Naxcivan Muxtar Respublika Xestexanasi - Wikipedia
Naxçıvan Muxtar Respublika Xəstəxanası — Naxçıvan Muxtar Respublikasındakı əsas səhiyyə müəssisəsi. Naxçıvan şəhərində yerləşir.
Tarixi
redaktəBu tibb müəssisəsi 1920-ci ildən şəhər xəstəxanası kimi fəaliyyətə başlayıb[1]. 100 çarpayılıq Naxçıvan Birləşmiş Şəhər Xəstəxanası 1950-ci ildən Respublika Xəstəxanasına çevrilib, 1957-ci ildə N.Nərimanov adına Respublika Birləşmiş Xəstəxanası adlanıb[1]. Fəaliyyətdə olan indiki xəstəxana binasının tikintisinə ölkə rəhbəri Heydər Əliyevin dəstəyi ilə 1979-cu ildə başlanıb və 1987-ci ildə istifadəyə verilib[1].
Ötən illər ərzində bina istifadəyə yararsız hala düşdüyündən 2013-cü ilin əvvəlindən burada əsaslı təmir və yenidənqurma işlərinə başlanıb və 2015-ci ildə tibb ocağı istifadəyə hazır olmuşdur[1]. Bundan sonra 1 dekabr 2015-ci ildə dövlət başçısı İlham Əliyev burada olmuş və xəstəxananın rəmzi açılışını bildirən lenti kəsmişdir[1].
İnfrastrukturu
redaktə8 mərtəbəli binada yerləşən xəstəxanada tibbin ən son yenilikləri tətbiq olunur[1].
2015-ci ildə başa çatan əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir[1]. Buraya travmatologiya, təcili və təxirəsalınmaz tibbi yardım, ümumi terapiya, nevrologiya, hematologiya, göz xəstəlikləri, burun-qulaq-boğaz, endokrin xəstəliklər, urologiya, cərrahiyyə, neyrocərrahiyyə, reanimasiya və reabilitasiya şöbələri daxildir[1].
Xəstəxanada pulmonologiya, qastroenterologiya, hemodializ kimi 3 stasionar bölmə, həmçinin qəbul, radiologiya, laboratoriya, Konsultativ Diaqnostik Poliklinika, Mərkəzi Qan Bankı, Dərman Vasitələrinin Mərkəzləşmiş Analitik Ekspertiza Laboratoriyası şöbələri fəaliyyət göstərir[1]. Fizioterapiya, hidroterapiya, Naftalan nefti ilə müalicə, əməliyyat bölmələri və çoxsaylı yardımçı kabinələr də var[1].
Köməkçi binası
redaktəXəstəxananın köməkçi binasında da yüksək şərait vardır. Burada MRT və digər zəruri tibbi müayinələr aparmaq mümkün olacaq[1].
Tibbi heyət
redaktəXəstəxanada 130 həkim, 467 orta və kiçik tibb işçisi çalışır[1].
Kitabxana
redaktəXəstəxanada elmi-tibbi kitabxana da fəaliyyət göstərir[1]. Burada tələbələr üçün 2 böyük auditoriya və 7 sinif otağı, kompüter zalı, 200 nəfərlik iclas zalı, tibb idman mərkəzi və müayinə otaqları yaradılıb[1].