Nahel Merzukun Qetli - Wikipedia
Nahel Merzukun qətli — 27 iyun 2023-cü il tarixində 17 yaşlı əlcəzairəsilli Fransa vətəndaşı Nahel Merzukun[2] Fransanın paytaxtı Parisin şəhərətrafı Nanter rayonunda vəsiqəsi olmadan avtomobili idarə etməsindən və polis təqibindən sonra yolda dayanarkən polis əməkdaşı tərəfindən odlu silah ilə qətlə yetirilməsi.[3] Merzuku güllələyən polis əməkdaşı səlahiyyətlilər tərəfindən "vəzifəli şəxs tərəfindən könüllü öldürmə" şübhəsi ilə həbs edilmişdir. Qətl hadisəsi genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olmuşdur ki, bu zaman bələdiyyələr, məktəblər və polis məntəqələri kimi dövlətin simvollarına, eləcə də supermarketlər kimi[4] digər binalara hücum edilmiş, avtomobillər və zibil qutuları yandırılmışdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşlarla bağlı 1,350-dən çox avtomobil yandırılmış,[5] 1,300-dən çox şəxs həbs edilmişdir.[6]
Nahel Merzukun qətli | |
---|---|
| |
Tarix | 27 iyun 2023[1] |
Yeri | Nanter, Fransa |
Koordinatlar | 48°53′55″ şm. e. 2°13′17″ ş. u.HGYO |
Nəticəsi | Genişmiqyaslı iğtişaşlar |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Zədəlilər |
|
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ "Il faisait tout son possible pour s’en sortir": qui était Nahel, le jeune tué à Nanterre? (fr.).
- ↑ "Fransada iğtişaşlara səbəb olan polis qəddarlığının təfərrüatı məlum olub". Müsavat. 2 iyul 2023. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-02.
- ↑ Allen, Peter. "UK issues France travel warning as country is gripped by violence". Evening Standard (ingilis). 30 June 2023. 30 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2023.
- ↑ "Death of Nahel M.: Over 1,300 arrested during Friday night riots". Le Monde. 1 July 2023. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2023.
- ↑ "Police arrest 1,300 rioters in fourth night of violence ahead of slain teenager's funeral". The Daily Telegraph. 1 July 2023. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2023.
- ↑ "Police arrest 1,300 rioters in fourth night of violence ahead of slain teenager's funeral". The Daily Telegraph. 1 July 2023. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2023.