Orleanli Marqarita Vertus Qrafinyasi - Wikipedia
Orleanlı_Marqarita_(Vertus_qrafinyası) - Haqqında Məlumat
Orleanlı Marqarita (fr. Marguerite d'Orléans; 13 dekabr 1406 – 3 may 1466) — Orlean hersoqu I Lüdovikin qızı, Vertus qrafinyası.[1]
Orleanlı Marqarita | |
---|---|
fr. Marguerite d'Orléans | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 dekabr 1406 |
Vəfat tarixi | 3 may 1466 (59 yaşında) |
Fəaliyyəti | siyasətçi |
Atası | I Lüdovik (Orlean hersoqu) |
Anası | Valentina Vizkonti (Milan hersoqinası) |
Ailəsi | Valua sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
1423-cü ildə Navarralı Jannanın Bretan hersoqu IV Conla baş tutan ilk evliliyindən olan oğlu Riçardla evləndirildi və bu nigahdan 7 övladı doğuldu. Ancaq soyu yeganə oğlunun şəcərəsi ilə davam etdi, qızları ya uşaq və ya gənc yaşda vəfat etdi, ya da rahibə olub kilsəyə qapandı.
- Bretonlu Mariya (22 iyun 1424 - 9 oktyabr 1477), rahibə
- Bretonlu İzabella (2 fevral 1426 - 9 fevral 1438)
- Bretonlu Ketrin (28 may 1428 - 22 iyun 1476), Oranj şahzadəsi
- Bretonlu Fransisk (23 iyun 1433 - 9 sentyabr 1488), Bretan hersoqu
- Adı bilinməyən bir oğlan uşağı (1436 - 19 dekabr 1436)
- Bretonlu Marqarita (22 noyabr 1437 - 1466), rahibə
- Bretonlu Madelayn (1 may 1439 - 29 mart 1462), rahibə
Mənbə
redaktə- Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20
- d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press
- Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512. Palgrave Macmillan
İstinadlar
redaktə- ↑ Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149