Naxcivan Muxtar Respublikasi Yazicilar Birliyi - Wikipedia
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şair, yazıçı və dramaturqların yaradıcı təşkilatı
Tarixi
redaktəXX əsrin 20-ci illərində Naxçıvanda "Qızıl qələmlər" cəmiyyətinin Naxçıvan şöbəsi fəaliyyət göstərmişdir.[1].[2]
1928-ci ildə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin filialı kimi yaradılmışdır. 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan Şöbəsinə çevrilmişdir.
1958-ci ildə Naxçıvanda Azərbaycan Yazıçılar Birliyinin səyyar plenumu keçirilmiş, həmin plenumun məqsədi Naxçıvan ədəbi mühitinin canlandırılması olmuşdur. O zaman bir sıra şair və yazıçılar (Hüseyn Razi, Əliyar Yusifli, Əhməd Mahmud, Kəmalə Ağayeva) yenidən Azərbaycan Yazıçılar Birliyinə (həmin dövrdə SSRİ Yazıçılar Birliyi adlanırdı) qəbul olunmuşdur. Beləliklə, Naxçıvanda ədəbi mühitin formalaşması üçün bir növü zəmin yaradılmışdır.[3]
XX əsrin 70–80-ci illərində Naxçıvanda SSRİ Yazıçılar Birliyinin əvvəlcə 13, sonra isə 19 üzvü vardı. Azərbaycan yazıçılarının X qurultayında (1997) Naxçıvan Yazıçılar Birliyi statusu almışdır. Azərbaycan Yazıçılar Birliyinin tərkibindədir. Azərbaycan müstəqillik qazandıqdan sonra, 1998-ci ildə Naxçıvan Yazıçılar Birliyi müstəqil bir təşkilata çevrilmişdir.
2012-ci il oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmiş, konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir. Konfransda Birliyin sıralarına yeni gənclər qəbul edilmiş və onlara üzvlük vəsiqələri təqdim edilmiş, birliyin nəzdində Tərcümə Mərkəzinin yaradılması ideyası irəli sürülmüşdür.[4]
Fəaliyyəti
redaktəBirlik öz sıralarında 80-dən artıq üzvü birləşdirir.
Sovetlər Birliyinin mövcud olduğu bütün dövr ərzində Naxçıvanda yaşayıb-yaradan şair və yazıçıların 150-dək kitabı çap olunmuşdursa, müstəqil dövlət kimi yaşadığımız 21 ildə 600-dən artıq kitab, almanax və tərcümə əsərləri çap olunmuş, "Naxçıvan" jurnalının naxçıvanlı ədəbi qüvvələrə həsr edilmiş xüsusi nömrələri buraxılmışdır.[5]
Sədrləri
redaktəXX əsrin 80-ci illərində Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan şöbəsinin məsul katibi xalq yazıçısı Hüseyn İbrahimov olmuşdur. O bir müddər Naxçıvan Yazıçılar Birliyinin sədri kimi fəaliyyət göstərmişdir.[6]
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri hal-hazırda şair Asim Yadigardır.
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. 2 cilddə, II cild, 2005, s. 142
- ↑ Naxçıvan Yazıçılar Birliyi// Naxçıvan Ensiklopediyası / V.Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 169–170. — ISBN 5-8066-1468-9
- ↑ "Arxivlənmiş surət". 2016-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
- ↑ "Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
- ↑ "Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.
- ↑ "Arxivlənmiş surət". 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-20.