Nakacima Matsuci - Wikipedia
Nakacima Matsuçi (中島待乳?, 1850, Çoşi[d], Çiba prefekturası – 19 yanvar 1938, Bentenço[d]) və ya doğum adı ilə Nakacima Seyiçi (中島精一?) – Yaponiya fotoqrafı. Hazırladığı fənər slaydlarına görə tanınmışdır.
Nakacima Matsuçi | |
---|---|
yap. 中島待乳 | |
Doğum tarixi | 1850 |
Doğum yeri |
|
Vəfat tarixi | 19 yanvar 1938 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | fotoqraf |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəNakacima Matsuçi 1850-ci ildə Şimosa əyalətində yerləşən kənddə doğulmuşdur. Doğum adı Nakacima Seyiçi idi. Atası ticarətlə məşğul olurdu. Erkən yaşlarda rəsm çəkməyə maraq göstərmişdir.[1] 1864-cü ildə rəssam Nakabayaşi onun kəndini ziyarət etmiş, Nakacimaya bir neçə dərs verdikdən sonra onu Edoya şagirdi kimi aparmağa qərar vermişdir. Nakacima Edoda rəssamlığı və xarici dilləri öyrənmişdir.[2]
Fotoqrafiya
redaktəNakacima xaricilər sayəsində fotoqrafiya ilə tanış olmuş, teleskop linzaları ilə öz kamerasını hazırlamağa qərar vermişdir. Kimya bilikləri zəif olduğu üçün holland dilində dərslikdən yararlanmışdır. Bir neçə il təcrübə apardıqdan sonra bulanıq fotolar çəkə bilmişdir. 1868-ci ildə Boşin müharibəsi ərəfəsində kəndinə qayıtsa da, 1869-cu ildə yenə Edoya gəlmişdir. Matsuçiyama təpəsinin qarşısında yerləşən Mukocimada yerləşən evdə yaşamağa başlamışdır. O, bu yerin peyzaj fotoqrafiyası ilə məşğul olmaq üçün uyğun yer olduğunu düşünmüşdür. Vaxtının çoxunu Matsuçiyama təpəsinə baxmaqla keçirdiyi üçün qonşuları ona "Matsuçi" ləqəbini vermişdilər. Nakacima bu ləqəbi adı kimi qəbul etməyə qərar vermişdir. O, bu dövrdə həm rəssamlıq, həm fotoqrafiya təcrübələri ilə məşğul olmuşdur.[2]
Nakacima Yokohamada satılan fotoaparatları tədqiq etdikdən sonra daha yaxşı linzalarla daha yaxşı fotolar çəkəcəyini başa düşmüşdür. Yeni linza almağa pulu olmadığı üçün eynək ustasının yanına getmiş və şüşə üyütməyi öyrənmişdir. Hazırladığı yeni linzalarla daha yaxşı fotolar çəkməyə başlamışdır. Yokoyama Matsusaburonun şagirdi olaraq fotoqrafiya biliklərini artırmışdır. 1875-ci ildə Tokioda öz fotostudiyasını açmışdır. Bir neçə il sonra Asakusa rayonunun Azumabaşi bölgəsində yeni fotostudiya tikdirmişdir. 1894-cü ildə Nihonbaşi rayonunun Qofuku rayonundakı yeni fotostudiyaya köçmüşdür.[3]
Nakacima 1877 və 1881-ci illərdə keçirilmiş I və II Milli Sənaye Sərgilərində mükafatlar qazanmışdır. O, fənər slaydları, stereoqraflar, vizit kartları, kabinet ölçülü fotolar hazırlamışdır.[3] Onun hazırladığı fənər slaydları sənətçi həyat yoldaşı Sonoko tərəfindən əllə rənglənirdi.[1] 1880-ci ildə Təhsil Nazirliyinin tapşırığı ilə qento ("sehr fənəri")[4] və öyrədici fənər slaydları hazırlamışdır.[3] 1889-cu ilin mayında Yaponiya Fotoqrafiya Cəmiyyətinin qurucu üzvlərindən biri olmuşdur.[1]
İstinadlar
redaktəƏdəbiyyat
redaktə- Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. səh. 182–184. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 29 noyabr 2024.
- Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 315. ISBN 9780300099256. İstifadə tarixi: 29 noyabr 2024.