Nereida Peyk - Wikipedia
Nereida — Neptunun üçüncü ən böyük peykidir. O yüksək ekssentrikli orbitə malikdir. Bu peyk 1949-cu ildə Cerard Koyper tərəfindən kəşf edilmiş Neptunun ikinci peyki idi.
Kəşf edən | Cerard Koyper |
---|---|
Kəşf tarixi | 1 may 1949 |
Şərəfinə adlandırılıb | Nereidlər |
Böyük yarımoxu | 5.513.400 km |
Əyilməsi | 8,8 radian |
Nəyin peykidir | Neptun |
Özünə xas ekssentrisitet | 0,7512 |
Kütləsi | 31 zettagram[1] |
Albedo | 0,155 |
Kəşf və adlandırma
redaktəNereida Cerard Koyper tərəfindən 1 may 1949-cu ildə Makdonald Rəsədxanasında 82 düymlük teleskopla çəkilmiş foto lövhələrdə kəşf edilmişdir. O, öz kəşfinin hesabatında peykə ad təklif etmişdir.Peyk Yunan mifalogiyasında dəniz nimfalarının və Neptun allahının növbətçilərinin adını daşıyır. O Voyacer 2 zondunun gəlişindən əvvəl kəşf edilmiş Neptunun ikinci və sonuncu peyk idi.[2]
Orbit və rotasiya
redaktəNereida Neptunun orbitində planetin hərəkət istiqamətində ondan 5,513,400 km (orta məsafə) məsafədə dövr edir. Peyk yüksək ekssentrisitetə (0.7507) malik olduğundan onun planetə maksimum yaxınlaşması 1,372,000 km və maksimum uzaqlaşması 9,655,000 km-dir.
Qeyri-adi orbitə malik olması onu göstərir ki, peyk Neptun tərəfindən cəzb olunaraq tutulmuş bir asteroid, Koyper qurşağına aid bir obyekt və ya Neptunun ən böyük daxili peyki olan Tritonun təsiri ilə orbitini dəyişmiş neptunun daxili peyklərindən biri ola bilər.
1991-ci ildə Nereida fırlanma dövrünün təxminən 13.6 saat olduğu təyin edilmişdir. 2003-cü ildə peykin fırlanma dövrünün təxminən 11.52 ± 0.14 saat olduğu müəyyən edilmişdir. Lakin bu nəticə sonradan müzakirə olunmuşdur. Digər tədqiqatcıların Nereidanın işıq əyrisində hər hansı bir dövrü modulyasiya aşkar etmək cəhdəri uğursuzluqla nəticələnmişdir.
Fiziki xarakteristikaları
redaktəNereida Neptunun üçüncü ən böyük peykidir və 170 km-lik orta radiusa malikdir. Bu isə qeyri-müntəzəm peyklər üçün çox böyükdür. Nereidanın forması məlum deyil.
1987-ci ildən bəri Nereidanın bəzi fotometrik müşahidələri ilə peykin parlaqlığında böyük dəyişmələr aşkar olunmuşdur. Bu dəyişmələr illər və aylar, bəzən isə hətta bir neçə gün ərzində baş verə bilər. Astronomlar məsafə və fəza nəticələri üçün düzəlişləri sonralar da davam etdirirdilər. Digər tərəfdən, Nereidanı müşahidə edən bütün astronomlar belə dəyişmələri qeyd etmişlər. 2010-cu ilə kimi olan dəyişmələr real izahı yoxdur, lakin onlar mövcuddur,çox güman ki bu dəyişmələr,Nereidanın rotasiyası ilə bağlıdır.
Araşdırma
redaktə1989-cu il 20 Aprel 19 Avqust aralığında 4,700,000 km məsafədə olan Voyacer 2 kosmik zondu Nereidanın yaxınlığına səyahət edən ilk kosmik aparat oldu. Voyacer 2 70 km-dən 800 km-ə qədər müşahidə dəqiqliyi ilə peykin 83 şəklini çəkmişdir. Voyacer 2-nin gəlişindən əvvəl Nereidanın müşahidəsi yalnız daxili parlaqlığı və orbital elementləri əsasında yerüstü müşahidələr ilə məhdudlaşmışdır. Şəkillər kosmik zond tərəfindən çəkilməsinə baxmayaraq,səthinin xüsusiyyətlərini dəqiqləşdirmək üçün kifayət qədər ayırdetmə dəqiqliyinə malik deyildir. Voyacer 2 Nereidanın ölçülərini tapmağı mümkün etdi və boz rəngdə olduğunu aşkar etdi. Neptunun digər kiçik peykləri kimi o da yüksək albedoya malikdir.
Bədii ədəbiyyatda
redaktəLarri Nivenin Halqa dünya kitabında Nereida kənar adamlar tərəfindən "yarım minillik öncə"yə icarəyə verilmiş yer adıdır.Əsərin qəhrəmanı Lui Vu, güman edir ki, kənar adamlar Nereidaya bənzər qazdan ibarət olan nəhəng peyk üzərində təkamül etmişlər.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://ssd.jpl.nasa.gov/?sat_phys_par.
- ↑ Smith, B. A.; Soderblom, L. A.; Banfield, D.; Barnet, C.; Basilevsky, A. T.; Beebe, R. F.; Bollinger, K.; Boyce, J. M.; Brahic, A. (1989). "Voyager 2 at Neptune: Imaging Science Results". Science 246 (4936): 1422–1449.Bibcode Arxivləşdirilib 2021-01-05 at the Wayback Machine:1989Sci...246.1422S Arxivləşdirilib 2016-01-10 at the Wayback Machine.doi Arxivləşdirilib 2018-02-06 at the Wayback Machine:10.1126/science.246.4936.1422 Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine.PMID Arxivləşdirilib 2018-10-13 at the Wayback Machine 17755997 Arxivləşdirilib 2019-06-02 at the Wayback Machine