Mnasey Cografiyaci - Wikipedia
Mnasey (q.yun. Μνασέας; e. ə. III əsr, Patras[1] – e. ə. II əsr) — qədim yunan coğrafiyaşünası və mifoqrafiyaçısı, Eratosfenin tələbəsi.
Mnasey | |
---|---|
Doğum tarixi | e. ə. III əsr |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. II əsr |
Həyatı
redaktəMnasey, müxtəlif mənbələrə görə, Axeyada yerləşən Patrasda və ya Likiyadakı Patarada anadan olmuşdur. O, həyatının çox hissəsini Misirin İsgəndəriyyə şəhərində keçirmişdir. O, Eratosfenin tələbəsi olmuşdur və buna görə onun təqribən e.ə. III–II əsrlərdə yaşadığı güman edilir. Mnasey ən azı səkkiz kitabdan ibarət olan və yalnız fraqmentlərlə salamat qalmış "Yerin konturları" adlı coğrafi əsər yazmışdır. O, bu əsərində Aralıq dənizinin ayrı-ayrı ölkələrindən bəhs edir, öz dövrünün xüsusiyyətlərinə uyğun olaraq evgemeristik şəkildə şərh etdiyi mifləri açıqlayır,[2] geneologiyaya böyük diqqət yetirir. Onun mənbələri Ferekidin, Lidiyalı Ksanfın, Marsinin və əvvəlki dövrlərin digər antik müəlliflərinin əsərləridir.[3]
Mnasey "Proqnozlar haqqında" adlı başqa bir ədəbi əsər yazmışdır. Məlumdur ki, yazıçı yəhudilərə qarşı bir sıra ittihamlar irəli sürmüşdür. O, yəhudilərin eşşəkləri ilahiləşdirdiklərini və qızıl eşşək başına sitayiş etdiklərini qeyd etmişdir. Mnaseyin yəhudiləri misirlilərlə qarışdırması səbəbindən ortaya çıxan bu tezis bir sıra sonrakı müəlliflər tərəfindən də təkrarlanır. Bu, qədim antisemitizm tarixində mühüm rol oynayır.[4] Mnaseyin bu iddiası ənənəvi olaraq fillosemit hesab edilən qədim yunan cəmiyyətində yəhudilərə qarşı antipatiyanın ən erkən təzahürlərindən biri hesab olunur.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Ναυκρατίτης Ἀ. 4.47, 7.62, 8.3 // Δειπνοσοφισταί (q.yun.).
- ↑ Damschen G. Mnaseas 2 // Der Neue Pauly (DNP). Bd 8. Metzler, Stuttgart, 2000. Kol. 301.
- ↑ Laqueur R. Mnaseas 6 // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE). Band XV, 2. Stuttgart 1932. Kol. 2250—2252.
- ↑ Laqueur R. Mnaseas 6 // Paulys Realencyclopädie der classischen Altertumswissenschaft (RE). Band XV, 2. Stuttgart 1932. Kol. 2252.
- ↑ Momigliano A. Sesto contributo alla storia degli studi classici e del mondo antico. T. I. Edizioni di storia e letteratura. 1980. P. 542—543.