Oyan Herekati - Wikipedia
Oyan Hərəkatı (OYAN, Wake up) — Azərbaycandan kənar ölkələrdə yaşayan azərbaycanlıların təşkilatçılığı ilə yaradılmış siyasi hərəkat.[2] 2016-cı il 6 mart tarixində Niderland Krallığının paytaxtı olan Amsterdam şəhərində qurulan hərəkatın əsas məqsədi Azərbaycanda hakimiyyəti özünə xidmət etməyə məcbur edə bilən təşkilatlanmış güclü xalqı formalaşdırmaq[3] və hazırkı rejimə qarşı vahid dinc mübarizə platforması yaratmaqdır.[4]
Oyan Hərəkatı | |
---|---|
Sədri | Nahid Cəfərov, Toğrul İsaoğlu |
Quruluş tarixi | 6 mart 2016 |
İdeologiya | |
Üzv sayı | 1956 [1] |
Şüar | Azad Cəmiyyət və Sosial Ədalət |
Saytı | oyanherekati.org |
Oyan Hərəkatının üzvləri inanır ki, Azərbaycanda avtoritar rejimdən xilas olmağın yeganə yolu xalqı təşkilatlandırmaq, kütləvi itaətsizlik aksiyalarında xalqın maksimum iştirakını təmin etmək və bu proseslərin nəticəsi olaraq mühacir hökumət formalaşdırmaqdır.[3]
Fəaliyyət istiqamətləri
redaktəOyan Hərəkatı bütün fəaliyyətini 3 əsas istiqamətdə qurur:[3]
- Ölkədə siyasi şüurun inkişaf etdirilməsi və hər bir vətəndaşa dövlətin formalaşmasında onun iştirakının vacibliyini vətəndaşa inandırmaq:
- İnstitutlaşmış şəxsiyyətə pərəstişi dağıtmaq,
- Yaltaqlığı mübarizə ilə əvəz etmək.
- Xalq arasında həmrəyliyi formalaşdırmaq:
- İnsanlar arasında dəyişikliyə və xoşbəxt gələcəyə olan inamı formalaşdırmaq,
- Minimal risk tələb edən aksiyalardan başalayaraq xalqı ölkə miqyasında kütləvi itaətsizlik aksiyalarına cəlb etmək.
- Dağılmış siyasi və ictimai institutları xalqın iştirakı ilə bərpa etmək:
- Mühacir hökumət formalaşdırmaq,
- Yeni liderlər xalqa təqdim etmək.
Struktur
redaktəHərəkat öz fəaliyyətini aşağıdakı struktur üzərindən həyata keçirdir:
Hümmət – Hərəkatın ən ali qərarverici orqanıdır. Hümmətə üzvlük 3 mərhələli müsabiqədən keçir. Bu müsabiqədən uğurla keçmiş şəxslər Hümmətin sıralarına qatılırlar. Hümmət Assambleyanı (Qanunverici orqan), Konsulları (İcraedici orqan) və Nəzarət – Təftiş Komitəsinin üzvlərini seçir. Hümmət Oyanın bütün layihələrinin həyata keçirilməsində yaxından iştirak edir. Bu orqan öz adını Azərbaycanda və bütün islam dünyasında ilk milli sosial-demokrat təşkilatı olan Hümmət Sosial-Demokrat Müsəlman Təşkilatından götürüb.
Konsullar Oyan Hərəkatının icraedici orqanıdır və Hümmət tərəfindən 2 illik müddətə seçilir. Konsullar həm Hümmətə, həm də Assambleyaya cari fəaliyyətlə bağlı hesabat verir. Assambleya Oyanın qanunverici orqanıdır. Hümmət tərəfindən 2 illik müddətə seçilir və Hümmətə hesabat verir. Nəzarət Təftiş Komitəsinin üzvləri də 2 illik müddətə Hümmət tərəfindən seçilir və əsas fəaliyyəti Oyanın fəaliyyətini təftiş etmək və Konsulların davranışını nizamnamə və qanunvericiliyə uyğunluğunu təmin etməkdən ibarətdir.[7]
Hal hazırda Oyana 5 Konsul rəhbərlik edir ki, bunların da biri Azərbaycan Respublikasının Niderland Krallığındakı keçmiş konsulu Nahid Cəfərovdur.[8]
Üzvləri
redaktəHal- hazırda Oyan Hərəkatının 1989 aktiv üzvü var. Avtoritar rejimə qarşı aparılan mübarizənin riskli olduğunu əsas götürərək, Hərəkat üzvlərin təhlükəsizliyini təmin etmək məqsədilə üzvlərin kimliklərini ictimaiyyətdən gizli saxlayır.[3]
Aksiyaları
redaktəOyan Hərəkatı və hərəkatın üzvü olmayan bir neçə Avropada yaşayan Azərbaycanlı fəalın təşəbbüsü ilə, 2017-ci ilin avqust ayında "Mən də varam" (#məndəvaram, #mendevaram həştəqləri ilə məşhurlaşan) siyasi məhbus ailələrinə maddi dəstək kampaniyasına start verildi. Aksiyanın təşkilatçılığını Nahid Cəfərov, Nurlan Niyazi, Laçın Məmişov və Samir Qasımov həyata keçirirlər.[9] Aksiya təşkilatçılarının 2 sentyabr 2018-ci ildə verdiyi hesabata görə, bir il ərzində 22,293.83 avro (təqribən 44,500 AZN) vəsait toplanıb, Azərbaycandakı siyasi məhbus ailələrinə göndərildi. Aksiyanın yığdığı məbləğ, hər ay 20–23 siyasi məhbus ailəsinə 100 avro (təqribən 200 AZN) məbləğində yardım etmə imkanı yaradır.[10]
28 noyabr 2017-ci ildə OYANın idarə heyətinin üzvü Natiq Cəfərov öz YouTube kanalında Azərbaycanda yaşayan insanları kütləvi itaətsizlik aksiyalarına qoşulmağa çağırdı. Aksiyanın ilkin etapında hakimiyyətdən narazı olan insanların özlərinin tək olmadıqlarını düşünmələri üçün "divarlara, küçələrə, elektrik dirəklərə, dayanacaqlara, hara gəldi" qum saatı simvolunu çəkməyə çağırdı. Bu simvol həm də etirazçıların hakimiyyətə onların tələblərinin yerinə yetirməsi üçün vaxt verdiyini də işarələyir.[11]
17 iyun 2018-ci ildə OYAN öz Facebook səhifəsində yeni layihəsi olan "Virtual Tibbi Xidmətini" təqdim etdi. Bu layihənin məqsədi, OYANın fəaliyyətini dəstəkləyən və xaricdə fəaliyyət göstərən həkimlərin köməyi vasitəsilə, Azərbaycandakı siyasi məhbus ailələrinə virtual tibbi yardım verməkdir. Pasient hərəkatın saytı vasitəsilə əlaqəyə keçdikdən sonra, həkim-konsul pasientin xəstəliyinə uyğun olaraq ekspertlərlə əlaqəyə girir, Azərbaycanda aparılan müalicənin istiqamətini müəyyən edir, məsləhətlər verir və lazım gəldikdə bütün prosesi nəzarətə götürür.[12][13]
Digər fəaliyyətləri
redaktə13 may 2017-ci ildə Oyan Hərəkatı Azərbaycanda "azadliq.org", "azadliq.info", "azerbaycansaati.com", Turan Tv və Meydan TV tənqidi onlayn mətbuatın bloklanmasından narahatlığını ifadə etdi. Hərəkatın bəyanatında bildirilirdi ki, "əvvəllər rejim bu kimi hadisələri dolayı yollarla həyata keçirirdisə, bu gün artıq bunu açıq şəkildə, nazirliyin şikayəti ilə həyata keçirir. Bu durum diktaturanın mövcudluğunun bariz nümuəsidir".[16]
10 fevral 2018-ci ildə Oyan Hərəkatı Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı bəyanatında bildirdi ki, "seçkilərin heç bir açıqlama verilmədən, ictimai müzakirəyə çıxarılmadan, önümüzdəki iki aylıq müddətdə keçirilməsi namizədlərin hazırlıq işlərinə mane olduğunu nəzərə alaraq, bunu yalnız hakim şəxsin, yəni İlham Əliyevin xeyrinə yönəlmiş addım kimi qiymətləndiririk. Oyan Hərəkatı hesab edir ki, hakimiyyət bununla da müxalif namizədlərin seçkidə iştirakını əngəlləməklə, keçən hər seçkidə olduğu kimi, seçkiləri rahatlıqla saxtalaşdırmağı hesablayıb". Bəyanatında Hərəkat seçkiləri boykot edəcəyini də qeyd etdi.[17]
17 avqust 2018-ci ildə Oyan Hərəkatı dünyanın demokratik dövlətlərinə 2018-ci ildə Azərbaycanda insan hüquqlarının pozulması və hakimiyyətin beynəlxalq səviyyədə Kürü diplomatiyası və Azərbaycan Landromatı adı ilə tanınan çirkli pulların yuyulması kimi korrupsiya əməllərinin araşdırılaraq hansı işləri gördükləri barədə məlumat vermələri üçün müraciət edib. Müraciətdə insan hüquqlarının heç bir ölkənin daxili işi olmadığı və Azərbaycanda bu sahədə vəziyyətin pisləşməkdə davam etdiyi, siyasi hakimiyyətin insan haqlarını sistematik olaraq müxtəlif yollarla pozduğunu, repressiyaların, həbslərin və işgəncə hallarının adi hal aldığı əsas götürülərək bütün bunların qarşısının alınması üçün demokratik dövlətlərin hansı işlər gördükləri haqda sual verilib. Bu sorğuya Norveç, Danimarka, Litva, Yeni Zelandiya, Almaniya, İrlandiya, Finlandiya, Kanada, ABŞ, Malta, İslandiya, İsveçrə xarici işlər nazirliklərindən cavab gəldi ki, bunları da Oyan Hərəkatı öz Facebook səhifəsində dərc etdi.[18]
Cavablara reaksiya olaraq, Oyan Hərəkatı bildirdi ki, "dünyanın demokratik dövlətlərinin Azərbaycanda insan hüquqlarının pozulması və beynəlxalq miqyaslı korrupsiya faktlarına reaksiya vermələrini müsbət qiymətləndirsə də ölkə xalqı üçün çox vacib olan bu problemlərin həllində demokratik dövlətlərin gördüyü işləri yetərli saymır". Bununla belə Hərəkat İsveçrə, Norveç və İrlandiya dövlətlərinin İlqar Məmmədovun məsələsini diqqətdə saxlamalarını xüsusilə qiymətləndirdiyini də bildirdi.[18] Oyan Hərəkatı Azərbaycandakı vəziyyətlə bağlı oxşar müraciəti 2017-ci ilin yanvar ayında da etmişdi ki, bu müraciətə də Kanada, Hollandiya, Danimarka, İrlandiya, Polşa, Litva, Finlandiya, İsveçrə və Norveç dövlətləri bənzər mövqeylərini bildirmişdilər.[19]
İstinadlar
redaktə- ↑ [https://web.archive.org/web/20220911123608/http://www.oyanherekati.org/ Arxivləşdirilib 2022-09-11 at the Wayback Machine
- ↑ "Oyan Hərəkatı - Wake up - About". Oyan Hərəkatı - Wake up. İstifadə tarixi: 2018-09-10.
- ↑ 1 2 3 4 "Oyan Haqqında". OYAN. 2018-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
- ↑ "Bir qrup mühacir "OYAN" Hərəkatı yaratdı". Meydan TV. İstifadə tarixi: 2018-09-10.[ölü keçid]
- ↑ "Şəki Polis şöbəsində fövqəladə vəziyyət davam edir". Nahid Cəfərov. 2018-09-10. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
- ↑ "Artıq yaradıcı insanlar da aksiyaya dəstək olurlar. Həmrəy oluruq". Oyan Hərəkatı - Wake up. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
- ↑ "OYAN-ın strukturu". OYAN. 2018-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
- ↑ "Konsullar". OYAN. İstifadə tarixi: 2018-09-10.[ölü keçid]
- ↑ "8. Mən də varam aksiyasına hamı qoşulmalıdır". Nahid Jafarov. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "Biz bacararıq! MƏNDƏVARAM aksiyasının bir illik uğur hekayəsi. Nahid CƏFƏROV və Nurlan NİYAZİ". Nurlan Niyazi. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-16.
- ↑ "1. Hakimiyyətin ən zəif yeri". Nahid Jafarov. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
- ↑ "Oyan Hərəkatının yeni layihəsi: "Virtual Tibbi Xidmət"". Oyan Hərəkatı - Wake up. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
- ↑ "Tibbi Xidmət". OYAN. İstifadə tarixi: 2018-09-10.[ölü keçid]
- ↑ "#səntəkdeyilsən Bunu paylaşmamaq olmaz". Oyan Hərəkatı - Wake up. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-10.
- ↑ "Bu prosesə qoşulan hər kəs tarix yazır. İstər ziyalı olsun, istər sıravi vətəndaş olsun. Bu dövlət hamımızındır". Oyan Hərəkatı - Wake up. 2018-04-24. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-13.
- ↑ "Oyan Hərəkatı saytların bloklanmasına etiraz etdi". Meydan TV. 2017-05-13. İstifadə tarixi: 2018-09-13.[ölü keçid]
- ↑ "Oyan Hərəkatı siyasi təşkilatları boykota səslədi". Meydan TV. 2018-02-10. İstifadə tarixi: 2018-09-13.[ölü keçid]
- ↑ 1 2 "2018-ci ildə xarici dövlətlərin Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya ilə bağlı bəyanatları". Oyan Hərəkatı - Wake up. 2018-08-17. 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-13.
- ↑ "9 ölkə Azərbaycandakı vəziyyətlə bağlı mövqeyini bildirib". Meydan TV. 2017-01-18. İstifadə tarixi: 2018-09-13.[ölü keçid]