Orta Yas Bohrani - Wikipedia
Orta_yaş_böhranı - Haqqında Məlumat
Orta yaş böhranı, 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Qadınlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda qadın artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Qadınlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.