia: Pope Joan Şablon:Webarşiv
- The Female Pope: The Mystery of Pope Joan by Rosemary and Darroll Pardoe Şablon:Webarşiv
- ABC Prime time Looking for Pope Joan
- Article from The Straight Dope Şablon:Webarşiv
- MacGregor Historic Games Şablon:Webarşiv makes their own version of the Victorian Pope Joan card game.
- Sedes Stercorari explanation Sedes Stercoraria was to check male 'intactness' not gender.
- [2] Şablon:Webarşiv by Dennis Barton gives timeline esp. of stories appearance in written histories.
- ↑ "Arxivlənmiş surət". 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-10.