Ozokeritler - Wikipedia
Ozokeritlər - Haqqında Məlumat
Ozokeritlər - bitumların qrup təsnifatının adı; yağ hissəsi əsasən parafin sıralı (serezinlər) sülb karbohidrogenlərdən təşkil olunmuşdur. Maye yağların və qatran maddələrinin miqdarından asılı olaraq ozokeritlər rəngi açıq sarıdan qarayadək, konsistensiyası yumşaq plastikdən bərk kövrəkə qədər dəyişir. Sınığı qeyri-düzgün, bəzən liflidir. Element tərkibi parafinin tərkibinə yaxındır. Xüsusi çəkisi 0,85–0,97. Ozokeritlər damar və ya lay yataqları şəklində rast gəlinir; növlərinin bir sıra yerli adları var (qumbed, kindebal, borislavit, neftegil, baykerit və b.).
Həmçinin bax
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.