Naxcivan Muxtar Respublikasindaki Toponimler - Wikipedia
Naxçıvan Muxtar Respublikasındakı toponimlərı — Naxçıvanın coğrafi adlarının toponimləri.
Etnik mənşəli toponimlərin tarixi
redaktəNaxçıvan Muxtar Respublikası ərazisində yayılmış coğrafi adların bir qrupu uzaq, tarixi keçmişdə meydana gəldiyi halda, başqa bir qrupu orta əsrlərdə və qismən müasir dövrdə yaranmışdır. Coğrafi adların tarixi, dilçilik, coğrafi baxımdan tədqiqi onların yaranma vaxtının aydınlaşdırılması, mənalarının aşkarlanması paralellərinin müəyyənləşdirilməsində və coğrafi yerləşməsinin aşkarlanmasında mühüm elmi əhəmiyyət kəsb edir. Deməli, toponimlər tarixi dəlilsiz, köksüz, etimologiya baxımından izahsız lal, coğrafi cəhətdən araşdırılmadan isə məkansızdı.[1]
Naxçıvan MR ərazisində mövcud olan coğrafi adlardan bir qrupunun adı türkdilli xalqların yaşadığı ərazilərdə də tarixən kök salmışdır. Naxçıvan bölgəsi Manna (e.ə. IX–VII əsrlər), Maday (e.ə. VII–VI əsrlər) və Atropatena (e.ə. IV-əsr-b.e. IV–III əsrinə qədər) dövlətlərinin tərkib hissəsi olmuşdur. Manna və Maday dövlətləri vaxtlarında Naxçıvan bölgəsinin necə adlandığı müəyyən edilməmişdir. Yalnız Strabon (I əsr) bu bölgənin Basoropeda adlandığını yazmışdır ki, bu da qədim erməni mənbələrindəki Vaspurakan və ərəb mənbələr indiki Basfurcan adlarının qədim yunan dilində yazılış formasıdır.[2]
Vaspurakan toponimi farscadır ki, bu da "Şahzadə ölkəsi" mənasındadır.[3]
Bu ad, deyildiyi kimi yalnız birinci əsrdən məlumdur və görünür Əhəmənilər dövründə yaranmışdır. O dövrdə indiki Naxçıvan bölgəsi də bu dövlətə daxil idi. Naxçıvan adı, aşağıda deyiləcəyi kimi, Klavdi Ptolemeyin əsərində eraməzən II əsrindən məlumdur və yalnız şəhər adı kimi qeyd olunmuşdur. Bölgənin bu şəhərin adı ilə Naxçıvan adlanması XII–XIII əsrlərə aiddir. Naxçıvan bölgəsi tarixən Cənubi Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tərkibində olmuşdur. Həmin dövlətlərin türk mənşəli etnosların siyasi qrumları olması artıq şübhə doğurmur.[4]
Şübhəsiz ki, Cənubi Azərbaycan ərazisində yaşamış bu tayfalar həm də Naxçıvan bölgəsində məskun idi. Bu yalnız məntiqi nəticədir, lakin bu nəticəni təsdiqləyən faktlar vardır. Bu farktlar həm bu bölgədə yaşayanlar barədə məlumatlar, həm də bölgənin qədim toponimləridir. Naxçıvan (Naksuan və Naxçuvan) adının dil mənsubiyyəti və mənası haqqında çoxlu fikir irəli sürülmüşdür. Yalnız Y. B. Yusifov son illərdə Naxçıvan adının mənasını aça bilmişdir. O, doğru olaraq bu nəticəyə gəlmişdir ki, Naxçıvan şəhərinin iki adı olmuşdur: Naksuan və Nəşava və bu adların birincisi qədim türkcə, ikincisi farscadır. Müəllif düzgün tapmışdır ki, Naşəva farsca "Xoş su" mənasını verdiyi kimi, Naksuan da türk dillərində "Xeyirxah su yeri" mənasındadır.[5]
Həqiqətəndə də Naxçıvan şəhərinin ətrafı mineral su bulaqları ilə zəngindir. Mineral bulaqlar (xüsusilə müalicə əhəmiyyətli sular) adamlara daha əvvəllər məlum idi. Təsadüf deyil ki, Azərbaycanın bir sıra yaşayış məntəqə adları məhz belə bulaq adlarını əks etdirir). Buna misal olaraq, Naxçıvan bölgəsində Vayxır Sirab Badamlı kənd adlarını da göstərmək olar. Azərbaycanın digər bölgələrində Varna, Avaxıl, Xaltan və s. kənd adları da məhz əvvəlcə mineral su adlarıdır.[6]
Etnik tərkibli coğrafi adların toponimi
redaktəNaxçıvan bölgəsində başqa etnik mənşəli xalqlar da yaşayırdı. 654-cü ildə ərəb sərkərdəsi Həbib ibn Məsləmənin naxçıvanlılarla müqaviləsində yəhudilər də qeyd olunmuşdur. Naxçıvan bölgəsinə köçürülənlər türkmənşəlilər idi. Erkən orta əsrlərdə Naxçıvan bölgəsində əhalinin etnik tarixinə dair müəyyən məlumatıar vardır ki, bunlar eranın əvvəllərindən başlayaraq şimaldan gəlmiş bulqar, hun, peçeneq, kəngər və xəzər tayfalarıdır. Naxçıvan bölgəsində tarixən kəngərlər mühüm rol oynamışlar. Kəngərlərin Cənubi Qafqazda məskunlaşması eranın əvvəllərinə aiddir. 1831-ci ilə aid mənbədə göstərilir ki, Naxçıvan əyalətində iki böyük tayfa birləşməsi vardır: Kəngərlər və Qaraçalar. Naxçıvan bölgəsində eramızın əvvəllərində məskunlaşmış digər türkdilli taytfa peçeneqlərdir. Peçeneqlər Orta Asiyanın qədim türkdilli tayfalarından biri olmuşdur. Mənşəcə onlar antik mənbələrdə qey olunan basinelərdir. Peçeneqlər Orta Asiyada Sır-Dərya çayının hövzələrində eradan əvvəl III əsrdə yaradıqları Kanq dövlətinin yaratmış hissəsi Kəngər adlanmışdır. Deməli, Peçeneqlərlə-kəngərlər eyni tayfanın adamları idilər. Onlar da eranın əvvəllərində hunların tərkibində Cənub-Şərqi Avropa çöllərindən Cənubi Qafqaza gəlmişlər. Peçeneqlər Albaniyada indiki Ermənistan ərazisində və Naxçıvan bölgəsiundə məskunlaşmışdılar. Naxçıvan bölgəısində Xəzəryurd oronimi göstərir ki, orada xəzərlər də yaşamışlar. Şimali Qafqazın Xəzərsahili ərazisi xəzərlərin ana yurdu hesab olunur.[7]
Ona görə də xəzərlərin Cənubi Qafqazla münasibətlərinin qədim tarixi vardır. V əsrə aid qədim erməni mənbəyinə görə xəzərlərin indiki Ermənistan ərazisinə hərbi yürüşləri eranın II əsrində başlanmışdır.[8]
Alban tarixçisi Mysa Kalankatlı xəzərlərin Albaniyaya ilk hücumunu 350-ci ilə aid edir. Ərəb tarixmisi Təbəriyə görə, Sasani şahı Xosrov Ənuşirəvan Kür-Araz çayları arasında 10 min Xəzər ailəsini yerləşdirmişdi[9].
Toponimlər
redaktəOykonimlər
redaktəNaxçıvan MR ərazisində olan etnotoponimlərdən danışılan və tədqiqi olunan ərazidə bir yaşayış məntəqələri vardır ki, onlar təbii şəraitdən irəli gəlmiş cəhətləri öz adlarında əks etdirirlər. Deyilənlərə aşağıdakı misalları çəkmək olar. Zırnel kəndi (Şahbuz rayonu), əslində Zərnil – Qızılçay (Qırmızıçay) deməkdir. Bu kənd sürüşmə nəticəsində dağıldığından onu başqa yerə köçürüblər. Kəndin adı onun ətrafında olan dağ süxurlarının rəngindən götürülmüşdür. Qızılca kəndinin (Culfa rayonu) adı süxurun qırmızı rəngə çalması ilə bağlıdır. Qızılvəng kəndinin (Babək rayonu) adı qırmızı daşdan tikilmiş kilsə deməkdir. Kükü kəndinin adı (Şahbuz rayonu) Azərbaycan xörəklərindən birinin adındandır, lakin kükü o ətraflarda bitən yeməli göy otlardan hazırlanır. Əslində Kükü kənd dı Kükü dərəsində olan yaşıllığı, dağ yamaclarını yaşıl ota, çiçəkli çəmənliyə qərq edən subalp çəmənliyi ilə bağlıdır. Kükü kəndindən şimalda Dərələyəz silsiləsi su ayrıcında ucalan Kükü dağının adını erməni psevdoalimləri özününkü etmək məqsədilə ermənicə Qoqi adlandırmışlar. Şərur rayonunda Günnüt kəndi gündəyən yerdə salındığından belə adlanır. Günnüt eyni zamanda etnotoponimdir. Qızılqışlaq xarabalığı adının birinci hissəsi dağ süxurlarının qırmızı rəngə çalmasından alınmışdır. Qarakəmər dağının adı həmin dağın yüksək hissəsi boyu uzanan qaraya çalan qayalı çıxıntıların yamacı kəmərləməsindən götürülmüşdür (Ordubad rayonu). Paradaş kəndinin adı (Culfa rayonu) dağ süxurları fiziki aşınmanın təsirindən ayrı-ayrı kiçik hissələrə bölündüyündən və onların hər biri pulu, dəmir paranı andırdığından para (para-para, pul-pul olan) daş adının birləşməsindən meydana gəlmişdir. Naxçıvan MR-da olan toponimlərin bir qismi təbii şəraitlə bağlı olaraq yaranır.[1]
Oronimlər
redaktəNaxçıvan MR ərazisi dağətəyi düzənlikdən başlayaraq Qapıçıq dağına qədər (3906 m) uzanır. Muxtar Respublika ərazisinin şərq hissəsində Araz çayının sol sahilindən başlayaraq Biçənək aşırımına (2348) qədər Zəngəzur dağları silsiləsi ucalır, qərbdən və şimal-qərbdən başlanan Dərələyəz silsiləsi Biçənək aşırımında Zəngəzur silsiləsinə qovuşur. Gəlinqaya dağının mütləq yüksəkliyi 2773 metrdir. Zəngəzur silsiləsinin qərb yamacından ayrılan dağ qolları çay dərələrinin sağ və sol hissələri boyu uzanmaqla onların hövzələrini hüdudlaşdırır. Araz çayının sol sahili boyu uzanan Arazsahili düzənlik dağlara doğru tədricən ucalaraq orta dağlıq ərazinin qərb ətəkləri ilə qovuşur. Naxçıvan MR ərazisinin ən alçaq yeri Ordubad rayonu ərazisində, Araz şayı yatağında 600 m mütləq yüksəkliyə malikdir. Deməli, Muxtar Respublikanın ərazisi əsasən dağlıqdır. Bu səbəbdən də Naxçıvan MR ərazisində olan oronimlər miqdarca çoxsaylı, mənaca müxtəlif məzmunludur. Bu, ərazinin müsbət və mənfi relyef formalarını əks etdirən coğrafi terminlərin və sözlərin zənginliyi ilə əlaqədardır. Oronim yaradan topoformantlara ağ, ala, aran, baş, boğaz, boyun, vəng, qabaq, qapı, qara, qızıl, qoşun, qutan, quzey, dağ, daş, dərə, kəsən, keçəl, gədik, gəz, güney, əxi, kelə, key, kənd, oba, oyuq və s. göstərmək olar. Naxçıvan MR ərazisi tarix boyu Cənubi Azərbaycan və İranla, o cümlədən də Cənubi Azərbaycanla sıx etnik və mədəni əlaqədə olduğuna görə buranın oronimiyasında fars mənşəli sözlər də vardır. Müsbət relyef formalarının müxtəlif çalarlarını əks etdirən dağ, dik, yoxuş, tap, təpə, uca, dağ düzənliklərini əks ertdirən (düz, taxta sal və s.) sözləri geniş yayılmışdır. Naxçıvan MR ərazisində mezooronimlərə Zəngəzur, İlandağ, Dərələyəz, Qapışıq, Gəlinqaya, Soyuqdağ və s. göstərmək olar.[1]
Hidronimlər
redaktəNaxçıvan MR ərazisində hidronimləri yaradan topoformantlar içərisində Azərbaycan (türk) mənşəli, ağ, arx, bazar, boz, bulaq, qara, qızıl duz, kanal, göl, isti, nohur, sarı, sel, sərin, soyuq, su, çay, şirin, şor və s. fars mənşəli ab (su), rud (çay), bah, bəh – "xeyirxah", "yaxşı", "xoş" (məsələn, Bəhrud, Vayxır), çeşmə (bulaq) və ərəb mənşəli nəhr (çay, kanal) sözləri əsas yer tutur. Bununla əlaqədar olaraq Naxçıvan MR ərazisində su mənbələrinin adları mənaca müxtəlifdir. Suyun keyfiyyətini bildirən topoformantlar içərisində qara – içilməsi məsləhət görülməyən su (məsələn, Qarasu çayı, Şərur rayonu) ağ – "içməli su" (Ağbulaq, Ağçay və s.) xüsusilə geniş yayılmışdır. Gursulu yüksək keyfiyyətli sulu bulaqları Xanbulaq (Şərur rayonu), Xançeşmə, Şirinsu, Sərinçeşmə (Ordubad rayonu), Şahbulaq (Şahbuz rayonu) adlandırmışlar. Şırranlıçay (Ordubad rayonu) və Qavalsuçay adları suyun axdıqda əmələ gətirdiyi səsləri əks etdirir. Bulaqlar üzə çıxarkən göz-göz olur. Mineral bulaqların çoxluğu və onların hidrokimyəvi tərkibi baxımından Naxçıvan MR ərazisini mineral bulaqlar muzeyi adlandırmaq olar. Naxçıvan MR və Badamlı, Aşağı Ləkətağ, Yuxarı Ləkətağ, Darıdağ, Cuğa Sirab, Vayxır, Parağaçay, Gümür adlı mineral bulaqları vardır. Mineral bulaq adlarının əksəriyyəti oradakı yaşayış məntəqələrinin adlarından ibarətdir. Ancaq Sirab kənd adı oradakı Sirab (sirli su) adı ilə bağlıdır. Eyni sözü Vayxır kəndinin adı barədə də demək olar. Q. Ə. Qeybullayevin yazdığına görə, Vayxır kəndinin adı oradakı Vayxır bulağının adındandır. Bulağın adı isə orta (fars dilində) vah – "yaxşı", "xeyirxah" və xvar – "yer" sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır. Tədqiqatçılar (M. Qaşqay, Ə. Əsgərov) Naxçıvan MR mineral bulaqlarını kimyəvi tərkiblərinə görə hidrokarbonatlı, hidrokarbonatlı-xloridli, hidrokarbonatlı-sulfatlı, xlorid-hidrokarbonatlı tiplərinə ayırmışlar.[1]
Zoonimlər
redaktəAzərbaycanın ərazisi relyefinin düzənlik və dağlıqdan ibarət olması, iqliminin əlverişliyi, bitki örtüyünün zənginliyi, quru ərazisinin dənizlə sərhədlənməsi, heyvanat aləminin zənginliyi və növ müxtəlifliyinə təbii zəmin yaratmışdır. Azərbaycan ərazisində olan hər bir landşaft kompleksinin özünəməxsus heyvanat aləmi formalaşmışdır. Məsələn, meşə landşaftı üçün cüyür, dələ, meşə sonası, ayı, vaşaq, meşə pişiyi, oxlu kirpi, qaban, meşə xoruzu, göyərçin və başqa heyvanlar xas olduğu halda, yarımsəhra landşaftı üçün ceyran, qaban, qırmızıquyruq qum siçanı, bataqlıq qunduzu, çöl siçanı, turac, dovdaq, qaz, gürzə və digər heyvanlar xasdır. Naxçıvan MR ərazisində ev heyvanları ilə bağlı yaranmış zoonimlər də vardır: Ordubad rayonunda Eşşək meydanı və Toxlugədik aşırımları, Babək rayonunda Qanlıquzey dağı, Aladiyə və Dəvəboynu kövşənləri, Şərur rayonunda tikilmiş Arpaçay su anbarının altında qalmış Dəvəölən adlı yer, Dəvə adlanan kövşən, Şahbuz rayonunda Quzuyurdu kövşəni, Culfa rayonunda Kəlbaşı dağı və s. Bu zoonimlərin bəzisi bənzətmədən (kəlin başını, dəvənin boynunu xatırladan), bəzisi baş vermiş hadisələrdən (Dəvəölən), bəzisi isə bu və ya digər heyvanın məskəni (Təkəlik, Qurd dərələri, Ayıdərəsi, Ceyranlar və b.) olması ilə əlaqədardır.[1]
Fitonimlər
redaktəNaxçıvan MR ərazisi kontinental iqlimə malik olduğundan burada sərt qışa və isti yay aylarına uyğun olan bitkilər üstünlük təşkil edir. Dağətəyi düzənlikdə, qalıq (alçaq) dağlarda, çayların gətirmə konusları üzərində yarımsəhra və qismən səhra bitkiləri – yovşan-yovşanşoran, dağüstü-kserofil (friqanoid), şoran-xırda kollu səhra bitkiləri inkişaf etmişdir. Bu bitki növləri Araz çayının sol sahilinə qovuşan düzənliklərdən, tirələrdən və yüksəkliklərdən başqa Naxçıvan MR-da orta yüksəkliyə malik dağlarının (2000–3000 m) yamaclarını da örtür. Yayı quraq keçən soyuq iqlimdə yaranmış bu bitkilər dağ yamaclarını tam örtə bilmədiyindən burada səthi və eroziya və denudasiya sürətlə inkişaf edir. Yüksək dağlığın yamaclarında meşədən sonrakı çölləşmiş çəmən bitkiləri dağüstü kserofit bitkiləri ilə subalp çəmənlik arasında qalan ərazilərdə talalar şəklində yayılmışdır. Yüksək dağlığın subalp və alp çəmənlikləri, çəmən çölləri, qayalıq-çınqıllıq bitkiləri Zəngəzur dağlarının cənub-qərb və qərb yamacları boyu inkişaf etmişdir. Naxçıvan MR ərazisində inkişaf etmiş meyvə ağacları əsasən çay dərələri boyu yaşıl lent kimi uzanır. Dağ çaylarından və bulaqlardan su içən, bol günəş enerjisindən isinən və bərəkətli torpaqdan baş qaldıran bu təbii şəraitdə yetişdirilən meyvələr dadlı və ətirli olur. Təbii şəraitin və insan əməyinin bəhrəsindən becərilən bitkilərin adından əsaslanaraq Naxçıvan MR ərazisində bir çox fitonimlər yaranmışdır. Fitonimlərə misal olaraq: Yarpaqlı dağı, Biyanlı kövşəni, Armuddüzü, Alçalıq (Ordubad rayonu), Almalıdağ (Şahbuz rayonu), Alça dağı (Culfa rayonu), Ardıc (Şərur rayonu) və bu kimi başqa coğrafi adları misal göstərmək olar. Bitki adlarının iştirakı ilə yaranmış toponimlər bir tərəfdən həmin ərazidə hansı bitkilərin coğrafi yayılmasından xəbər verir, digər tərəfdən isə bu və ya bitkinin hansı ərazilərdə daha çox rast gəlindiyinə işarə edir.[1]
Təbii sərvətləri əks etdirən toponimlər
redaktəAzərbaycan Respublikasının faydalı qazıntı yataqları baxımından ən zəngin guşələrindən biri də Naxçıvan MR-də ərazisidir. Naxçıvan MR ərazisində metal yataqları əsasən Ordubad, Culfa və Şərur rayonları ərazisindədir. Arpaçayın üzərində tikilmiş su anbarının şərq hissəsində, Əlincəçayın orta axınında, Gilançayın yuxarı axınında polimetal yataqları vardır. Naxçıvan MR ərazisinin cənub-şərq qurtaracağında mis, molibden, mərgümüş, andaluzit yataqları vardır. Naxçıvançayın yuxarı axınında, vulkanogen süxurların inkişaf etdiyi ərazilərdə yanar şist, tikinti daşları, kükürd və başqa faydalı qazıntı yataqları müşahidə edilir. Naxçıvan MR-də düzənlik və dağətəyi regionu gips, travertin, daş duz, tikinti daşları, gillər, çınqıl ilə zəngindir. Yüksək keyfiyyətli travertindən tikintidə əsasən üzlük daşı kimi istifadə edilir. Şərur və Babək rayonları ərazisində travertin daş karxanaları vardır. Naxçıvan-Mincivan dəmir yolu bağlanana qədər Azərbaycanda Şahtaxtı ərazisindəki travertindən respublikada gedən tikintidə geniş istifadə edilirdi. Erməni millətçilərinin işğalçı siyasəti nəticəsində Azərbaycan Respublikasının, o cümlədən də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-da iqtisadiyyatına ciddi ziyan dəymişdir və bu indi də davam edir. Naxçıvan MR-də faydalı qazıntılar o yerlərdə yaşayan əhaliyə tarixi keçmişlərdən məlum olduğundan həmin ərazilərə müvafiq faydalı qazıntıların adını vermişlər. Naxçıvan MR-də Şərur və Babək rayonları ərazisində zəngin duz yataqları vardır. Onların bir hissəsi dağ ətəklərində olan alçaq dağlıq ərazidə üzə çıxan və son beş min il ərzində istismar edilən duz mədənləridir. Duzdağ oronimi Babək və Şərur rayonları ərazisindədir. Babək rayonunun ərazisində də yeni duz yataqları sahəsində olan dağlardan birini Təzəduzdağ adlandırmışlar. Şərur rayonunun şimal-şərqində Arpaçay dərəsinin son yamacında polimetal yataqları tapılmışdır. Polimetal yataqlarında olan faydalı qazıntılar içərisində gümüş daha çox olduğundan yatağa Gümüşlü adı verilmişdir. Gümüşlü yatağını tədqiq edən geoloqların qəsəbəsi də Gümüşlü adlandırılmışdır. Ordubad rayonu ərazisinin şimal, şimal-şərqində, Zəngəzur silsiləsinin suayrıcında olan dağ zirvələrindən biri Dəmirlidağ adlandırılır. Eyni adlı dağ (Dəmirdağ) Culfa rayonu ərazisində də vardır. Əlincəçay dərəsində (Ərəfsə kəndi yaxınlığında) hidrogeoloqların qazdırdığı kəşfiyyat quyusundan çıxan dəmirli suyu da "Dəmirli-bulaq" adlandırırlar. Şübhəsiz ki, dəmir (dağ) və ya dəmirli (dağ, su) toponimləri ilk növbədə dəmir faydalı qazıntıları və onların yer səthində müşahidə olunması əsasında yaranmışdı. Culfa rayonu ərazisində olan sürmə kimi qara rəngdə olmasından (bənzətmə yolu ilə) ola bilər. Sürmə (lilin) başqa mənası etnonimdir (Sürməli). Bu toponim başqa regionlarda da (Türkiyənin şərqində, indiki Ermənistanda və s.) müşahidə edilir. Biləvəçay (Şərur rayonu) həm quru dərəyə, həm də dağa verilmiş addır. Bundan əlavə, Biləv (büloy) dağ süxurları (daş) adını da özündə əks etdirir. Biləv, bilöv bıçağı və başqa dəmir alətləri itilətməyə yararlı daşdır. Muncuqlu (təpə) ərazisinin adı (Şərur rayonu) təsərrüfat işləri zamanı qədim yaşayış və ya qəbiristan yerlərində müxtəlif daşlardan düzəldilmiş, qadınların boyunlarına, qollarına taxdıqları və onlarla birlikdə dəfn olunmuş muncuqların tapıldığı yerdir. Azərbaycanda Muncuqlu yer adlarına təsadüf edilir.[1]
İzahlı toponimik lüğət
redaktəA
redaktə- Abbasabad — Babək rayonu Təzəkənd kəndinin cənub-qərbində qədim qala adı[10]. Abbas şəxs adından və əsli farsca abad – "yaşayış üçün yararlı yer", "oturaq yaşayış məntəqəsi"[11] sözündən ibarətdir. Hələ erkən orta əsrlərdə fars dilindən Azərbaycan dilinə keçmiş "abad" sözü Azərbaycanda hazırda mövcud olan 38 yaşayış məntəqə adında əksini tapmışdır. Deməli, tərkibində "abad" sözü olan oykonimlər əslində Azərbaycan mənşəli adlardır. İrəvan xanlığının Vedibasar mahalında və xanlığın Sürməli mahalında Abbasabad kənd adları[12] ilə mənaca eynidir.[13]
- Ağəhməd (Axatəb) — Şərur-Dərələyəz qəzasının Şərur sahəsində kənd adı.[14] Mənbədə Əxi-Əhməd kimidir. Orta əsrlərdə Türkiyə ərazisində Sufi ordeninə məxsus adamlar biri digəri üçün "əxi" (ərəbcə əxi – "qardaş") adlanırdı və onlara vəqf kimi torpaq sahəsi və hətta kiçik yaşayış məntəqəsi bağışlanırdı. Bundan sonra həmin yer əxinin adını daşıyırdı. Adından göründüyü kimi, bu kənd Əhməd adlı əxiyə mənsub olmuşdur, lakin əhalinin danışığında "əxi" sözü təhrifə uğrayaraq "ağ" formasına düşmüşdür.
- Albantəpə (Ağvantəpə) — Şərur rayonunda təpə adı. Axura kəndinin qərbində hündür, uzunsov formalı 5 hektarlıq təpədir. E.ə. VII–II əsrlərə aid arxeoloji abidədir. Azərbaycan xalqının etnik tarixi baxımından çox qiymətli toponimdir. Bu toponim göstərir ki, Alban müəyyən bir tayfanın adıdır və bu tayfa Naxçıvan əyalətində yaşayırdı. Alban qalası (Qax rayonunun Ləkit kəndi ərazisində), Gürcüstanda iki Alpan kəndi, Quba rayonunda Alpan kəndi, Ermənistanda Alpan kəndi və b. kənd adları ilə mənşəcə eynidir. Alban tayfasının türk mənşəli olması fikri mövcuddur.
B
redaktə- Bağırsaq dağı — Şərur rayonunda Dərələyəz dağ silsiləsinin zirvələrindən birinin adı (hünd. 1992 m). Dağa gedən yolun bağırsaq kimi dolanbac olduğunu bildirir. İstisu kurortundan 1,5–2 km. yuxarıda yerləşən Bağırsaq bulağının və bu bulaqların yerləşdiyi Bağırsaq dağının adı ilə mənaca eynidir.
- Bağırsaqdərəsi — Şərur rayonunda kiçik çay adı. Quru çay dərəsinin adıdır (uz. 33 km).
- Bəzirlik — İrəvan əyalətinin Şərur nahiyəsində kənd adı. Digər adı "Vərməziyar". Azərbaycan dilinin dialektlərində bəzir – "zəyərək adlı bitki yağı" deməkdir. Keçmişdə işləmə prinsipi və quruluşuna görə su dəyirmanını xatırladan bəzirxana adlı əldəqayırma maşında şamdanlarda gecələr yandırmaq üçün zəyərək bitkisindən yağ alınırdı ki, buna bəzir deyilirdi. Tərtər çayının sol qollarından biri Bəzirxana çayı adlanır. Bəzirxana zəyərəkdən bəzir çıxarılan yer mənasındadır.
- Bələçi — Naxçıvan əyalətinin Qarabağ nahiyəsində qışlaq adı. Əsli Bilicidir. Kəngərlərin Bilici tayfasının məskunlaşması nəticəsində yarandığına görə Bilici etnonimini əks etdirir.
- Bəıgədağ — Ordubad rayonunda dağ adı. Ehtimal ki, türk dillərində bəlkə "nişan" sözündəndir. Bundan başqa döyüşdə qalxanı əvəz edən əşyaya (ağaca) da deyilir.
- Biləvçay — Ordubad rayonunda quru çay dərəsinin adı.
- Biləv çovqanı — Culfa rayonunda təbii mərz adı.
- Billava — Şərur rayonunda kənd adı. Mənası məlum deyil.
- Bilədüz — Kəngərli rayonunda Böyükdüz kəndinin şimal-şərqində dağ adı. Dağ onun ətəyindəki düzən yerdə maldar ellərin binələrinin adı ilə adlanmışdır.
- Boçənək — Şahbuz rayonunda yaylaq adı. Qədim türk mənşəli Peçeneq tayfasının adını əks etdirir.
- Biçənək — Şahbuz rayonunda Zəngəzur silsiləsində aşırım (hünd. 2348 m.). Yevlax–Naxçıvan şose yolu bu aşırımdan keçir. Qədim türk mənşəli Peçeneq tayfasının adını əks etdirir.
- Bozagil — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ (hünd. 1174 m.) adı. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır.
- Bozagil — Şərur rayonunda Tənənəm kəndinin cənub-şərqində qaya-dağ adı.
- Boyəhmədsu — Culfa rayonunda çay adı. Çay Boyəhməd kəndinin adı ilə adlanmışdır.
- Buzqov – Babək rayonunda dağ adı. Yerli əhali içərisində Bızqov kimi də tələffüz olunur. Dəvəçi rayonundakı Bızqov dağının adı ilə eyni mənadadır.
- Böyükdüz — Naxçıvan şəhərinin cənub-şərqində Araz çayının sol sahili boyu yerləşən dağın (hünd. 957 m) adı.
- Böyükdüz — Naxçıvan əyalətinin Qışlağat nahiyəsində (Kəngərli rayonu) kənd adı.
- Böyükxaçapapaq — Naxçıvan sancağının Əlincə nahiyəsində kənd adı. Xaçaparaq kənd yaranmazdan əvvəl müqəddəs sayılmış pirin adı idi. Pir xristian dini mənşəli üstündə xaç rəsmi olan daşdan (xaç daşdan) ibarət olmuşdur. Xaçaparaq həm də came vəqf yeri idi. Bəzən "h" hərfinin "x" hərfi ilə əvəz olmasına görə haçaparaq oykonimini xaçaparaq kimi ifadə olunmuşdur. Haçaparaq haça-qoşa və para-yaşayış yeri, kənd mənasındadır – Qoşakənd.
C
redaktə- Camal — Şahbuz rayonunda Zəngəzur silsiləsinin zirvələrindən birinin (32000 m) adı.
- Canqulutəpə — Babək rayonunda dağ adı. Ehtimal ki, türk dillərində çaqıl "bitki ilə örtülmüş qum yüksəklik" sözündən təhrifdir.
- Canıqışlaq — Naxçıvan əyalətinin Mülki- Arslan nahiyəsində kənd adı.
- Çopur yal — Babək rayonunda yüksəklik adı.
- Cəbdərə — Şahbuz rayonunda Şahbuz kəndinin cənub-qərbində dərə adı. Türk dillərində çəp "dağın daşlı, bitkisiz yamacı, maili və dərə sözlərindən ibarətdir. Zəngilan rayonunda Çəpədərə dağ adı ilə mənaca eynidir.
- Cəhənnəmdərəsi — Sədərək rayonunda çay.
- Cindərə — Şərur rayonunda Şahtaxtı kəndindən şərqdə böyük dərə adı. Həm də Cinlidərə adlanır. Cinlərin məskən saldığı dərə.
- Cindağ — Şahbuz rayonunda Keçəzur kəndinin cənub-şərqində dağ adı. Mifik toponimdir.
- Coşğun — Culfa rayonunda Göynük kəndindən 8 km qərbdə yerləşən mineral bulağın adı.
Ç
redaktə- Çarqaya — Ordubad rayonunda Biləv kəndinin qərbində dağ adı. Türk dillərində çar (car) "çay – sahili sıldırım qaya", "yarğan", dərə və qaya sözlərindən ibarətdir.
- Çaxmaqlıdağ — Ordubad rayonunda Ələhi kəndindən cənubda yerləşən dağın (2013 m) adı. Çaxmaq daşı olan dağ mənasındadır.
- Çaraçur — Ordubad rayonunda Biləv kəndinin qərbində dağ adı.
- Çatardaşdərəsi — Şahbuz rayonunda Nurs kəndinin şimal-şərqindən axan çayın adı.
- Çemooğul — Şahbuz rayonunda Keçəzur kəndinin cənubi-qərbində yer adı.
- Çənənəb — Ordubad rayonunda kənd adı. Mənbədə Naxçıvan vilayətinin Azadciran nahiyəsində "Çənnab" kimi yazılmışdır.
- Çənənəb — Ordubad rayonunda dağ adı.
- Çinarqışlaq — İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR-in Şərur rayonunda) qışlaq adı. "Quşçu kəndinin yaxınlığında yerləşir" .
D
redaktə- Dabaqlı — Culfa rayonunun şimal hissəsində, Şahbuz rayonu sərhəddində sıra dağ adı.
- Dağdağan — Şahbuz rayonunda dağ aşırımı adı. Dağdağan ağacının bitdiyi yer.
- Dağ — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd adı. Mənbəyə görə kənddə heç kim yaşamır və orada kənar kəndlərin ailələri əkin əkirlər.
- Daylaqlı — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində məzrə adı. İndiki Şahbuz rayonunda Əzizbəyov kəndinin keçmiş adı.
- Dağ Məzrəsi — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd adı.
- Dana Qalası — Şərur rayonunda Axura kəndinin şərqində, Avuş (Havuş) kəndinin cənub tərəfində hündür dağ üstündə qala adı. XI əsrə aid edilir. Mənbədə qeyd olunur ki, kənddə heç kim yaşamır. Dana — "çöl", "açıq yer", "vadi", cavan, yeniyetmə mənalarını verir.
- Danaqırt — Ordubad rayonunda kənd. V. M. Sısayev kəndin adını Danagird kimi qeyd etmişdir. Toponim türk dillərində "dan", yaxud "dana" – "çöl", "açıq yer", "vadi" və qədim İran mənşəli kerd (kird), "şəhər", "möhkəmləndirilmiş yer" sözlərindən ibarətdir. Toponimin gerd komponenti İranın toponimiyasında geniş yer tutur və bəzi hallarda cerd, cird formlarını da kəsb edir. Azərbaycan toponimiyasında da bu söz qədimdən məlumdur. X əsr ərəb coğrafiyaçısı əl Müqəddəsi Aranın şəhərləri içərisində Malazgird şəhərinin adını çəkir.
- Danzik — Şərur rayonunda kənd adı. Arpaçay dəryaçası sularının altında qalıb.
- Darvadaq — Babək rayonunda dağ adı. Davradaq adının fonetik formasıdır. Azərbaycanın bə’zi rayonlarında Tövrədaq və Tövrətəpə oronimləri mənaca eynidir. "Dövrə (dəyirmi) formalı" dağ mənasındadır.
- Dağüstü — Culfa rayonunda Kərimqulu Dizə kəndinin şimal-qərbində dağ belinin adı.
- Darıdağ — Culfa rayonunda dağ adı (hünd. 1756 m). Yerli əhali içərisində dağın adının darı (taxıl növü) ilə əlaqələndirilməsi xalq etimologiyasıdır.
- Dartagüney — Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində məzrə (əkin yeri) adı.
- Daşarx — İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR-in Şərur rayonunda) kənd adı. Digər adı Məlikkənddir. Bu məlumatdan aydın olur ki, Daşarx yerin adı, Məlikkənd isə həmin yerdə yaranmış məntəqədir. Məlikkənd adı isə Məlik şəxs adından və kənd sözündən ibarətdir.
- Daşarx — Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı. "Digər adı Əmətli". Bu məlumat göstərir ki, Daşarx yerin adı, Əmətli isə orada məskunlaşmış nəsil, ya da tayfa adıdır.
- Daşarx — Şərur rayonunda Bakıdan 596 km məsafədə dəmir yol stansiyası əsasında yaranmış qəsəbə adı.
- Daşbaşı — Ordubad rayonunun Çənənəb kəndinin şimal-qərbində dağ (hünd. 1707 m) adı. Zirvəsi (başı) daş (qaya) olan dağ mənasındadır.
- Daşqaya — Naxçıvan əyalətinin Şərur nahiyəsində yaylaq adı.
- Daşurun — Sədərək kəndindən şimalda dağ (hünd. 1240 m.) adı. "Dağın düzənə girmiş burun formalı qurtaracağı" mənasındadır. Beyləqan rayonunda Daşburun dağ adı ilə mənaca eynidir.
- Daşqışlaq — İrəvan əyalətinin Şərur nahiyəsində kənd adı. Daşlıq yerdə qışlaq mə’nasındadır. Qayalı (daşlıq) yerdə qışlaq mənasındadır.
- Daşqala — Babək rayonunda təbii mərz adı. Daş (qaya) üzərində tikilmiş qala mənasındadır.
- Daşqala — Sirab kəndi ərazisində yeraltı çaydır. Karst mağarasından əmələ gəlib. 1931–1935-ci illərdə qaçaqlar mağaradan qala kimi istifadə ediblər.
- Dekin — Naxçıvan əyalətinin Məvaziyi Xatun nahiyəsində kənd adı. Türk dillərində teqin "şahzadə" sözündəndir. Ağdaş rayonunda Qaradeyin kənd adı ilə mənşəcə eynidir.
- Dendabad — Mənbədə Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı. Digər adı Dendivardır.
- Dəvəboynu — Ordubad rayonunda dağ adı. Uzaqdan dəvənin boynuna oxşayan dağ beli mənasındadır.
- Dəvəboynu — Ordubad rayonunda Nürgüt kəndinin şimal-şərqində dağ adı. "Uzaqdan dəvənin boynuna oxşayan dağ" mənasındadır.
- Dəvəölən — Şərur rayonunda Gümüşlü kəndinin şimalında xaraba kənd. "Dəvə ölən (yer)" mənasındadır.
- Dədyan — Naxçıvan sancağının — Sair-Məvazi nahiyəsində məzrə.
- Dəlikdaş — Ordubad rayonunda Urmis kəndinin cənub-qərbində dağ adı. Vulkan mənşəli deşikli qayalı dağdır.
- Dəmi — Culfa rayonunda yer adı. Mənası dəmyə yer deməkdir.
- Dəmlərdağı — Şərur rayonunda dağ adı. Qədim türk dillərində şam, dam, qala, qala divarı sözündəndir. Damın adı qədim qala divarlarının olması ilə əlaqədardır.
- Dəmirdağ — Culfa rayonunda Nəhəcir kəndinin şimalında təbii mərz.
- Dəmirlidağ — Ordubad rayonunda Nürgüt kəndinin şimal-şərqində Zəngəzur silsiləsinin zirvəsi (yüksəkliyi 3364 m).
- Dəmirli su — Culfa rayonunda Ərəfsə kəndinin şərqində çay.
- Dəmirçi — Şərur rayonunda kənd adı. Dəmirçi sənəti ilə məşğul olan nəslin adını əks etdirir.
- Dər — Ordubad rayonunda kənd adı. Ərəb dilində deyr "kilsə", "monastır" sözünün təhrif formasıdır.
- Dər-Abbas gədiyi — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində yaylaq adı. Toponim ərəb dilində deyr "kilsə", "monastır" sözündən3 və "Abbas gədiyi" adından ibarətdir. "Kilsə (monastır) yerləşən Abbas gədiyi" mənasındadır.
- Dərvişlər — Şərur rayonunda kənd adı. "Qazıxan kəndinin yaxınlığında yerləşir". Səfəvilər dövləti vaxtında təkyələrdə və zaviyələrdə məskunlaşmış dərvişlərə müəyyən torpaq sahələri bağışlanırdı. Kənd dərvişlərə məxsus ərazidə yaranmışdır.
- Dərvişlər — Şərur rayonunda Dərvişlər kəndinin şimalında xaraba kənd adı.
- Dərəbəy — İrəvan əyalətinin Sədərək nahiyəsində kənd adı. Mənbədə kəndin Dünbili tayfasının məskunlaşması nəticəsində yarandığı qeyd olunmuşdur.
- Dərəkənd — Şərur rayonunda kənd adı. Kəndin dərə yerdə yerləşdiyini bildirir.
- Dərə Nürgüt — Naxçıvan əyalətinin Dərə Kürqüm nahiyəsində kənd adı. Azərbaycan dilində dərə və Nürgüt toponimindən ibarətdir.
- Dərəşam — Babək rayonunda kənd adı. Qədim yaşayış məntəqəsi kimi XVI əsrdən məlumdur. Azərbaycan dilində dərə və şam (əsli sami) mənşəli akkadca şam "qamış", "qamışlıq" sözlərindən ibarətdir.
- Dərəşam — Şərur rayonunda Bakıdan 503 km məsafədə dəmir yol stansiyasının adı. Dərəşam kəndinin adı ilə adlanmışdır.
- Dərəşam mineral bulaqlari — Culfa rayonunda Dərəşam dəmiryolu stansiyası yaxınlığında bulaqların adı.
- Dərə Şahbuz — Orta əsrlərdə Naxçıvan əyalətinin nahiyələrindən birinin adı. Dərə-Şahbuz yaşayış məntəqəsinin adı ilə adlanmışdır. Azərbaycan dilində dərə və Şahbuz toponimindən ibarətdir.
- Dərkə mərək — Naxçıvan əyalətinin Dərə Nürgüt nahiyəsində kənd adı. İran dillərində dər – "keçid" və türk dillərində marak – "gözətçi məntəqəsi" sözlərindən ibarətdir.
- Dəstəbaşi — Ordubad rayonunda Dəstə kəndinin şimalında dağ adı. Dəstə kəndinin yaxınlığında zirvə mənasındadır.
- Dəstə mineral bulaqları — Ordubad rayonunda Dəstə kəndindən 2 km qərbdə, Arazın sol sahilində iki qrup bulaq adı Dəstə kəndinin adı ilə adlanmışdır.
- Dəhnə — Sədərək rayonunda Sədərək kəndinin cənub-qərbində dağ (hünd. 1152 m) adı. Fars dilində dəhnə – "ağız", "keçid", "başlanğıc" sözündəndir. Ümumiyyətlə, dağlar arasından gələn çayın düzənə, ovalığa çıxan yeri dəhnə adlanır.
- Dibəkli — Culfa rayonunda Köynük kəndinin şimal-şərqində dağ adı. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında bir kənd Dibəkli adlanırdı. Eh-timal ki, oradakı əhalinin hərəkəti ilə gətirilmə addır. Kor Cəlallı tayfasının Dibənli nəslinin adını əks etdiri.
- Dikdaş — Culfa rayonunda dağ adı. "Dik dayanmış qaya" mənasındadır. Dağ isə qayanın adı ilə adlanmışdır.
- Disər — XIX əsrdə İrəvan quberniyasının Naxçıvan qəzasında kənd adı. Digər forması da məlumdur. Fars dilində du – "iki" və sər – "baş", "zirvə" sözlərindən ibarət olmaqla oradakı ikizirvəli kiçik dağın adını əks etdirir.
- Diyadin — Şərur rayonunda kənd adı. Ehtimal ki, orta əsrlərdə əhalinin hərəkəti ilə əlaqədar olaraq Şərqi Türkiyənin Diadin mahalından gəlmə ailələrin özləri ilə gətirdikləri addır.
- Dib-Anzor — XIX əsrdə Naxçıvan qəzasında kənd adı. "Dağın (təpənin, qayanın) dibində (ətəyində) yerləşən Anzor kəndi" mənasındadır.
- Dibi — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində məzrə (əkin yeri) adı.
- Dibkənd — Naxçıvan əyalətinin Dərəşam nahiyəsində kənd adı.
- Dibəkli — Culfa rayonunda Köynük kəndinin şimal-şərqində dağ adı. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında bir kənd Dibəkli adlanırdı. Ehtimal ki, oradakı əhalinin hərəkəti ilə gətirilmə addır. Kor Cəlallı tayfasının Dibənli nəslinin adını əks etdirir.
- Dibabad — Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı. Qədim fars dilində dida – "qüvvətləndirilmiş şəhər", "qala divarı" və farsca abad "kənd", "yaşayış məntəqəsi" sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında Didvəng adlı kənd vardı.
- Didivar — Babək rayonunda kənd adı. XIX əsrə aid ədəbiyyatda kəndin adı Diduvar kimi yazılmışdır. XVIII əsrdə İrəvan əyalətinin Sisyan nahiyəsində də bir kənd Didvar adlanırdı. Qədim fars dilində dida – "qala" və var – "yer" sözlərindən ibarətdir.
- Dizə — Ordubad rayonunda kənd adı. Naxçıvan əyalətinin Azadciran əyalətinin nahiyəsində kənd kimi qeyd olunmuşdur. Keçmiş tam adı Düylüm Dizə olmuş, lakin sonralar danışıqda "Düylün" sözü düşmüşdür. Düylün Dizə kəndinin əsl adı isə Dizə-Mirhəsən olmuşdur. Çünki Düylün-Dizə kəndin Düylün çayının kənarında yerləşdiyini bildirir. İran dillərində dizə – "qala", "kənd", "istehkam" mə’nalarındadır. Qədim fars dilində dida, (Dəvəçi rayonunda Didəvar, Qazax rayonunda Didvandidə və ban – "gözətçi" sözlərindən) toponimlərində qalır, müasir fars dilində "qala" sözünün formasıdır. Diqqəti bu cəlb edir ki, fars dilində "dizə" sözü yoxdur. "Dizə" sözü qədim İran dillərindəki dida sözünün d-z fonetik keçidi sahəsində məhz Azərbaycan dilində tələffüz formasıdır. Naxçıvan MR-in ərazisində bir sıra kənd adlarında əksini tapmış dizə sözü əsas etibarilə "kənd", "məntəqə" mənasındadır.
- Dizə — Culfa rayonunda kənd adı. Keçmiş tam adı Cəfərxan Dizə və həm də Allahverdi Dizəsi olmuşdur. XIX əsrin əvvəllərinə aid mənbədə kəndin "Dizə Hacı Allahverdi" adlandığı qeyd olunur və onun 4 evdən ibarət olması göstərilmişdir. Fars dilində dizə – "qala", "kənd", "məntəqə" deməkdir.
- Diridağ — Ordubad rayonunda Yuxarı Əylis kəndinin şimal-qərbində dağ adı. "Məbəd olan dağ, pirdağ" mənasındadır.
- Dirnis — Ordubad rayonunda kənd. Mənbədə Ordubad qəzasının Azadciran nahiyəsində kənd kimi qeyd olunmuşdur. XIX əsrdə həm də Dernis kimi yazılmışdır. XIX əsrin əvvəllərinə aid başqa mənbədə isə kəndin adı Derniz kimidir. Xalq etimologiyasında "dər" -qapı və "nist"-yoxdur sözlərindən ibarətdir. Farsca "qapısız kənd" mənasını verir.
- Dolanan — Şərur rayonunda Gümüşlü kəndinin şimal-şərqində dağ adı.
- Dövlətabad — Naxçıvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR Şərur rayonunda) kənd adı. "Vayxır kəndinin yaxınlığında yerləşən Dövlətabad kəndi".
- Düzdağ — Şərur rayonunda Dəmirçi kəndinin şimal-şərqində dağ (hünd. 1173 m) adı.
- Düdəngə — Şərur rayonunda kənd adı. Fars dilində "iki" və Azərbaycan dilində dəngə –"nəsil", "məhəllə", bir qrup qohum adamın yaşadığı yer" sözlərindən ibarətdir. Muğan bölgəsində döngə sözü indi də işlənir. XIX əsrdə Azərbaycanda düngə həm də müəyyən ölçüdə torpaq sahəsini ifadə edirdi və bu da "düngəyə məxsus ərazi" mə’nasını verirdi. N. A. Abelov yazır ki, hər bir maldar el qohum və obalardan, hər düngə isə bir-birinə qan qohumluğu olan ailələrdən ibarətdir. Belə kiçik qohum ailələr qrupu başçılarının adları ilə adlandırılır. İran toponimiyasında düngə həm də "məhəllə", "şəhərin bir hissəsi", "şəhərin 6-da bir hissəsi" mənasındadır.
- Düyün — Ordubad rayonunda kənd adı. Mənbədə Naxçıvan əyalətinin Azadciran nahiyəsində yalnız Düylün kəndinin adı çəkilir. XIX əsrin ortalarında bu rayonun ərazisində Düylün və Düylün Dizə kəndləri vardır. Düylün adı əslində Deh Gilan (Gilan kəndi) adının təhrifidir. Dikilan isə farsca deh "kənd" sözündən və Gilan adından ibarətdir. Ordubad şəhərinin 20 km-liyində Xaraba-Gilan adlı şəhər xarabalıqları vardır. Məhz həmin Gilan toponimi Düylün kəndi və Düylünçay toponimlərinin əsasını təşkil edir.
- Düyünçay — Ordubad rayonunda Arazın sol qolunun adı. Mənbəyini Yağlıdərə dağından götürür. Uzunluğu 30 km, Döylün kəndinin adı ilə adlanmışdır.
- Dükan — Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı.
- Dolanan — Şərur rayonunda Gümüşlü kəndinin şimal-şərqində dağ adı.
- Düylünçay — Ordubad rayonunda Arazın sol qolunun adı. Mənbəyini Yağlıdərə dağından götürür. Uzunluğu 30 km, Döylün kəndinin adı ilə adlanmışdır.
- Düşqaya — Naxçıvan əyalətinin Şərur nahiyəsində yaylaq.
E
redaktə- Elti — Ordubad rayonunda Biləv kəndinin cənubunda dağ adı. Qədim türk dillərində "el" və "too", "tuu", "tu" — "dağ" sözlərindən ibarətdir.
Ə
redaktə- Əbrəqunis — Culfa rayonunda kənd adı. Mənbədə kəndin həm də Qarakilsə adlandığı qeyd olunmuşdur. Fars dilində oura (ovra) qala və ərəbcə kənisə kilsə, monastır sözlərindən ibarətdir. Həqiqətdə də monastır çiy kərpicdən qala divarları ilə əhatə olunmuşdur. Kəndin Qarakilsə adlanması isə monastırın qara rəngli bazalt daşlardan tikilməsini bildirir.
- Əkərək — XIX əsrdə İrəvan quberniyasının Naxçıvan qəzasında kənd adı. mənbəyə görə kənd Əyrək adlanırdı. Həmin mənbədə orada heç kimin yaşamadığı qeyd olunur və deyilir ki, Külüs kəndi əhalisinin əkin yerləri buradadır. XIX əsrdə Azərbaycanda və Ermənistanda çoxlu miqdarda Əkərə, Əkərək, Akara toponimləri mə’lumdur. Şumer dilinə mənsub akar (azərbaycanca əkmək, əkin sözlərini müqayisə edin) "əkilən sahə", "əkin yeri" sözündəndir.
- Ələddinçay — Şərur rayonunda Arpaçayın sol qolunun adı.
- Ələcidərə — Culfa rayonunda Culfa şəhərindən şimal-qərbdə dağ adı.
- Əlincə — Culfa rayonunda qədim qala adı. Dağın üzərində olan bir sahənin adı Şahtaxtıdır. Sıldırım qaya üzərində yerləşir. XIV əsr müəllifi Həmdullah Qəzvini qalanın Alancik formasını da qeyd etmişdir. Bu ad isə qədim türk dillərində olan – düzən, açıq yer və cik kiçildici şəkilçisindən ibarətdir. Əlincə qalasının adı Kitabi-Dədə Qorqud da Səkrəyin boyunda çəkilir.
- Əlincəçay — Culfa rayonunda Araz çayının sol qolunun (uzunluğu 26 km) adı. Mənbəyini Dəmirli dağından alır. Xəznədərə və Ləktaq su çaylarının birləşməsindən əmələ gəlir. Əlincə qalasının adındandır.
- Əlixangüneyi — Naxçıvan əyalətinin Qarabağ nahiyəsində məzrə (əkin yeri) adı.
- Ələkli — Şərur rayonunda kənd adı. Kəndin əsasını qoymuş nəslin adındandır.
- Ələhi — Ordubad rayonunda kənd. Həmin kənddəki mineral bulaq da Ələhi adlanır. Yardımlı rayonunda bir mineral bulaq da Ələhi adlanır.
- Ələhli — Şərur rayonunda kənd.
- Əlibəy Dizəsi — Naxçıvan əyalətində məzrə adı.1 Əlibəy adlı birisinə məxsus kənd mə’nasındadır.
- Ərəbyengicə — Şərur rayonunda kənd adı. Yenicə (təzəcə) yaranmış ərəb kəndi mənasındadır. Keçmişdə kəndin bir qrup ailəsi ayrılaraq həmin kəndə məxsus icma torpağında yeni məntəqə əmələ gətirir və vergini ana kəndlə birlikdə verirdisə, bu, yenicə adlanırdı.
- Ərəbuşağı köçəri yalı qışlağı — Naxçıvan əyalətinin Qarabağ nahiyəsində qışlaq adı.
- Ərəfsə mineral bulağı — Culfa rayonunda Əlincəçayın sağ sahilində bulaq adı. Ərəfsə kəndinin adı ilə adlanmışdır.
- Ərəfsəçay — Culfa rayonunda çay adı. Ərəfsə kəndinin adı ilə adlanmışdır.
- Ərəzin — Culfa rayonunda kənd adı. Ərəzin türk dillərinäə əryə – çay kənarı və sin – dağ beli sözlərindən ibarətdir.
- Ərəfsə — Culfa rayonunda kənd adı. Bə’zi tədqiqatçılara görə Kiçik Asiyada Het dövlətinin çarı II Murşilin (e.ə. XIV əsr) qayaüstü yazısında Ərzrumun şimal-şərqində Aripsa adlı qalanın adı çəkilir. Ehtimal ki, əhalinin hərəkəti ilə Kiçik Asiyadan gətirilmə addır.
- Ərəmus — Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı. Mənbədə kənddə 56 ailənin yaşadığı qeyd olunur.
- Əsgin — Şərur rayonunun Mahmudlu kəndinin şərqində xaraba kənd adı. 1919-cu ildə İrəvan quberniyasının İrəvan qəzasındakı Əski kəndin qovulmuş azərbaycanlıların məskunlaşması nəticəsində yaranmışdır.
- Əsni — İrəvan əyalətinin Sədərək nahiyəsində (indi Naxçıvan MR ərazisində) kənd adı.
- Əyrək — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd. Əkərək adının təhrif formasıdır.
- Əyridağ — Şahbuz rayonunda Kömür kəndinin şərqində təbii mərz.
- Əyriqar — Şahbuz rayonunda Biçənək kəndinin şimal-şərqində dağ və ayrıq (mərz) adı. Azərbaycan dilində əyri və qar sözlərindən ibarətdir.
- Əylis — Naxçıvan əyaləti Ordubad qəzasının Azadciran nahiyəsində kənd adı. "Digər adı Səhrayı Əylis".
- Əylisçay — Ordubad rayonunda Arazın sol qolunun adı. Uzunluğu 24 km.
- Əzizbəyov — Şahbuz rayonunda kənd adı. Məşədi Əzizbəyovun adını daşıyır.
- Əznəbirit — Babək rayonunda kənd adı. Yaxınlıqdakı Əznəbirt qala xarabalığının adındandır. Bu kənddə çox qədimdən azərbaycanlılar yaşamış, sonradan buraya ermənilər köçürülmüşdür. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılmış, onlar da kənddən 6 km cənubda Əznəbird-Təzəkənd kəndini inşa etmişlər. İndi bu kənd Çalxanqala adlanır.
- Əznəbirt — Babək rayonunda Əznəbirt kəndinin yaxınlığında qala xarabalığı adı. Mənbədə Naxçıvan əyalətinin Qarabağ nahiyəsində İznəbird kimidir. Erməni tarixçisi N. Adons orta əsr erməni mənbələrində qeyd olunmuş Aznaberd toponimindən bəhs etdikdə toponimin "berd" komponenti əsasında "Azn qalası" mənasında olduğunu yazmışdı. Toponim türk dillərində "azna" — "keçid", "ensiz yer" və Azərbaycan dilində qədimdə mövcud olmuş "qala" sözlərindən ibarətdir.
- Əznəmiri — Naxçıvan əyalətinin Dara Nürgüt nahiyəsində kənd adı.
F
redaktə- Fazil qışlağı — Naxçıvan əyalətinin Qarabağ nahiyəsində məzrə (əkin yeri) adı. Fazil qışlağı adlı yerdə əkin yeri mənasındadır.
- Fərhad — Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı. Əsli Fərhad arxı məzrəsidir, Qalacıq kəndinin yaxınlığında yerləşir.
- Füruzabad — Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində kənd adı. "Firuz" şəxs (mülkədar) adından və "abad" – "kənd, məntəqə" sözündən ibarətdir.
G
redaktə- Gecəzor — 1728-ci ildə Naxçıvan əyalətinin Dərə Şahbuz nahiyəsində kənd adı. XIX əsrin sonlarına aid mənbələrdə Gicəzur kimidir.
- Gədik — Culfa rayonunda Zəngəzur silsiləsində aşırım adı.
- Gədikdağ — Culfa rayonunda Zəngəzur silsiləsində dağ adı.
- Gəmiqaya — Ordubad rayonunda Tivi və Nəsirvaz kəndlərinin şimal-şərqində qaya adı. Digər adı Qapıcıq (hünd. 3906 m). Qapıcıq dağının adı nə vaxtsa xalq arasında dolaşan Nuhun gəmisi haqqındakı əfsanə ilə əlaqədar Gəmiqaya adlanmışdır.
- Gəmiqaya — Şahbuz rayonunda Kömür kəndinin şərqində dağ adı (hünd. 2970 m).
- Gənzə — Ordubad rayonunun şimal-şərqində kənd.
- Gənzəçay — Ordubad rayonu ərazisində axan çay.
- Gəray — İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR- Şərur rayonunda) kənd adı. "Quşçu kəndinin yaxınlığında yerləşir".
- Gilançay — Ordubad rayonunda Qoşadizə kəndinin qərbindən axan çay (uz. 53 km) adı. Mənbəyini Qapıçıq (Gəmiqaya) dağındakı Göy-göldən alan Sakkarñu, Nəsirvaz və Parağaçay çaylarının birləşməsindən əmələ gəlir. Xaraba Gilan şəhər xarabalığının adını əks etdirir.
- Gilançay — Ordubad rayonunda kənd adı. Kənd Gilançayın adı ilə adlanmışdır.
- Gindivaz — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı. Fars dilində kund –təpə və qədim türk-monqol dillərində bays, vayz, vaz – sıldırım sözlərindən ibarətdir.
- Girdəni — Ordubad rayonunda kənd adı. Mənası məlum deyil.
- Girdənçay — Ordubad rayonunda Vənəndçayın sağ qolunun adı. Həmin rayondakı Pəzməri kəndinin qərbindən axır.
- Girdəsər — Şahbuz rayonunda suayrıcısının adı.
- Goran qalasi dağı — Şərur rayonunda Dizə kəndindən dağ (hünd. 1132 m) adı.
- Goran qalası — Şərur rayonunda Mahmudkənd kəndinin şimal-şərqində dağ adı. Türk dillərində kuran, xuren "maldar elin düşərgə yeri, alaçıqlar qurulan yer" dayanacaq sözündəndir. Rəşèdəddin yazır ki, bir kuran 1000 alaçıqdan ibarət olurdu. Qeyd etmək lazımdır ki, Azərbaycanda "Goran" adlı çoxlu yer adları vardır. Məsələn, dağlıq Şirvanda Goran yurdu, Goran yolu, Goran qışlağı və s. Müəllif bu adları Kolanı tayfasının Goran qolunun adı ilə bağlamışdır. Deməli, "Goran qalası" toponimi həm də Qarabağın böyük tayfalarından biri olmuş Kolanı tayfasının adı ilə əlaqədar ola bilər.
- Govurqala — Şərur rayonunda Axura kəndinin şimal-şərqində, Axuraçayla Avuşçayın birləşdiyi yerdə qədim qala adı.
- Göydağ — Culfa rayonunda Boyəhməd kəndinin cənubunda dağ adı.
- Göynük — Culfa rayonunda kənd adı. mənbədə Naxçıvan əyalətinin Sair Məvazi nahiyəsində kənd kimi qeyd olunur. Azərbaycan dilində göy (yaşıl, otlaq yer mənasındadır) və türk dillərində nük – "çay yatağı" sözlərindəndir.
- Göy-göl — Ordubad rayonunda Zəngəzur silsiləsinin cənub yamacında 3065 m yüksəklikdə şirin sulu, axarlı gölün adı. Gilan çayın sol qolu Sakkarsu çayının mənbəyidir.
- Göynük — Naxçıvan əyalətinin Sair-Məvazi nahiyəsində kənd adı.
- Göynük — Şahbuz rayonunda Keçili kəndinin şimal-şərqində təbii mərz adı.
- Göyçü — İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR-in Şərur rayonunda) kənd adı.
- Güney — Şahbuz rayonunda Nurs kəndinin şimalında dağ adı.
- Güleymar — Culfa rayonunda mineral bulaq adı.
- Gülüm-gülüm — Ordubad rayonunda Nəsirvaz kəndinin cənubunda dağ adı.
- Gülşənabad — Babək rayonunda kənd adı.
- Gümbəz — Naxçıvan şəhərinin məhəllələrindən birinin adı. "Digər adı Nuri-Kamanlar".
- Gümüşlü — Şərur rayonunda qəsəbə adı.
- Gümurçay — Şahdağ rayonunda çay adı, həmin rayondakı Kömür kəndinin adındandır. Bax: Kömür.
- Güneybağ — Ordubad rayonunun Tivi kəndinin şərqindən axan çayın adı.
- Günnüt — Şərur rayonunda kənd adı. Qədim türk mənşəli Hun (xun) etnonimindən və qədim türk dillərində cəm bildirən cəm şəkilçisindən ibarətdir. Yaxınlıqdakı Xunut dağının adı ilə mənşəcə eynidir. Bax: Xunut dağı. Bu toponim "günəşli" yer, güney mənasını da verir.
- Gühnar — Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı.
- Gürdətal — Ordubad şəhərinin məhəllələrindən birinin adı. Digər adı Meydan.
- Gəmiqaya — Ordubad rayonunda Tivi və Nəsirvaz kəndlərinin şimal-şərqində qaya adı. Digər adı Qapıcıq (hünd. 3906 m). Qapıcıq dağının adı nə vaxtsa xalq arasında dolaşan Nuhun gəmisi haqqındakı əfsanə ilə əlaqədar Gəmiqaya adlanmışdır.
- Gəmiqaya — Şahbuz rayonunda Kömür kəndinin şərqində dağ adı (hünd. 2970 m).
- Gilançay — Ordubad rayonunda Qoşadizə kəndinin qərbindən axan çay (uz. 53 km) adı. Mənbəyini Qapıçıq (Gəmiqaya) dağındakı Göy-göldən alan Sakkarnu, Nəsirvaz və Parağaçay çaylarının birləşməsindən əmələ gəlir. Xaraba Gilan şəhər xarabalığının adını əks etdirir.
- Göy-göl — Ordubad rayonunda Zəngəzur silsiləsinin cənub yamacında 3065 m yüksəklikdə şirin sulu, axarlı gölün adı.[15] Gilan çayın sol qolu Sakkarsu çayının mənbəyidir.
H
redaktə- Hacı İslam — İrəvan əyalətinin Şərur nahiyəsində kənd adı. Əhalisi Dünbilü əşirətindəndir.
- Hacı Qayib — Şərur rayonunda Axurçayın sol sahilində mağara və pir adı. Əsli: Hacı Qaib piridir.
- Hacı Laləli — Naxçıvan əyalətinin Şərur nahiyəsində kənd adı.
- Hacı Məhəmməd — Naxçıvan əyalətinin yaylaqlarından birinin adı.
- Hacati — Naxçıvan əyalətinin Dərə-Nürgüt nahiyəsində kənd adı. Mənası məlum deyil.
- Hacıbəy — 1590-cı ildə Naxçıvan şəhərinin məhəllələrindən birinin adı. Ehtimal ki, Hacıbəy məhəllənin aliminin, ağsaqqalının, ya da nəsil başçısının adıdır.
- Hacıvar — Babək rayonunda kənd adı. "Hacı" şəxs adından və "var" — "maldar elin qışlaqda yeri" sözündən ibarətdir. Digər adı Hacıabaddır.
- Hatəmxan — İrəvan əyalətinin Sədərək nahiyəsində (indi Naxçıvan MR ərazisində) kənd adı. Mənbədə kəndin Dünbili tayfasının məskunlaşması nəticəsində yarandığı qeyd olunmuşdur.
- Hədəl — Naxçıvan əyalətinin Sədərək nahiyəsində kənd adı.
- Həmzəli — Şərur rayonunda kənd adı. Kəndin əsasını qoymuş nəslin adıdır.
- Hərəmi — Ordubad rayonunda Biləv kəndinin şimal-qərbində aşırım adı.
- Horni — Naxçıvan əyalətinin Sair-Məvazi nahiyəsində kənd adı.
- Hurceşin — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd adı.
- Huremeşin — Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində kənd adı.
X
redaktə- Xalxal — Babək rayonunda kənd adı. Cənubi Azərbaycan ərazisində qeyd olunmuşdur. Şimali Azərbaycan ərazisində Xalxal və Xalxalqışlaq kəndləri vardır. Bəzi tədqiqatçılara görə bu toponim Azərbaycan dilinin dialektlərindən olub çəpərlənmiş (hasarlanmış) yer, ağıl, qoyun yatağı mənasındadır.
- Xamlıdağ — Ordubad rayonunda Zəngəzur silsiləsinin zirvələrindən birinin (hünd. 2690 m) adı. Mənası məlum deyil.
- Xanabad — İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR-in Şərur rayonunda) qışlaq adı. Ehtimal ki, Naxçıvan xanlarına mənsub kəndlərdən olmuşdur. Xana mənsub abad (kənd) mə’nasındadır.
- Xanağa — Culfa rayonunda kənd adı. Fars mənşəli xanəgah dərvişlər üçün məbəd, Sufilərin yaşadıqları yer sözünün təhrif formasıdır. Bu xanəgahda hürufilik cərəyanının başçısı, İmadəddin Nəsiminin müəllimi Fəzlullah Şeyx Xorasani adı ilə dəfn olunmuşdur.
- Xanağa — Culfa rayonunda Xanağa kəndinin şərqində dağ (hünd. 1910 m) adı. Xanağa kəndinin adındandır. Bax:Xanağa k.
- Xanbulaq — Şərur rayonunda Avuş kəndinin cənubunda bulaq adı.
- Xanəgah — Naxçıvan əyaləti, Ordubad qəzasının Azadciran nahiyəsində kənd adı.7
- Xanlıqlar — Şərur rayonunda kənd adı. Naxçıvan xanlarına məxsus kəndlərdəndir. Xana məxsus, xanlıq kənd mənasındadır.
- Xançeşmə — Ordubad rayonunda Urmis kəndinin şimal-qərbində bulaq adı.
- Xaraba Gilan — Ordubad rayonunda Gilançayın sol sahilində xaraba şəhər adı. Bir fikrə görə, XIII əsrdə monqollar tərəfindən dağıdılmış və bir daha dirçəlməmişdir.
- Xarku — Babək rayonunda Sirab kəndinin şimal-şərqində çayın adı. Mənası məlum deyil.
- Xatunkəhriz — 1728-ci ildə İrəvan əyalətinin Sədərək nahiyəsində kənd adı. Mənbədə kəndin Dünbili tayfasının məskunlaşması nəticəsində yarandığı qeyd olunur.
- Xaçaparaq — Culfa rayonunda Bənənyar kəndinin şimalında xaraba kənd adı. Xaç daşı olan paraq (gecələr mal-qara salınan yer) mə’nasındadır.
- Xəzərdərəqlux — Culfa rayonunda, Cuğa kəndinin şimal-şərqində dağ adı. Azərbaycan ərazisində Xəzər etnonimini əks etdirən adlardır. Xəzər etnonimindən, Azərbaycan dilində dərə və zirvə sözlərindən ibarətdir.
- Xəzəryurd — Ordubad rayonunda Nəsirvaz kəndinin cənub-şərqində dağ (hünd. 3168 m) adı. Erkən orta əsrlərdə Azərbaycan ərazisində məskunlaşmış xəzərlərin adını əks etdirr. Oronimlərdəki "yurd" sözü göstərir ki, dağ xəzərlərin yaylaq yeri olmuşdur.
- Xələc — Şərur rayonunda kənd adı. Azərbaycanın müxtəlif rayonlarında bu adda beş kənd vardır. Səlcuq oğuzlarının Xələc tayfasının adını əks etdirir. Mahmud Qaşqariyə görə oğuzlar əvvəlcə 24 tayfa idilər. Sonra onlardan ikisi birləşərək Xələc tayfasını yaratmışdır. Ərəb müəlliflərinə görə Amu-Dəryanın cənubundakı əyalətlərdə yaşamış türk tayfalarından biri xələclər olmuşlar. Şübhəsiz ki, XI–XII əsrlərdə Səlcuq oğuzlarının tərkibində Azərbaycan ərazisinə gəlmişlər. M. H. Vəliyev xələclərin Azərbaycana gəlişini 826–836-cı illərə aid edir7.
- Xələc — Şərur rayonunda Alışar kəndinin şərqində dağ adı. Xələcdaşı da adlanır. Səlcuq oğuzlarının Xələc tayfasının adını əks etdirir.
- Xəlfəli — Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı.[1] Şahsevənlərin 400 alaçıqdan ibarət Sərxanlı tayfasının Xəlfəli tirəsinin adını əks etdirir.
- Xəlilli — Babək rayonunda kənd adı. Kəndin əsasını qoymuş tayfanın adıdır.
- Xəlili — Naxçıvan əyalətinin Azadciran nahiyəsində kənd adı.
- Xəlilxarabası — Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində məzrə adı.
- Xəlifə — Naxçıvan əyalətinin Qışlağat nahiyəsində kənd adı.
- Xəlifkənd — İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR-nı Şərur rayonunda) kənd adı.
- Xəlifədüzən — Naxçıvan əyalətinin Naxçıvan nahiyəsində (sancağında) kənd adı. Hacıabad kəndin yaxınlığında yerləşir (yenə orada).
- Xəlicə — İrəvan əyalətinin Karbi nahiyəsində (indi Naxçıvan MR-in Şərur rayonunda) kənd adı.
- Xincab — Babək rayonunda kənd adı. mənbədə Naxçıvan əyalətinin Qarabağ nahiyəsində Xincab adı kimi qeyd olunur.
- Xızır — Naxçıvan əyalətinin Əlincə nahiyəsində məzrə adı.
- Xızırxana — Naxçıvan əyalətinin Mülki-Arslan nahiyəsində məzrə adı.
- Xinzirək — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd adı.
- Xok — Babək rayonunda kənd adı. mənbədə Naxçıvan əyalətinin Qarabağ nahiyəsində kənd adı. Əhmədağa dizəsi adı ilə tanınır (yenə orada). Digər Xok adlı kənd İrəvan əyalətinin Maku nahiyəsində vardı. İ. Şopenin bu kəndin adını fars dilində xuk – donuz sözü ilə izah etməsi. inandırıcı deyil.
- Xok — Babək rayonunda Böyükdüz kəndinin şərqində dağ (1060 m).
- Xorni — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd adı.
- Xorxat — Ordubad r-nda Kilit kəndindən şimalda dağ adı.
- Xoşkeşin — Culfa rayonunda kənd adı. mənbədə kəndin həm də Firəng Göy adlandığı qeyd olunur.3
- Xoşkeşin çayı — Culfa rayonunda Əlincəçayın sol qolunun (uz.16 km) adı.
- Xoşkeşin — Culfa rayonunda dağ suayrıcının adı.
- Xocamverdi — Naxçıvan əyalətinin Qışlağat nahiyəsində məzrə adı. "Nehrəm kəndinin tərəfindədir" (yenə orada).
- Xoşluqışlağı — Naxçıvan əyalətinin Qarabağ nahiyəsində kənd adı.
- Xoşludağ — Ordubad rayonunda dağ adı. Qədim türk dillərində xoş kəcəbə yeri, maldar elin yaylaq yerində düşərgə yeri sözündəndir.
- Xoşluyer — Naxçıvan əyalətinin Qarabağ nahiyəsində qışlağ adı.8 Bu toponim Xoşlu yer, xoşa gələn yer, gözəl yer mənasındadır.
- Xunut — Şərur rayonunda Künnüt kəndinin şimalında dağ adı. Eramızın əvvəllərində şimaldan gəlib məskunlaşmış hun etnonimi ilə bağlıdır. Qədim hun etnoniminin əsl forması məhz Xun olmuşdur. Erkən orta əsrlərdə Albaniyada, indiki Tovuz rayonunun ərazisində, Kürün sol sahilində Xunan qalasının adı (V əsrdən mə’lumdur), Gürcüstanda keçən əsrdə əhalisi azərbaycanlılardan ibarət Xunevi, Xundisubani, Gədəbəy rayonunda Xunus (Novo Spaskoe) adları ilə mənşəcə eynidir. Dağın adı Xun etnonimindən və qədim türk dillərində cəm bildirən — ut şəkilçisindən ibarətdir. Həmin dağın adı təhrif olunmuş şəkildə Künnüt kəndinin adında əksini tapmışdır. Bax: Künnüt.
- Xurs — Ordubad rayonunda kənd adı. Qədim türk mənşəli Qorus tayfasının adını əks etdirir. Ermənistanda Sisyan rayonunda Gorus və Qarabağda Xoruzlu toponimləri ilə mənşəcə eynidir.
- Xuzmərək — 1590-cı ildə Naxçıvan şəhərinin məhəllələrindən birinin adı/ Qədim türk dillərində küz – dağın gündüşən tərəfi, payız otlağı, qoyunların payızda otarıldığı yer və mərək – nəzarət məntəqəsi sözlərindən ibarətdir.
İ
redaktə- İbadulla — Şərur rayonunda kənd adı. Kəndin əsasını qoymuş şəxsin adındandır.
- İqan-kit — Ordubad rayonunda Üstüpi kəndinin cənubundan axan çay adı.
- İmamqulu qışlağı — Naxçıvan əyalətinin Şərur nahiyəsində qışlaq adı. İmamqulu şəxs adındandır.
- İmamquluçay — Şahbuz rayonunda Keçili kəndinin cənubundan axan çay adı.
K
redaktə- Kəsəndağ — Culfa rayonunda Culfa şəhərindən şimalda dağ (1099 m) adı. Türk dillərində kezen – "aşırım", "dağ keçidi"[16] sözündən ibarətdir.
- Kilit — Ordubad rayonunda kənd adı. Qədim İran dillərində kelaş – "dağ başında qala"[17] sözündəndir.
Q
redaktə- Qabaqlısu — Culfa rayonunda çay adı. Qabaqyal dağının adı ilə adlanmışdır.
- Qabaqtəpə — Şahbuz rayonunda, Aşağı Rəməşin kəndinin cənub-şərqində dağ adı. Mövqeyinə görə belə adlanır.
- Qala — Ordubad rayonunda Biləv kəndinin qərbində dağ adı. Dağ oradakı adı naməlum qədim qalanın adı ilə adlanmışdır.
- Qalacıq — Ordubad rayonunun Nəsirvaz kəndinin şərqində dağ adı. Dağ oradakı qədim qala xarabalığının adı ilə adlanmışdır.
- Qandaq — Şərur rayonunda dağ adı. Ehtimal ki, Səlcuq oğuzlarının Qandal (xandal) tayfasının adını əks etdirir.
- Qanlıgöl — Şahbuz rayonunda Zırnel kəndinin şimalında, Keçəldağın yamacında göl adı. Göl orada nə vaxtsa bədbəxt hadisənin baş verməsi (qan tökülməsi) ilə əlaqədar adlanmışdır.
- Qanlıquzey — Babək rayonunda Sirab kəndinin şərqində dağ adı. Dağ oradakı quzey (şimal) yamac adı ilə adlanmışdır. Oronimiyası "qanlı" sözü yerində bədbəxt hadisənin baş verməsini bildirir.
- Qapı daşqara — Şahbuz rayonunda dağ belinin adı. Dağın adı türk dillərində qapı – "keçid" və "daşqara" ("qara rəngli qaya" mənasında) sözlərindən ibarətdir.
- Qarabağlıçay — Şərur rayonunda Axura kəndinin cənubundan axan çay adı. Kəngərlərin Qarabağ tayfasına mənsub ailələrin adı ilə bağlıdır.
- Qaraçala — Babək rayonunda Nəzərabad kəndinin cənub-şərqində dağ adı. Oronim yeraltı suların (qara suların) mövcud olduğu çala (çökək yer) mənasındadır.
- Qaraçatal — Babək rayonunda Sirab kəndinin şərqində təbii mərz adı.
- Qarakəmər — Ordubad rayonunda Gilançay qəsəbəsinin şimalında dağ adı.
- Qaramabulaq — Şahbuz rayonunda Keçili kəndinin şimal-şərqində təbii mərz adı.
- Qaraulgədik — Ordubad rayonunda Üstüpi kəndinin cənubunda dağ adı.
- Qaraulxana — Şərur rayonunda Yuxarı Yaycı kəndinin şimal-şərqində dağ adı.
- Qaraulxana — Ordubad rayonunda Biləv kəndinin qərbində dağ adı.
- Qaraultəpə — Babək rayonunda Əliabad kəndinin şimal-qərbində (Duzdağ tirəsində) dağ adı.
- Qaraultəpə — Şərur rayonunda Tənənəm kəndinin cənub-şərqində dağ adı. Dağın adı "Gözətçi təpəsi" mənasındadır.
- Qarayoxuş — Culfa rayonunda Culfa şəhərinin şimalında dağ suayrıcının adı. Ordubad rayonunda dağ boyunca uzanan bir yol da Qarayoxuş adlanır. Bu oronim "hündür, dik yoxuş" mənasındadır.[18]
- Qavaxlıdağ — Culfa rayonunda dağ adı. Ehtimal ki, dağ orada qovaq ağacının bolluğu ilə əlaqədar adlanmışdır.
- Qavaxsu — Culfa rayonunda çay adı. Qavaxlı dağının adı ilə adlanmışdır.
- Qazançı — Culfa rayonunda Əlincə çayının "Daşarası" adlı dar dərəsində bir neçə bulaq adı. Qazançı kəndinin adı ilə adlanmışdır.
- Qazangöldağ — Ordubad rayonunda Nəsirvaz kəndinin şimal-şərqində dağ adı. Zəngəzur silsiləsinin suayrıcındadır (3814 m). Dağ Qazan xanın adı ilə adlanmışdır.
- Qazanyayla — Babək rayonunda Yuxarı Buzqov kəndinin şimal-şərqində yayla adı. Yayla Qazan xanın ("Kitabi-Dədə Qorqud") adı ilə adlanmışdır. Bulağın adındakı "qazan" (çökək) sözü bulağın qazan (qab) formalı olduğunu da bildirə bilər.
- Qız qalası — Şərur rayonunda Aşağı Yaycı kəndinin cənub-qərbində Uzunqaya dağ silsiləsinin Arpaçaya endiyi yerdə qala adı.
- Qız qalası — Şərur rayonunda Avuş kəndinin şərq tərəfində qala adı. Xalq arasında "Qız evi" də adlanır. Orta əsrlərə aid qaladır.
- Qızgəlin çuxuru — Ordubad rayonunda Qapıcıq (Gəmiqaya) dağının yamacında alp çəmənliyinin adı.
- Qızılboğaz — Babək rayonunda dağ adı. Naxçıvan çayı dərəsinin Vayxır dəryaçası tikildiyi ən dar (təngi) yeri. Səpinti şəklində qızıl yatağının olması fikri vardır.
L
redaktə- Ləkətağ — Culfa rayonunda mineral bulaq adı. Ləkətağ kəndinin adındandır.
- Ləkətay — Culfa rayonunda Bəyəhməd kəndinin şərqində dağ adı.
- Lizbird — Babək rayonunda kənd adı. Mənbədə Naxçıvan əyalətinin Mülki Aslan nahiyəsində Lizbird kəndi qeyd olunmuşdur.
M
redaktə- Mağargədik — Şərur rayonunun Künnüt kəndinin şərqində dağ adı.
- Meqrə dərəsi — Şərur rayonunda Yuxarı Yaycı kəndinin şimal-şərqində dərə adı. Türk dillərində miqir, mükir, muxor, "yarğan, uçurum",[19] ya da mukir — "kiçik az sulu çay" sözlərindən biri ilə əlaqədardır.
- Məzrəsu yal — Şahbuz rayonunun Nurs kəndinin şimalında dağ suayrıcının adı. Əkin yerinə su gətirilən dağ yalı mənasındadır.
O
redaktə- Oğlangöz — Ordubad rayonunda Qoşadizə kəndindən qərbdə dağ (hünd. 1144 m) adı.
- Oyuqlu — Ordubad rayonunda Düylün kəndinin şimal qərbində dağ adı
S
redaktə- Salvartı gölü — Şahbuz rayonunda Salvartı dağının yamacında 2840 m hündürlüyündə şirin sulu göl adı. Salvartı dağının adı ilə adlanmışdır.
- Saraclıdağ — Sədərək rayon mərkəzinin cənubunda dağ adı.
- Sarıdağ — Şahbuz rayonunda Mahmudabad kəndinin cənub-şərqində dağ (1982 m) adı.
- Sarıdağ — Culfa rayonunda Əbrəqunis kəndinin cənub-qərbində dağ adı.
- Sarıdərə — Ordubad rayonunda dağ (3754 m) adı.
- Sarıqaya — Ordubad rayonunda Tivi kəndinin şimal-şərqində dağ adı. Rəng bildirən sarı (süxurun rəng çalarlığını bildirir) və qaya sözlərindən ibarətdir.
- Sarının dibi — Culfa rayonunda çay adı.
- Sarmik — Şahbuz rayonunda Keçili kəndinin şimal-şərqində dağ adı.
- Sələsüz — Şahbuz rayonunda Naxçıvan çayın sol qolunun adı (óz. 19 km). Pirçay da adlanır.
- Səngər — Şahbuz rayonunda Nürs kəndinin şimal-şərqində dağ adı. Qədim türk dillərində sinqir, senqer – "dağ burnu" sözündəndir.
- Səpərdərə — Ordubad rayonunda Urmis kəndindən şimal-şərqdə Zəngəzur dağ silsiləsində dağ (3827 m) adı.
U
redaktə- Ucagüney — Ordubad rayonunda Biləv kəndinin şimalında dağ adı.
- Ucubiz — Sədərək rayonunda dağ adı. Azərbaycan dilində uc ("zirv', "baş" mənasında) və qədim türk mənşəli bayz "sıldırım" sözünün danışıqda təhrifi olan "biz" sözlərindəndir. Ucubiz – zirvəsi sivri və ya zirvəsi biz mənasındadır.
- Uçurdağ — Ordubad rayonunda Ordubad şəhərindən şimalda dağ (hünd. 2572 m) adı.
Ü
redaktə- Üçqardaş — Şahbuz rayonunda Keçili kəndinin şimal-şərqində dağ adı.
V
redaktə- Vəlidağ — Şərur rayonunda Sədərək kəndinin cənubunda dağ (hünd. 1243 m) adı. "Vəli" şəxs adından və "dağ" sözündən ibarətdir. Yardımlı rayonunda Vəlidağ (Alaşar-Burovar) silsiləsinin qərb yamacında zirvə adı (oronimi) ilə eynidir.
- Vəlidağ — Şərur rayonunda Sədərək kəndinin cənubunda xarabalıq. Kənd dağın adı ilə adlanmışdır.
Y
redaktə- Yağlıdərə — Ordubad rayonunda Urmis kəndinin şərqində dağ adı. Dağ oradakı "Yağlıdərə" dərəsinin adı ilə adlanmışdır. Ad həmin dərədə mal-qara otarıldıqda südünün yağlılıq dərəcəsinin artması ilə əlaqədar yaranmışdır. İsmayıllı rayonunda Köhnə Dahar kəndində Yağlıbulaq hidronimindəki "yağ" sözü ilə mənaca eynidir
Z
redaktə- Zalaqtı — Şərur rayonunun Aşağı Daşarx kəndinin cənub şərqində təbii mərz adı.
- Zərdədərə — Şərur rayonunda Danzik kəndinin şimalında dərə adı. Fars dilində zərd – "sarı" və azərbaycanca "dərə" sözlərindəndir.
- Zərnətün — Babək rayonunda kənd adı. Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd kimi qeyd olunur. Farsca zərnə – "əkin yeri" və türkcə tün – "təpə" sözlərindən ibarətdir.[1]
- Zərnil — Şahbuz rayonunda kənd adı. "Qızıl çay" mənasını verir.
- Zərnətünçay — Şahbuz rayonunda Naxçıvançayın sol qolunun adı. Zərnətün kəndinin adı ilə adlanmışdır.
- Zəvalıq — Naxçıvan əyalətinin Əlincə nahiyəsində kənd adı. Zeyvəlik adından təhrif. Həm də kəndin Zəvələ adlandığı qeyd olunur.
- Zimmi keçidi — Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsində kənd adı. Orta əsrlərdə müsəlmanlar içərisində yaşayan və himayə edilən xristian ailələri ərəbcə Zimmi adlanırdı.
- Ziyarəttəpə — Şərur rayonunda Mahmudkəndli cənubunda dağ adı. Keçmişdə əhali tərəfindən müqəddəs yer kimi ziyarət edilmiş təpə mənasındadır. Təpədə pir vardı.
- Zoğalasu — Culfa rayonunda çay adı. Suyun qırmızı rəngdə olması ilə əlaqədar verilmişdir.
- Zülfüqarbulaq — Şərur rayonunda Tənənəm kəndinin cənub-qərbində bulaq adı. Zülfüqar şəxs adındandır.
- Zülfüqarqışlaq — Naxçıvan əyalətində qışlaq adı. Əhalisi Bayat əşirətindəndir. Zülfüqar şəxs (mülkədar) adındandır.
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 B. Ə. Budaqov, Q. Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta Pres, 2004, səh. 6–32.
- ↑ Strabon, XI, 14.5
- ↑ Бах: Книга деянии Ардашира, сына Папакана. М., 1987, с. 20.
- ↑ Юсифов Þ.Б. Ранные контакты Метопотаии с северо-восточними странами. (Приурмийскау зона). "Вестник древней истории". 1987, № 1, yenə onun : К значении древних топонимов в изучении этнической истории Азербайджана. "Извести АН Азерб. ССР. Сериу литературы, языка и искусства". 1987, № 2; Qeybullayev Q. Ə Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı, 1994; Azərbaycanlıların etnik tarixinə dair. Bakı, 1994
- ↑ Юсифов Ю. Б. Топонимика и этническаÿ история древнего Азейрбайджана. "Azərbaycan onomastikası problemlərinə dair konfransın materialları". Bakı, 1987, s. 108–111.
- ↑ Гейбуллаев Г.А. К происхождении некоторых гидронимов Азербайджана. Известиу АН Азербайджанской ССР, сериу истории, философии и право, 1983, № 2.
- ↑ 2 Плетнева С.А.Хазары. М. 1976, с. 16.
- ↑ Истрии Армении Моисей Хоренского, М., 1893, с. 113.
- ↑ Буниятов З.М. Азербайджан в VII–IXвв. Баку, 1965, с.107–116.
- ↑ Пагирaв Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказского края. Тифлис, 1913, с. 1.
- ↑ Миллер Б.В. Персидско-русский словарь. М. 1960, с. 1.
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи, СПб., 1852, с. 375.
- ↑ B. Budaqov, Q. Qrubullayev Naxçivam diyarının yer yaddaşı Bakı,"Nafta-Press",2004,34–117
- ↑ İrəvan əyalətinin icmal dəftəri, s.145
- ↑ Azərbaycan SSR izahlı coğrafi adlar lüğəti
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов. с. 268.
- ↑ Миллер Б.В. Персидско-русский словарь. с.40.
- ↑ Babayev A. M. Naxçıvan MR-nın toponimiyasında qara komponenti. Azərbaycan onomostikası problemləri. II cild. Bakı: 1987, s.138
- ↑ Абдуррахманов А. Географические названия Казахстана. Алма-Ата, 1959, с. 127.