Mozir Neft Emali Zavodu - Wikipedia
Mozır Neft Emalı Zavodu (belar. Мазырскі нафтаперапрацоўчы завод) Belarusun iki neft emalı zavodundan biridir. Zavod Mozırın sənaye zonasında, şəhərin yaşayış massivlərindən 15 km cənubda yerləşir. 1988-ci ildə zavodla şəhəri birləşdirən tramvay sistemi işə salınıb.
Mozır Neft Emalı Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | açıq səhmdar cəmiyyəti |
Təsis tarixi | 1975 |
Baş qərargahın yeri | |
mnpz.by |
Sahibkarlar və Rəhbərlər
redaktəMozır Neft Emalı Zavodunun baş səhmdarları[1]:
• Belarus Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi — səhmlərin 42,76%-i;
• NGK Slavneft ASC — səhmlərin 42,58%-i;
• MNPZ plus MMC — səhmlərin 12,25%-i;
• Fiziki şəxslər — səhmlərin 2,41%-i.
1996–2016-cı illər ərzində baş direktor vəzifəsini Anatoli Aleksandroviç Kupriyanov tuturdu[2][3]. 20 avqust 2016-cı il tarixindən 28 mart 2017-ci il tarixinədək baş direktor vəzifəsində Krot Sergey Vladimiroviç idi. 29 mart 2017-ci ildən bu günə qədər isə baş direktor vəzifəsini Vitali Petroviç Pavlov yerinə yetirir[4][5].
İdarə heyəti
redaktə• Pavlov Vitali Petroviç — Baş direktor
• Tukaç Sergey Vasilyeviç — Baş direktorun birinci müavini — baş mühəndis
• Krot Sergey Vladimiroviç — Baş direktorun iqtisadiyyat və maliyyə üzrə müavini
• Protasov Oleq Aleksandroviç – Baş direktorun xammal təchizatı və neft məhsullarının satışı üzrə müavini
• Korobeynikova Natalya Valentinovna — Baş direktorun maddi-texniki məsələlər üzrə müavini
• Teteruk Gennadi Viktoroviç — Baş direktorun ideoloji iş, kadr və sosial inkişaf üzrə müavini[6].
Tarixi
redaktəNeft emalı zavodunun tikintisinə 1971-ci ildə başlanılıb. Müəssisənin birinci mərhələsi 1975-ci ilin yanvarında işə salınıb. 1975 və 1978-ci illərdə LK-6U adlı iki kompleks neft emalı qurğusu istifadəyə verilib. Nəticədə zavod yenidən qurulub[7]. 2022-ci ilin oktyabrında Mozır Neft Emalı Zavodu Ukrayna tərəfindən sanksiyalara məruz qalıb[8][9].
Fəaliyyəti
redaktəZavoda Neft Drujba neft kəməri və Reçitsa yataqlarından daxil olur. Əsas məhsullar avtomobil benzini, aşağı kükürdlü dizel yanacağı, məişət soba yanacağı, məişət qazı, texniki butan və lampa kerosinidir.
2003-cü ildə müəssisənin yenidən qurulmasının dördüncü mərhələsi olan katalitik krekinq kompleksinin tikintisi başa çatdı. 2006-cı ildə benzol istehsalı kompleksi, 2008-ci ildə alkilləşdirmə kompleksi, 2010-cu ildə katalitik krekinq benzinin hidrodesülfürləşdirmə qurğusu, 2012-ci ildə izomerləşdirmə qurğusu, 2013-cü ildə mazut vakuum distillə qurğusu istifadəyə verilmişdir. AXENS (Fransa), Siirtec NiGi və Amec Foster Wheeler (İtaliya) lisenziyaları əsasında, neft qalıqlarının dərindən emalı kompleksinin, davamlı katalizator regenerasiyası ilə katalitik riforminq qurğusunun tikintisi və digər layihələr üçün investisiya layihələrinin icrasına başlanılmışdır.
• 2015-ci ildə müəssisə 12 290 561 ton neft emal edib və eləcə də: • 3925 min ton dizel yanacağı DT EN 590 (C, F tip I və Class 2); • 2,843 min ton benzin (2,3 milyon ton Aİ-92-K2, K3, K5, K5-Avro; 0,5 milyon ton Aİ-95-Avro və Aİ-95-K5 Avro); • 2899 min ton əmtəəlik mazut; • 377 min ton neft bitumu; • 274 min ton maye qazı; • 0,9 min ton kerosin (2013-cü ildə — 100 min tondan çox) istehsal edib.
2019-cu ilin aprel ayında Belarus Rusiyadan üzvi xlorla çirkləndirilmiş neft qəbulunu tamamilə dayandırdı[10][11]. Rusiya Energetika Nazirliyi çirklənməmiş neftin 2019-cu ilin 2–3 may tarixlərində Mozır neft emalı zavoduna təhvil veriləcəyini bəyan etdi. "Belneftexim" qeyd etdi ki, mayın əvvəlində "Drujba" neft kəmərinin yalnız bir qolu işə başlayacaq. Onun tam bərpası isə bir neçə ay çəkəcəkdir[12].
Müəssisənin gücü ildə 14 milyon ton neft emal etməyə hesablanıb[13]. 2016-cı il yanvarın 1-də muzdla çalışan işçilərin sayı 4949 nəfər, ali təhsilli işcilərin sayı 2331 nəfər, peşə təhsilli işçilərin sayı 1263 nəfər, orta ixtisaslı işçilərin sayı isə 822 nəfər idi. 2015-ci ildə məhsulların 83%-i ixrac edilib. Məhsulların çoxu dəmir yolu ilə ixrac olunur. Babrarov vağzalında yuyucu məntəqə mövcuddur.
İstinadlar
redaktə- ↑ Информационный меморандум [ölü keçid]
- ↑ "Анатолий Куприянов" (rus). 2017-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- ↑ "Анатолий Куприянов покинул пост гендиректора Мозырского НПЗ". charter97.org. 2016-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- ↑ "Лукашенко одобрил новых руководителей нефтеперерабатывающих заводов". TUT.BY (rus). 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- ↑ "Официально: Виталий Петрович Павлов назначен генеральным директором ОАО «Мозырский НПЗ»" (rus). mnpz.by. 2022-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
- ↑ "Контакты" (rus). 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-28.
- ↑ Республика Беларусь. Энциклопедия. — Т. 1. — Şablon:Мн.: Беларуская Энцыклапедыя, 2005. — С. 492.
- ↑ "УКАЗ ПРЕЗИДЕНТА УКРАЇНИ №726/2022". 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
- ↑ "Открытое акционерное общество "Мозырский нефтеперерабатывающий завод"". 2023-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
- ↑ "Россия признала низкое качество нефти" (rus). Lenta.ru. 2019-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-25.
- ↑ "Главная кормилица: что происходит с нефтепроводом «Дружба»" (rus). 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
- ↑ "Белоруссия: для восстановления «Дружбы» понадобятся месяцы". svoboda.org (rus). 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
- ↑ "Годовой отчет ПАО «Газпром нефть» за 2018 год" (PDF). ir.gazprom-neft.ru (rus). İstifadə tarixi: 2022-05-19.[ölü keçid]