Ogrubulaq - Wikipedia
Oğrubulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsində kənd.[1]
Oğrubulaq | |
---|---|
39°04′04″ şm. e. 48°26′44″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 218 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 241 (2009) nəfər |
Tarixi
redaktəToponimikası
redaktəFətullaqışlaq çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Oykonim Oğurbulaq adının təhrifolunmuş forması hesab edilir. Güman ki, kəndin adı ərazidəki bulağın adından alınmışdır. Türk dillərində oğur sözünün bir çox mənaları ilə yanaşı"qoruq, mühafizə olunan yer, sığınacaq" mənaları vardır. Rayonun ərazisindəki Təzəkənd yaşayış məntəqəsinin adı da keçmişdə Oğurkənd olmuşdur. Bəzi tadqiqatçılar oykonimin oğur komponentini XIII əsrdə monqollarla Azarbaycana gəlmiş uyğur tayfasının adı ilə bağlayırlar.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 241 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |