Nikolay Qlinka - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qlinka Nikolay Leonidovic
Həyatı
redaktəPolyak mənşəli qədim zadəgan nəslindən olan N. L. Qlinka Smolensk quberniyasının Poreçensk qəzasının Kovşır kəndində podporuçik Leonid Alekseyeviç Qlinkanın ailəsində 7 may 1887-ci ildə anadan olmuşdur. 1893–1900-cü illərdə Nikolay Qlinka Smolenskin Aleksandrovski qimnaziyasında təhsil almışdır. 1900–1902-ci illərdə Moskva universitetinin təbiət şöbəsinin fizika-riyaziyyat fakültəsində təhsilini davam etmişdir. Lakin 19 may 1902-ci ildə tələbələrin siyasi çıxışlarının iştirakçısı kimi universitetdən xaric edilmiş və 3 ay həbs olunmuşdu. Almaniyaya qetdikdə, Nikolay Hottinq universitetinə daxil olmuş və orada 1905-ci ildə kimya üzrə ibtidai elm dərəcəsi almışdır. Həmin ildə o M. D. U.-nə bərpa olundu və 1908-ci ildə I dərəcəli diplom ilə universiteti bitirdikdən sonra kimya kafedrasında saxlanılırmışdır. 1911-ci ildə öz rəhbəri N. D. Zelinski və 3 müəllim yoldaşları ilə istefa verərək universiteti tərk etdilər. Bu, onların xalq təhsili naziri L. A. Kassonun özbaşınalığına qarşı etiraz idi. 1912–1924-cü illərdə N. L. Qlinka Podolskda real kollecdə müəllimlik etmiş, orada kimya laboratoriyasını təşkil etmişdir, məktəbdə kimyanın öyrənilməsinin yeni metodikalarını inkişaf etdirmişdir və onların tətbiqi ilə çox ciddi məşqul olmuşdur. 1918-ci ildə kollec məktəb kimi fəaliyyətə başlamışdır (hal-hazırda Podolsk Bələdiyyə ümummitəhsil təşkilatı ̶ "Lisey № 1") və N. L. Qlinka onun direktoru olmuşdur. 1924–1929-cu illərdə N. L. Qlinka Moskvanın məktəb və fəhlə-əmək məktəblərində, habelə 110№li orta məktəbdə kimya və fizika dərsləri vermiş, kimya üzrə təhsil metodik şuranın işində iştirak etmişdir. 1929-cu ildən Moskvanın ali təhsil ocaqlarında, o cümlədən texniki təhsilli ümumiittifaq qiyabı institutunda, Moskva bölqə pedoqoji institututda dərs verirdi. 1930-cu ildən ömrünün sonunadək ÜQPİ-da qeyri-üzvi kimya kafedrasının rəhbəri , professor vəzifəsində işləmişdir. 1940-cı ildə "ümumi kimyanın" birinci nəşrinin önsözündə Moskva yüngül sənaye texniki institutunun professor adını almışdır. 1935-ci ildə N. L. Qlinkaya elmiu dərəcə̶ professor adı verilmişdir, 1947-ci il iyun ayında o, pedaqoji elmlər doktoru elmi dərəcə almaq üçün müdafiə etmişdir. 1957-ci ildə ona Əməkdar elmi xadimi adı verirldi. N. L. Qlinka 22 sentyabr 1965-ci ildə vəfat etdi və onu "Novodeviçye" qəbirsanlığında dəfn edilmişdir.
Elm və pedaqoji fəaliyyəti
redaktə1910-cu ildə N.l. Qlinka alman kimya professoru Emil Knövenaqelin praktikumunun tərcüməsini etmiş və 1911-ci ildə həmin tərçümə "Qeyri-üzvi kimya və miqdarı analizdə praktiki məşğələri üçün təlimat" adı altında nəşrdən çıxmışdır. MDU-də işləyən zaman o, üzvi kataliz sahəsində N. D. Zelinski ilə birqə elmi tədqiqatlar aparmışdır. N. L. Qlinkanın doktorluq dissertasiya işi qeyri-kimya ali təhsil müəssələrində kimyanın tədrisinin metodikasına, dərsliklərinin quraşdırılma prinsipinə həsr olunmuşdu. O zaman pedaqoji sahədə bu ilk dissertasiya işi idi. Müdafiə ərəfəsində onun kənd təsərüffat texnikumları üçün "Qeyri-üzvi kimya" dərsliyi artıq 3 dəfə yenidən nəşr olunmuşdu. Sonralar o dərslik kimi ali təhsil müəssələrində istifadə olundu. Ondan sonra bu dərsliyin əsasında müasir kimyanın mürəkkəb məsələrinə, sorğularına hərtərəfli izahat verən N. L. Qlinkanın daha çox tanınmış işi ̶ "Ümumi kimya" dərslik vəsaiti nəşr olundu. 1947-ci ildə Nikolay Leonidoviç "Ümumi kimyadan məsələlər və tapşırıqlar" adlı vəsait hazırladı. Həmin vəsait 27 dəfə yenidən nəşr olunması ilə yadda qaldı. Hal-hazırda bu vəsaitdə kimyanın bütün sahələrini əhatə edən 800 və daha çox məsələ və tapşırıqlar var. N. L. Qlinkanın ümumi tiraji 5 milyon nüsxədən çox olan, iki əsas kitabı keçmiş Sovetlər Birliyinə daxil olan xalqların, həmçinin Avropa, Asiya və Afrikada yerləşən ölkələrin dillərinə tərcümə olunmuşdur. Qeyd etmək lazımdır ki, Nikolay Leonidoviç özü şəxsən tərcümə işlərində iştirak edirdi. Tədqiqat işi və dərs deməkdə böyük təçrübə ona təbiət elmlərinin dərs vermə tədrisində metodik yanaşmanın nümunəsi olan klassik bir dərsliyin yaradılmasına imkan verdi.
Əsas işləri
redaktə- Глинка Н. Л. "Неорганическая химия" Пособие для вузов, 1931. 460 с.
- Глинка Н. Л. Задачи и упражнения по общей химии:учебное пособие/под ред. В. А. Рабиновича, Х. М. Рубиной. М.:Интеграл- Пресс,2008. 240 с. ISBN 5-89602-015-5
- Глинка Н. Л. Общая химия:Учебное пособие для вузов/ под ред. А. И. Ермакова-30-е изд., испр.-М:Интеграл-Пресс,2005. 728 с.:ил.- ISBN 5-89602-017-1
Mənbələr
redaktə- Энциклопедия Смоленской области- 2001. Е. Пкрсоналии- с.58.
- Школьник Г. А. Наши земляки-естествоиспытатели. Смоленск,1963
- Н. Л. Глинка: Некрол//Учительская газета,1965, 23 сентября.