Mormonlar - Wikipedia
Mormonlar (ing. Mormons, tək halda mormon — Mormon) — Mormonizmə inanan etnodini qrup.
Tarixi
redaktəXIX əsrin ilk yarısında Şimali Amerikada qurulmuş olan çox dəyişik, geniş ölçüdə tepkilər yaratmış bir xristian məzhəbinə "mormon", bu məzhəbdən kimsələrə də "mormonlar" adı verilir. Məzhəbin əsl adı "Son Gün Əzizləri Kilsəsi"dir.
"Son Gün Əzizləri Kilsəsi", rəsmi qeydlərə görə 1830-cu ilin 6 aprel günü Nyu-Yorkda, La Fayettede Cozef Smit (1805–1844) adında biri tərəfindən qurulmuşdur. Öz iddiasına görə 14 yaşındaykən vəhy gəlib "Mormon kitabı" üçün təsirlənən Cozef Smit bu kilsəni ilk qurduğunda sadəcə 6 üzvü vardı. Bunlar eyni zamanda qurucu üzvülərdilər.
Quruluşu izləyən dönəmdə böyük çətinliklərlə qarşılaşan, gördükləri etiraz səbəbiylə yerlərini-yurdlarını buraxmaq məcburiyyətində qalan Cozef Smit və onun ardından gedənlər Smitin "Vəd edilmiş torpaqlar" saplantısına uyaraq Qərb yoluna düşdüler. Bunlardan bəziləri Ohayo, bəziləri də Missuriyə getdilər. İçlərindən böyük bir qismi Nauvooda, ilk yerləşik Mormon toplumunu qurduqları İllinoysda yerləşdilər. 1844-cü ildə Cozef Smit və qardaşı Hayrum, qorunmaq məqsədiylə həbsxanaya alınmış olmalarına baxmayaraq qızğın, gözü dönmüş bir topluluq tərəfindən öldürüldülər.
Məzhəbə qarşı sərt bir etiraz göstərilməsinin səbəbi, mormonların materialist dünyagörüşü və çoxevlilik düzənin, müdafiə edib uyğulamalarıydı. Bu məzhəbə görə, kişilər də, qadınlar da birdən artıq şəxslə evlilik qura bilirdilər.
Cozef Smitin yerinə Briqham Younq keçdi. 1846-cı ildə, Mormon Kilsəsinin yeni başçısı Briqham Younq və onbeş min Mormon, Qayalıq Dağlar bölgəsinə doğru yürüyüşə keçdilər. 1847-ci ilin iyul ayı içində, ilk və öncü Mormon topluluğu Salt Lake (Tuzlu Göl) Vadisine çatdı. Bu gün Utah adıyla bilinən çevrədə torpağı işləməyə başladı. Utah, o zamandan bəri Mormon Kilsəsinin qərargahı, mərkəzi olmuşdur.
Kilsənin əsas inancı, insanların ancaq öz günahlarından dolayı cəzalandırıla biləcəkləri, Adəmin günahlarından sorumlu olmadıqlarıdır. Zamanla bəlirli ölçüdə yayğınlaşan Mormon məzhəbi üzvlərinin sayısı, günümüzdə dünya ümumunda təqribi olaraq 16.000.000-dur. Yenə dünya ümumunda 67.049[1] Mormon gənci, davamlı şəkildə "missioner" kimi çalışırlar (2017-ci il məlumatlarına görə).
Amerikada bu məzhəbə qarşı ən şiddətli etiraz, çox evlilik uyğulamasından doğmuş və 1890-cı ildə bu qaydanın uyğulaması özəl bir qanunla yasaqlanmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "2017 Statistical Report for 2018 April Conference" Arxivləşdirilib 2019-05-13 at the Wayback Machine, Mormon Newsroom, March 31, 2018. (ing.)