Monqol Platosu - Wikipedia
Monqol platosu — Orta Asiyanın şərqində, 700 – 2500 km ölçüdə geniş yayla. Təxminən 2.6 milyon km²[1] bir ərazini əhatə edir (təxminən 1,4 milyon km² Çinin ərazisinə düşür[2]). Qobi səhrası tərəfindən iki hissəyə bölünür - şimal hissəsi Monqolustanda, cənubu isə Çinin Daxili Monqolustan bölgəsində yerləşir.
Monqol platosu | |
---|---|
monq. Монголын хавтгай | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 915—1525 m |
Yerləşməsi | |
45° şm. e. 107° ş. u.HGYO | |
Ölkələr | |
|
Coğrafiya
redaktəYayla şimal-qərbdən Altay, Tannu-Ola və Sayan dağları, şimaldan Xentey öndağlığı ilə, cənubdan Tarim çökəkliyi, qərbdən Sintszyan-Uyğur Muxtar Rayonunun Cunqar hövzələri ilə həmsərhəddir.
Yaylasın hündürlüyü 915 ilə 1525 m arasında dəyişir. Ulan-Batorun şərqindən cənuba, Çin ilə sərhədə doğru, Monqol platosunun hündürlüyü tədricən azalır. Ən yüksək nöqtə Munx-Xayrxan-Ula (4362 m) dağıdır[1]. Zirvə Monqol Altay silsiləsində yerləşir. Gobi Altay silsiləsi yaylanın qərb hissəsi boyunca uzanır.
Platonun dəniz və okeanlardan uzaqlığı onun iqliminə öz təsirini göstərir. Monqol platosu quru kontinental iqlimə sahib olduğundan az miqdarda yağıntı alır. Kontinentallığın əsas səbəbləri yüksəklik və açıq səmadır. İllin yağıntının miqdarı 200 mm-dir. Temperatur amplitudu olduqca böyükdür. Məsələn: Ulan-Batorda yanvar ayının orta temperaturu -26 °C, iyulda isə +17 °C-dir[1].
Selenqa və Kerulen çayları yayla ilə axır. Platonun təkcə Çin hissəsində 220-dən çox duzlu göl vardır[2]
Əhali və iqtisadiyyat
redaktəYaylasın şimal bölgələri əsasən monqollar, qərbdə isə qazaxlar yaşayır. Daxili Monqolustanın əhalisinin 4/5-də çinlilərdən (Han) ibarətdir. Plato ərazisi iqtisadi cəhətdən nisbətən zəif inkişaf etmişdir. Yayla müxtəlif dövrlərdə müxtəlif dövlərlərin tərkibində olmuşdur: Xunnu, Syanbilər, Göytürklər, Tan sülaləsi, Liao sülaləsi, Monqol İmperiyası, Tzin sülaləsi və s.
Yayla qısa otla örtülən quru bir çöldür. Köçəri heyvandarlıq inkişaf etdirilmişdir (qoyun, keçi, inək, at və dəvə). Kənd təsərrüfatı iqlim şəraiti ilə məhdudlaşır. Burada buğda, yulaf, digər dənli bitkilər və tərəvəz yetişdirilir. Daxili Monqolustanın suvarılan ərazilərində şəkər çuğunduru və yağlı bitkilər becərilir. Yaylanın Monqolustan hissəsində (Sayn-Şan) kömür, Çin hissəsində isə kömür və dəmir filizi (Baotou) hasil olunur. Bundan əlavə, mis, molibden, furan, qızıl, gümüş və digər minerallar var[1].
1955-ci ildə Trans-Monqol Dəmiryolu tamamlanır. Bu yol platonun şimalında yerləşən Ulan-Batoru Rusiyanın Ulan-Ude və Çinin Eren-Xoto şəhəri ilə birləşdirir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Mongolian Plateau Encyclopædia Britannica Online ensiklopediyasında
- ↑ 1 2 Zheng Xiyu. Salt lakes on the Inner Mongolian Plateau of China // CHINESE GEOGRAPHICAL SCIENCE. — Science Press, Beijing, China, 1991. — Т. 1, вып. 1. — С. 83--94.