Nerimankend Qobustan - Wikipedia
Nərimankənd (tarixi adları: Mərəzə və Molokan Mərəzəsi) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.[1]
Nərimankənd | |
---|---|
40°31′04″ şm. e. 48°56′38″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKənd Dağətəyi ərazidədir. Nərimankənd kəndinin keçmiş adı ilk öncə Mərəzə, sonra isə Molokan Mərəzəsi olmuşdur. Kəndin əsası XIX əsrdə əraziyə köçən rus (konkret olaraq molokan) ailələri tərəfindən "Mərəzə" adıyla qoyulmuşdu. Lakin qonşuluqdakı müsəlman azərbaycanlıların yaşadığı digər Mərəzə kəndi (indiki Qobustan şəhəri) ilə səhv salınmaması üçün, bu iki kənd Molokan Mərəzəsi və Müsəlman Mərəzəsi adları ilə fərqləndirilmişdilər. İndiki Nərimankənd ərazisi də məhz Molokan Mərəzəsi idi.
Sovet dövründə, kollektivləşmə illərində Molokan Mərəzəsi kəndinin adı dövlət xadimi Nəriman Nərimanovun şərəfinə Nərimankənd olaraq dəyişdirilmişdi. Memorial toponimdir.[2]
Eyni zamanda, Müsəlman Mərəzəsi kəndi böyüyərək şəhər statusu alıb, Qobustan rayonunun inzibati mərkəzi statusunu qazanmışdı.
Molokan Mərəzəsi kəndinin də artıq "Nərimankənd kəndi" adlanmasına görə, beləlikcə Qobustan rayonunda "Mərəzə" adını daşıyan yeganə yaşayış məntəqəsi olaraq qalmasına görə Müsəlman Mərəzəsinin də adı qısaldıldı və "Mərəzə şəhəri" olaraq rəsmiləşdirildi.
2008-ci ildə isə rəsmi qərara əsasən Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə şəhərinin adı rəsmi olaraq Qobustan şəhəri olaraq dəyişdirildi; lakin bu dəyişikliklərə baxmayaraq, şəhər xalq arasında bu günədək hələ də "Mərəzə" adıyla tanınır.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
- ↑ Nərimankənd (Qobustan) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |