Neriman Resulov - Wikipedia
Nəriman Moğbil oğlu Rəsulov (15 yanvar 1947, Təpəkənd, Amasiya rayonu) — professor.
Nəriman Rəsulov | |
---|---|
Doğum tarixi | 15 yanvar 1947 (77 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Haqqında
redaktə1947-ci ilin yanvar ayının 15-i Qərbi Azərbaycanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub.
Nəriman Rəsulov orta məktəbi Amasiya rayonunda bitirib.
Nəriman Rəsulov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1968–1970-ci illərdə Bakı Cihazqayırma Zavodunda sex ustası, texnoloq işləmişdir.
1970–1973-cü illərdə AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının aspirantı olmuşdur.
1973–1974-ci illərdə həqiqi əsgəri xidmət etmişdir.
1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-ci ildən "Maşınqayırma texnologiyası" kafedrasının professoru, 2001–2009-cu illərdə Maşınqayırma fakultəsinin dekanı, 2009–2015-ci illərdə isə "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri işləmişdir. O, hazırda "Maşınqayırma texnologiyası" kafedrasının professoru vəzifəsində çalışır.
Dosent Nəriman Rəsulov 1985–1986-cı tədris ilində M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız dilini mənimsəmiş, 1986–1989-cu illərdə Əlcəzairdə, fransız dilli Annaba Texniki Universitetində ixtisası üzrə müəllim işləmiş, əmək fəaliyyətinin yüksək göstəricilərinə və fəal ictimai işinə görə SSRİ-nin Annabadakı baş konsulluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
Tələbəlik illərində professor N. Qədirovun rəhbərliyi altında "Riyazi rəqqasın iri rəqsləri" mövzusunda tələbə elmi konfranslarında məruzələr etmişdir.
1976–1985-ci illərdə AzPİ–nin "Maşınqayırma texnologiyası" kafedrasının nəzdində olan Tələbə Konstruktor Texnoloji bürosunun rəhbəri olmuşdur.
Nəriman Rəsulov 1979-cü ildən texnika elmləri namizədi, 2000-ci ildən isə texnika elmləri doktorudur. O, bir sıra Elmi-tədqiqat işlərinin məsul icraçısı və rəhbəri olmuşdur. İxtirası Rusiyada tətbiq edilmişdir.
Nəriman Rəsulov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Müsahibə Komissiyanın müstəqil eksperti (2011–2016), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (2013–2016), Təhsil Nazirliyinin "Metallurgiya və maşınqayırma" bölməsi üzrə Elmi – Metodik şuranın üzvü (2012–2015), Sumqayıt Dövlət Universitetini akkreditasiya komissiyasının üzvü (2015), Gəncə Pedaqoji Universitetini (2016) və Azərbaycan Universitetini (2017) akkreditasiya komissiyalarının sədri olmuşdur. Onun akkreditasiya komissiyalarındakı fəaliyyətləri Təhsil Nazirliyi tərəfindən təşəkkürlə qiymətləndirilmişdir.
2011 və 2018-ci illərdə o, əməkdaşin mobilliyi tipli "Erasmus +" "proqramında iştirak etmişdir.
O, "Maşınqayırma texnologiyası" "Materiallar texnologiyası" və "Nəqliyyat sistemlərinin texnologiyas" ixtisasları üzrə alimlik dərəcələrini almaq üçün dissertasiyaların müdafiəsi üzrə dissertasiya şurasının üzvi-elmi katibdir.
2015-ci ildən Journal of Baku Engineering University, Mechanical and Industrial Engineering, An International Journal (ISSN 2310–9041) jurnalının Redaksiya heyətinin üzvüdür.
Əsərləri
redaktəN.M. Rəsulovun 45 ildən çox Elmi-pedaqoji fəaliyyətinin nəticələri 270-dən çox məqalə, ixtira, patent, konfrans materialı, dərslik, dərs vəsaiti, monoqrafiya və sairədə əks olunmuşdur. Elmi əsərləri azərbaycan, türk, ingilis, fransız, rus və çex dillərində Azərbaycan, Rusiya, Ukrayna, Çexoslavakiya, Türkiyə, Polşa, Belarusiya və s.-də dərc olunmuşdur.
Uğurları
redaktəMaşınqayırma sahəsindəki elmi fəaliyyətini və elmi məqalələrinin dəyərini nəzərə alaraq "American Journal of Science, Engineering and Technology" jurnalının Elmi nəşriyyat qrupu onu bu jurnalın redaksiya heyətinin üzvülüyünə qəbul etmiş və ona uyğun Sertifikat təqdim etmişdir.
Nəriman Rəsulovun rəhbərliyi altında üç aspirant-doktorant texnika elmləri namizədi-fəlsəfə doktoru dissertasiya işi müdafiə etmişlər.
Onun elmi-tədqiqat işinin əsəs istiqaməti "Mürəkkəb fırlanma səthlərinin emal səmərəliliyinin yüksəldilməsi"-dir. Hazırda onun rəhbərliyi altında fəlsəfə və elmlər doktorantları "Texniki vasitələrin istehsal keyfiyyətlərini idarə etməklə istehsal və istismar səmərəliliklərinin yüksəldilməsi" mövzulu problem üzrə elmi-tədqiqat işləri yerinə yetirirlər.
Mənbə
redaktə- Nəriman Rəsulov Arxivləşdirilib 2017-05-19 at the Wayback Machine