Nowy Casnik - Wikipedia
Nowy Casnik (a.sorb Новая газета; alm. Deutsche Sprache) — Aşağı sorb və Alman dillərində nəşr olunan həftəlik qəzet. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Nowy Casnik | |
---|---|
a.sorb Новая газета alm. Deutsche Sprache | |
Nəşriyyat | Domovina |
Baş redaktor | Stefanie Krautz |
Yaranma tarixi | 5 iyul 1848 |
Dil | sorb və alman dili |
Tiraj | 1100 |
ISSN | 0029-5418 |
nowycasnik.de |
Tarixi
redaktəNowy Casnik qəzeti katolik keşiş Mata Novekin təşəbbüsü ilə 5 iyul 1848-ci ildə ilk nömrəsi çapdan çıxmış aşağı sorb dilində olan " Bramborski Serbski Casnik" jurnalının varisidir. 1852-ci ildən Kito Panka qəzetin redaktoru idi. 1863-cü ildə Kito Şvjela baş redaktor oldu. 1880-ci ildə nəşr Bramborske Nowiny adlandırıldı. 1885-1915-ci illərdə nəşr "Bramborske Casnik" adı ilə nəşr edilmişdir. Kito Şvela 1915-ci ilə qədər qəzetin baş redaktoru olub. 1880-1883-cü illərdə qəzetin həmredaktoru Aşağı sorb şairi Mato Kosyk idi. 1923-cü ildən Mina Vitkois qəzetin baş redaktoru oldu. Onun rəhbərliyi altında tiraj 1200 nüsxəyə çatırdı.[1] 1931-1933-cü illərdə qəzetin redaktoru Frico Rocha olmuşdur. 1933-cü ildən qəzet səhifələrində millətçi təbliğat mətnləri çap etməyə başlayan "Bramborskeje Kube" təşkilatının nəzarətinə keçdi. 1941-ci ilin yayında “Bramborke Nowiny” qəzetinin nəşri qadağan edildi. 1947-ci il dekabrın 3-də Bohumil Şvelinin təşəbbüsü ilə qəzetin müasir adla nəşri bərpa olundu. Nəşr Domovina mədəni-milli sorb cəmiyyətinin himayəsi altında nəşr edilmişdir. Nowy Casnik Yuxarı sorb “Nova doba” qəzetinə əlavə kimi dərc edilmişdir. 1954-cü ildən qəzet müstəqil nəşrə çevrilmişdir. 1974-cü ildə qəzetin kollektivi Yakub Çişinski adına mükafata layiq görülüb.[2]
Redaktorlar
redaktəAd Soyad | Dövr |
---|---|
Mina Vitkoits | |
Frizo Rocha | |
Willem Bero | |
Horst Adam | |
Grzegorz Wieczorek |
Ədəbiyyat
redaktə- Manfred Thiemann (Hrsg.): Sorben. Ein kleines Lexikon = Serbja. Domovina-Verlag, Bautzen 1989, ISBN 3-7420-0405-0.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
- ↑ https://web.archive.org/web/20140822175321/http://www.nowycasnik.de/historija