Nyu York Stati - Wikipedia
Nyu-York ştatı — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən ştatdır. Ştat əhalisinin sıxlığına görə üçüncüdür. Nyu-York cənubdan Nyu Cersi və Pensilvaniya, şərqdən isə Konnektikut, Vermont və Massaçusetts ştatları ilə əhatələnib. Şimaldan və qərbdən Kanada ilə sərhəddir. Ştatda yerləşən Nyu-York şəhəri 8 milyonluq əhalisi ilə Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Ştat ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox üstünlük verilən ştatdır. Ştat İngiltərə hersoqu Yorkun şərəfinə Nyu-York adlandırılmışdır. Nyu-York yaranma tarixinə görə on birinci ştatdır. Mərkəzi Olbani şəhəridir.
Nyu-York ştatı | |||||
---|---|---|---|---|---|
State of New York | |||||
|
|||||
|
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Olbani | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 26 iyul 1788 | ||||
Sahəsi |
|
||||
Hündürlük | 305 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
ISO kodu | US-NY | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəCovanni Da Verrazzano 1524-cü ildə Nyu-York limanına səfər edib, Hudzon çayı isə 1609-cu ildə Henri Hudzon tərəfindən tədqiq edilib. Buna baxmayaraq Nyu-Yorkun ilk mühacirləri 1613-cü ildə buraya gəlmiş hollandiyalılar olmuşdur. Onlar buranı Yeni Niderland adlandırdılar. Təxminən otuz ailə Hudson və Delaver çayları sahilində ilk dəfə yerləşmişlər. Nyu-Yorkun paytaxtı Olbani şəhərinin əsası 1624-cü ildə qoyulub. Yeni Niderlandın hakimi olan Peter Minit 1625-ci ildə Manhettan adasını hindulardan satın aldı. Daha sonra Yeni Niderlanda indiki Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Konnektikut ştatı ərazilərini və Delaverdə əlavə edildi.
1664-cü ildə İngiltərə koloniyanı ələ keçirdi və hersoq Yorkun şərəfinə buranı Nyu-York (Yeni York) adlandırdı. 1683-cü ildə koloniya iyirmi hissəyə bölündü.
Bir əsrdən sonra Nyu-York Böyük Britaniyanının koloniyasına çevrildi. 1776-cı il iyulun 9-da, Federal birliyin 13 ştatından biri kimi öz müstəqilliyini elan etdi. 1777-ci il aprelin 20-də Nyu-Yorkun ilk konstitusiyası qəbul edildi. İlk qubernatoru isə Corc Klinton idi. O zaman paytaxt Olbani deyildi. Corc Vaşinqtonun prezident seçildiyi yer olan Nyu-York şəhəri ilk paytaxt oldu. Bundan sonra Nyu-York sürətli inkişaf yoluna qədəm qoydu. Hətta Nyu-York ləqəbə də sahib olmuşdu: İmperiya ştatı. 1825-ci ildə Olbanidən Bufaloya Eri kanalı çəkildi. Ardınca isə dəmir yolu çəkildi. Bütün bu hadisələr Nyu-Yorkda əhalinin sayının artmasına səbəb oldu.
Coğrafiyası
redaktəNyu-York Birləşmiş Ştatların şimal-şərqində yerləşir. Ərazisi 141,300 km²-dir. Ərazisin ölçüsünə görə 27-ci ən böyük ştatdır. Böyük Apalaçi vadisi şərqi Nyu-Yorku, Şampleyn gölü isə şimali Nyu-Yorku əhatə edir. Hudson çayı da öz naşlanğıcını buradan götürərək Atlantik okeanına tökülür. Nyu-York cənubdan Pensilvaniya və Nyu Cersi, şərqdən Konnektikut, Rod Aylend və Vermotla, şimaldan Kanada ilə həmsərhəddir. Ştatın cənub şərqi Atlantik okeanına açılır. Ştatın qərbində İri gölü, şimal qərbində isə Ontario gölü yerləşir. Ştatın çay sistemi iki əsas hissəyə ayrılır. Birinci axın "Böyük göllərə" və Lavrens çayına tökülür, ikinci isə cənub istiqamətində axır. Nyu-York şəhərini çıxmaq şərtilə, ştatın böyük əksəriyyəti fermaların, meşələrin, çayların dağların və göllərin hakimiyyəti altındadır. Nyu-York Adirondak qoruğu ştatdakı ən böyük qoruqdur. Birləşmiş Ştatlardakı ilk qoruq 1885-ci yaradılmış Niaqara şəlaləsidir. Niaqara çayından Eri gölünə tökülən Niaqara şəlaləsi ən çox ziyarət edilən qoruqlardan biri sayılır.
İqlimi
redaktəNyu-York rütubətli kontinental iqlimə malikdir, iki kontinental hava kütlələrinin təsiri altındadır: Cənub-qərbdən isti və rütubətli hava və şimal qərbdən gələn soyuq və quru hava kütlələri. Qış uzun və soyuq keçir. Yay iqlimi isə sərin olur. Əhalinin əsas yerləşdiyi yerlərdən olan Nyu-York Siti 13 °Clik illik orta temperatura malikdir. Ştatda qeydə alınmış ən yüksək hərarət iyul ayında 42 °C olmuşdur.
Aylıq temperatur cədvəli[4] (Selsi) Şəhər Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek Olbani mak
min-1
-111
-97
-414
221
826
2328
1627
1422
1016
49
-12
-7Bingemton mak
min-2
-9-1
-85
-412
219
823
1226
1524
1420
1014
47
-11
-6Baffalo mak
min-1
-81
-76
-312
219
927
1427
1726
1621
1215
68
12
-4Lonq-Aylend mak
min4
-54
-49
-114
421
925
1628
1928
1824
1418
712
27
-2Nyu-York mak
min3
-35
-210
27
1622
1226
1729
2128
2024
1618
1012
56
0Roçester mak
min-1
-81
-86
-413
220
825
1327
1626
1522
1116
58
12
-5Sirakuz mak
min-1
-101
-96
-413
220
825
1328
1627
1522
1116
48
02
-6
Şəhərlər
redaktəNyu-York ştatında 62 şəhər var. Ən böyük və ən məşhur şəhəri Nyu-Yorkdur. Ştat əhalisinin beşdə ikisi bu şəhərdə yaşayır. Ştatın ən kiçik şəhəri Şerildir. Ştatın paytaxtı Olbanidir.
- Nyu-York (8,175,133)
- Baffalo (261,310)
- Roçester (210,565)
- Yonkers (195,976)
- Sirakuz (145,170)
- Olbani (97,856)
- Nyu Roşel (77,062)
- Mount-Vernon (67,292)
- Skenektadi (66,135)
- Utika (62,235)
Əhali və din sayı
redaktə2006-cı ildə Nyu-York Texas və Kaliforniyadan sonra üçüncü ən çox əhalisi olan ştat idi. Əhalinin sayı 19 541 453 nəfər təşkil edirdi. İndi bu rəqəm 2,7 % yüksəlib. Əhalinin böyük əksəriyyəti (92%) şəhərlərdə yaşayır. Eyni zamanda çoxlu sayda immiqrantlar əsasən bu ştata üz tuturlar. Nyu-York əhalisi 65% ağlar, 17,6% ispan və ya latınlar, 15,9% Afrika amerikalıları, 7,3% asiyalılar, 3% digər irqlər, 0,6% yerli amerika hindularından ibarətdir. Katoliklər Nyu-York əhalisinin 40%-ni təşkil edir. 30% əhali protestant, 8,4% yəhudi, 3,5% müsəlman, 1% buddistdir. Yerdə qalanlar isə heç bir dinə sitayiş etmirlər.
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ 2020 United States Census. / red. ABŞ əhalinin siyahıya alınması bürosu
- ↑ "Typical High and Low Temperatures For Various New York Cities". US Travel Weather. March 13, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 24, 2010.