Nemirli Agdam - Wikipedia
Nəmirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd.[1]
Nəmirli | |
---|---|
40°13′16″ şm. e. 47°00′12″ ş. u.HGYO | |
Ölkə | |
Region | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Nəmirli kəndi 1994-cü il aprel ayının 23-də Ermənistan ordusu tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
redaktəNəmirli – Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzi olan Ağdam şəhərindən 30 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Azərbaycan Respublikasının Ağsu rayonunda da Nəmirli adlı kənd var.
Mədəniyyəti
redaktəİşğala qədərki dövrdə Nəmirli kəndində orta məktəb, mədəniyyət evi, iki kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Erməni işğalçıları hər şeyi dağıdıb yerlə yeksan ediblər.
Əhalisi
redaktəİşğala qədərki dövrün son məlumatına əsasən, Nəmirli kəndinin əhalisi 644 nəfər (türk və müsəlman kürdlərdən ibarət qarışıq etnik kökənli əhalidən barət) olub. Əhalinin əsas məşquliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq idi. Əhalisi o qədər də çox olmayan Nəmirli kəndi erməni işğalçılarıyla mübarizədə çoxlu şəhid verib.
Ədəbiyyat
redaktə- Azərbaycan Sovet Ensiklopediyası; 1983, VII cild,
- Baxşeyiş Abbasoğlu, “Ağdam ağrıları”,
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.