Otto Henri Pfals Sulzbax Hersoqu - Wikipedia
Otto Henri (alm. Otto Heinrich; 22 iyul 1556[1], Amberq, Yuxarı Pfalts – 29 avqust 1604[1]) 1569-cu ildən 1604-cü ilə qədər Pfals-Sulzbax hersoqu.
Otto Henri | |
---|---|
alm. Otto Heinrich | |
Əvvəlki | Titul yaradıldı |
Sonrakı | Filipp Lüdviq |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 iyul 1556[1] |
Doğum yeri | |
Vəfat tarixi | 29 avqust 1604[1] (48 yaşında) |
Atası | Volfqanq fon Vittelsbax |
Anası | Hesseli Anna |
Ailəsi | Vittelsbax sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOtto Henri 1556-cı ildə Amberqdə Çvaybrükgen hersoqu Volfqanq və Hesseli Annanın ailəsində doğulub. Ailədəki beşinci övlad idi. 1569-cu ildə atasının ölümündən sonra onun torpaqları özü və dörd qardaşı arasında bölündü — Otto Henri Sulzbax-Rosenberq ətrafındakı ərazini aldı. Otto Henri 1604-cü ildə Sulzbaxda öldü və Lauinqendə dəfn edildi. Sağ qalan oğulları olmayan Henrinin torpaqları Pfals-Neyburq hersoqu olan qardaşı Filipp Lüdviqə miras qaldı.
Ailəsi
redaktəOtto Henri 25 noyabr 1582-ci ildə Vürtemberq hersoqu Kristofun qızı Dorotea Maria (3 sentyabr 1559 – 23 mart 1639) ilə evləndi və bir neçə uşaqları oldu:
- Lüdviq (6 yanvar (1584 – 12 mart 1584)
- Anna Elizabet (19 yanvar 1585 – 18 aprel 1585)
- Georq Frederik (15 mart 1587 – 25 aprel 1587)
- Dorotea Sofiya (10 mart 1588 – 24 sentyabr 1607)
- Sabina (25 fevral 1589 – 1 sentyabr 1645), 1625-ci ildə Vartenberqli baronu Georq ilə evləndi.
- Otto Georq (9 aprel 1590 – 20 may 1590)
- Süzanna (6 iyun 1591 – 21 fevral 1661), 1613-cü ildə Pfals-Lützelştayn-Quttenberq hersoqu II Georq İohann ilə evləndi.
- Mariya Elizabet (5 aprel 1593 – 23 fevral 1594)
- Anna Sibilla (10 may 1594 – 10 dekabr 1594)
- Anna Sofi (6 dekabr 1595 – 21 aprel 1596)
- Maqdalena Sabina (6 dekabr 1595 – 18 fevral 1596)
- Dorotea Ursula (2 sentyabr 1597 – 25 mart 1598)
- Frederik Kristian (19 yanvar 1600 – 25 mart 1600)
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #115835008 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.