Oxcu Sabadini - Wikipedia
Oxçu Şabadini — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimalda, Oxçuçayın sahilində yerləşirdi.
Etimologiyası
redaktəToponim türkmənşəli "oxçu" etnonimi ilə, türk dilində "uçurum, yamac, dağın döşü", "iki dağarası çökəklikdə yüksəklik" mənasında işlənən "çap" (→şab) sözündən[1] və monqol dilində "maldar köçərinin təsərrüfatı" mənasında işlənən "adin" sözündən əmələ gəlmişdir.[2]
Əhalisi
redaktəKənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 433 nəfər, 1904-cü ildə 789 nəfər, 1914-cü ildə 516 nəfər azərbaycanlı yaşamışdır.[3]
1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.[4]
İstinadlar
redaktə- ↑ Мурзаев Э. М. Словарь народных географических терминов (PDF). Москва: Мысль. 1984. səh. 607. 2016-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-19.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 434.
- ↑ Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) (erməni). Յերեվան: Մելքոնյան ֆոնդի հրատ. 1932.
- ↑ İbrahim Bayramov, Nazim Mustafa. Həqiqətin onomastikası. Bakı: Şərq-Qərb. 2020.