Moneron Adasi - Wikipedia
Moneron adası (rus. Монерон, yap. 海馬島) — Saxalinin cənub-qərb sahilindən 43 kilometr aralıda, Tatar boğazında bir ada. 1905-1945-ci illərdə Kaibato adı ilə Moneron Yaponiyanın Karafuto qubernatorluğunun tərkibində idi. İndi ada Rusiyanın Saxalin vilayətinin Nevelsk şəhər rayonunun bir hissəsidir.
Moneron adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 493,3 m |
Əhalisi |
|
Yerləşməsi | |
46°15′14″ şm. e. 141°13′57″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın cənub hissəsində mayak və hava stansiyası var. Aktiv iqtisadi fəaliyyətin izləri eramızdan əvvəl 1 min illərə təsadüf etsə də, hazırda daimi əhali yoxdur. Müxtəlif dövrlərə aid 12 mədəni irs abidəsi vardır. 1905-1970-ci illərdə adada daimi mülki əhali yaşayıb. Ətrafdakı qayalıqlar quş koloniyaları üçün məskəndir. Adanın sualtı dünyası bir çox subtropik növlərin nüfuz etdiyi əhəmiyyətli zənginliyi ilə də fərqlənir. Hazırda ekoloji turizm obyekti kimi fəal inkişaf edir.
Coğrafiya
redaktəYaxşı havalarda Nevelski əhatə edən Saxalin təpələrindən Moneron dağlarını görmək olar[1]. Adaları ayıran, təxminən 6 lyo enində olan boğaz nisbətən dayazdır. Adanın sahəsi təxminən 16 km²-dir. Cənubdan şimala uzunluğu 7,15 km, eni 3,6 km-dir. Ada qərbə doğru düzülmüş qeyri-düzgün formaya malikdir. Sahil xəttinin uzunluğu təqribən 24 km-dir. Şərq və qərb sahilləri qayalı və sıldırımlıdır (200 m-ə qədər). Qayalarda çoxlu mağaralar var. Şimalda Ono körfəzində dəniz dalğalarının və güclü küləklərin birgə fəaliyyəti qayada təxminən 40 metr uzunluğunda və 15 metr hündürlüyündə mağara əmələ gətirmişdir[2].
Ada bir neçə milyon il əvvəl Neogen dövrünün sönmüş vulkadır[3]. Ən yüksək nöqtəsi - Staritski dağı (493,3 m) adanın mərkəzi hissəsində yerləşir. İkinci ən hündür zirvə olan Asaxi dağı (354,5 m), şərq hissəsində sıldırım çıxıntılarla dənizə uzanır; üçüncüsü Çuprov dağı (279,0 m) şimal hissəsində yerləşir[4]. Təxminən 1,8 milyon il əvvəl Moneron Saxalin və Yapon adaları ilə quru əlaqəsini itirir. Adanın mərkəzində, şərq yamacında hündürlüyü 250, 100 və 50 m-ə çatan bir neçə açıq terrasları qeyd etmək olar. Bəzi yerlərdə “sütunlardan” (Stolbçatı burnu) ibarət “qələm” adlanan qayalar da sahilə çıxır.
Moneronun ətrafında kiçik qayalı adalar var - Piramidal, Krasnıye, Vostochnı, Kəmər və s. Akvatoriyada dəniz suyu yüksək şəffaflıq (30-40 metr) ilə xarakterizə olunur. Ada seysmik cəhətdən təhlükəlidir[5]: 1971-ci ildə burada böyük Moneron zəlzələsi baş vermiş, onun relyefinə təsir etmişdir.
Bitki örtüyünün üstünlük təşkil edən növü ot çəmənlikləridir. Bəzi təpələrin yamaclarında bambuk kolları var. Çəmən bitkiləri daş ağcaqayın kolları və meşəlikləri ilə birləşir. Dağ dərələrində və yamaclarında Ağ şam və küknar ağacları var. Çuprov körfəzinin cənub sahilində (adanın şərq hissəsi) kiçik toxumlu lküknarlardan ibarət kiçik relikt meşə var. Meşələr Moneron ərazisinin təxminən 20% -ni tutur. Əsas meşə əmələ gətirən növlər daş ağcaqayın və qızılağacdır[6].
İstinadlar
redaktə- ↑ "Остров Монерон — Туризм и отдых в Сахалинской обл" (rus). 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-13.
- ↑ "Остров Монерон" (rus). 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-18.
- ↑ "Необитаемый остров или Монерон, который нас принял". yablor.ru (rus). 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ "Остров Монерон и окружающая акватория / Том 5 / Водно-болотные угодия России". www.fesk.ru (rus). 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
- ↑ "Катастрофы Сахалина. Эпицентр рядом с Монероном". Citysakh.ru (rus). 2008-07-018. 2015-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-14.
- ↑ "Пластинчатоусые жуки (Coleoptera, Scarabaeoidea) острова Монерон: таксономическая структура, экология и зоогеография В. Г. Безбородов, С. А. Шабалин" (PDF). www.researchgate.net. 2018-01-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-06.