Nimr En Nimr - Wikipedia
Şeyx Nimr Baqir əl-Nimr (21 iyun 1959[1], Əl-Avamiyyə[d] – 2 yanvar 2016[2], Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanlı şiə din xadimi və insan haqları fəalı.
Nimr Baqir əl-Nimr | |
---|---|
نمر باقر النمر və ya نمر باقر آل نمر | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 iyun 1959[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 yanvar 2016[2] (56 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | insan hüquqları fəalı, fəqih, Ayətullah |
Atası | Şeyx Məhəmməd ibn Nasir Əli Nimr |
Dini | islam, şiəlik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Cəfərilik |
sknemer.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindəndir. Ayətullah Nimr İslami təhsilini 10 il müddətinə Tehranda və Suriyada alıb. Bu dövrdə o, Ayətullahlar Şirazi və əl-Mədarrəsinin anlayışını tamamilə mənimsəyib. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilib. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir. Ərəbistana qayıtdıqdan sonra Əl-Avamiyyə şəhərində "İmam Qaim" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir.
Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən olub. O, Səudiyyə Ərəbistanında azad seçkilərin keçirilməsinə çağırışları ilə tanınıb və 2006-cı ildə həbs edilib. Şeyx Nimr ölkənin Şərq əyalətində hökumət əleyhinə 2011-ci ildə başlayan etirazların dəstəkçisi olub. 2011-2012-ci illərdə isə Səudiyyə Ərəbistanındakı aksiyalar zamanı “polisə qarşı şiddəti pisləməsi və hakimiyyətlə "söz davası" aparmaq çağırışı”na baxmayaraq həbs edilib. Polis onu ayağından güllələyərək yaxalayıb və kütləvi iğtişaşlara çağırışla ittiham edib. Qardaşının dediyinə görə Şeyx əl-Nimr krallığın işlərinə "xarici müdaxilə"nin təşkili, itaətsizlik və silahlı müqavimətdə müqəssir tanınıb[3]. “The Guardian” qəzeti onu önəmli din xadimlərindən və siyasi perspektiv vəd edən şəxsiyyətlərdən biri kimi göstərib.
Nimrin edamına gedən yolun hüquqi əsası 2011-ci ildə qoyulub. Məhz həmin il Səudiyyə Ərəbistanı daxildə və xaricdə minlərlə insanın ölümünə səbəb olsa da, "“Ərəb Baharı”na meyl göstərənlərə dəmir yumruqla zərbə" ilə bağlı qanun qəbul edib. 2012-ci ildə isə bu qanunun əhatə dairəsi daha da genişləndirildi və kralın şəxsiyyəti və kral ailəsinin təhqir edilməsi də “terror” anlayışına daxil edildi. Qanunun tələb etdiyi cəza isə edam idi.
Nimr də bu qanunla mühakimə edilib və barəsində 2012-ci ildə edam hökmü çıxarılıb. 2015-ci ildə isə qərarın gözləmə müddəti bitdi və qərar dəyişmədi. Halbuki həbsdə olan din adamı şiddəti rədd edən bəyanatla çıxış etmişdi: “Diktaturaya qarşı silahların əvəzinə sözün çıxış etməsini dəstəkləyirəm. Sözün silahı güllədən daha güclüdür, çünki diktatura həmişə silahın mübarizəsindən qazanır”.
2016-cı il yanvar ayının 2-də Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, ruhani terrorçuluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 47 nəfərdən biri olub. 2013-cü il qapalı məhkəmə qarşısına çıxarılan Şeyx Nimr Baqir al-Nimr "ayrıseçklik salmaq" və "ölkənin bütövlüyünə xələl gətirmək"də ittiham olunurdu.
Şeyx Nimr Səudiyyə hakimiyyətinin tənqidçilərindən olub. Ruhaninin yaxınları onun terrorçuluqla əlaqəsi olmadığını və yalnız dinc çıxışlara dəstək verdiyini bildirirlər.
Ölümündən sonrakı hadisələr
redaktəŞiə din xadimi Nimr ən-Nimrin Ər-Riyadda edam olunmasına etiraz edən iranlılar Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin binasına hücum edərək, bir neçə otağı darmadağın ediblər. Binaya daxil olan etirazçılar səfirliyin otaqlarını yandırmağa çalışıblar. İran polisi etirazçıları səfirliyin ərazisindən çıxarmağa müvəffəq olub[4]. Bu hadisədən sonra bir çox ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı, Bəhreyn, Somali, Cibuti, Komor adaları və Qətər İrandakı səfirlərini geri çağıraraq diplomatik münasibətlərini dayandırıb. İran isə prezident Həsən Ruhaninin başçılıq etdiyi Nazirlər Kabinetinin fövqəladə toplantısında Səudiyyə Ərəbistanından ölkəyə bütün növ məhsulların idxalının qadağan olunmasına qərar verib. Həmçinin qərara alınıb ki, ikinci qərar qəbul edilənədək İrandan Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətləri dayandırılsın[5].
İstinadlar
redaktə- ↑ 1 2 Nimr al-Nimr // https://pantheon.world/profile/person/Nimr_al-Nimr.
- ↑ 1 2 http://www.aljazeera.com/news/2016/01/saudi-announces-execution-47-terrorists-160102072458873.html.
- ↑ "Şiə şeyxin edamı Səudiyyə Ərəbistanını çalxalayır". 2016-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi darmadağın edildi". 2016-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ İran Səudiyyə Ərəbistanına Ümrə və Həcc ziyarətlərini dayandırdı